Məhkəmə qərarları › İş №8(033)-10/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-10/2023

20.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-10/2023 20.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi ilə Zaqatala Rayon Məhkəməsinin 11 aprel 2017-ci il tarixli e-2(033)-662/2017 nömrəli icra sənədi üzrə tələbkar Əhmədova (Səlimova) Gülnaz Zübeyir qızının aliment tələbindən imtinasının qəbul edilməsi ilə bağlı Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X5 təqdimatına Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X7 məhkəməyə təqdimatla müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 11 aprel 2017-ci il tarixli e-2(033)-662/2017 nömrəli icra sənədi üzrə tələbkar Əhmədova (Səlimova) Gülnaz Zübeyir qızının aliment tələbindən imtinasının qəbul edilməsi ilə bağlı təqdimata baxılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tərəflər xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbini məhkəməyə bildirməmişlər. Bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi Elvin Əhmədov təqdimatında göstərmişdir ki, xx.xx.2017-ci il tarixli qərarla icraata başladığı Zaqatala Rayon Məhkəməsinin 2(033)-662/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 117 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Əhmədova (Səlimova) Gülnaz Zübeyir qızına ödənilməlidir. Müvafiq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, Borclu qanunun tələbləri izah edilərək, icra sənədinin icrasını könüllü təmin etməsi üçün bildiriş verilmişdir. Borclunun adında tələb yönəldə biləcək əmlakın olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular verilmiş, lakin verilmiş sorğular nəticəsində borcluya məxsus heç bir əmlak və gəlirlər aşkar edilməmişdir. Tələbkar qızı xx.xx.2023-cü il tarixdə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin 2(033)-662/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə aliment tələbindən imtina etdiyini bildirmişdir. Məhkəmə Zaqatala rayon İcra və Probasiya Şöbəsinin təqdimatına, işdə olan sənədlərə baxaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, işdə olan Zaqatala Rayon Məhkəməsinin 11 aprel 2017-ci il tarixli e-2(033)- 662/2017 nömrəli icra vərəqəsindən görünür ki, 24 iyul 2013-cü ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki qətnamə qanuni qüvvəsini alan vaxtdan hesablanmaqla, hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində aliment Zaqatala rayonu, Mosul kəndində yaşayan, xx xxxxx 1990-cı ildə doğulmuş Borclu alınaraq Zaqatala rayonu, Mosul kəndində yaşayan X1 xeyrinə ödənilməlidir. Qətnamə xx.xx.2017-ci il tarixdə qanuni qüvvəsini almışdır. İşdə olan tələbkar Əhmədova (Səlimova) Gülnaz Zübeyir qızının 10 fevral 2023-cü il tarixli ərizəsindən görünür ki, Əhmədova (Səlimova) X4 Oruc İsa oğlu ilə barışmışlar, hazırda birlikdə yaşayırlar, ondan heç bir şikayət və tələbi yoxdur. Buna əsasən Zaqatala Rayon Məhkəməsinin 11 aprel 2017-ci il tarixli e-2(033)-662/2017 nömrəli icra sənədi üzrə icraata xitam verilməsini xahiş edir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, tələbkar Əhmədova (Səlimova) X3 Rayon Məhkəməsinin 11 aprel 2017-ci il tarixli e-2(033)-662/2017 nömrəli icra sənədi üzrə aliment tələbindən imtina etmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən İcra Haqqında Azərbaycan Respublikası Qanununun 20.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 11 aprel 2017-ci il tarixli e-2(033)-662/2017 nömrəli icra sənədi üzrə tələbkar Əhmədova (Səlimova) Gülnaz Zübeyir qızının aliment tələbindən imtinası qəbul edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar