Məhkəmə qərarları › İş №8(033)-117/2025

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-117/2025

14.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-117/2025 14.08.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədirliyi, məhkəmə iclasının katibi X11 Əli qızının katibliyi, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(033)-514/2021 nömrəli icra sənədinin izah edilməsi barədə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 ərizəsinə 2(033)-514/2021 nömrəli mülki işlə birlikdə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 2(033)-514/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə aşağıdakı məsələlərlə bağlı, yəni Zaqatala Rayon Məhkəməsinin 2{033)-514/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə uşaqlar ata Borclu alınaraq Tələbkar verilməlidirmi?; Uşaqlar hal-hazırda ata nənə-babasının himayəsindədirsə, həmin məhkəmə qərarına əsasən uşaqlar alınıb Tələbkar verilməlidirmi? hissəsində izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 514/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 5 (beş) uşağın saxlanması üçün 500 (beş yüz) aliment alınaraq Tələbkar ödənilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2021 -ci il tarixdən hesablanmalıdır. İcra sənədi xx.xx.2021-ci il tarixində Zaqatala Rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin könüllü icrası barədə bildiriş verilmişdir. Məhkəmə qərarında uşaqların ananın himayəsinə verilməsinə baxmayaraq Tələbkar ilə Borclu arasında razılığa əsasən uşaqlar Borclu qalmışdır. Aparılan icra tədbirləri nəticəsində məlum olmuşdur ki, hal-hazırda uşaqlar ata nənəbabasının himayəsinədədir, ata Borclu isə ölkə xaricindədir. Məhkəmə iclasında iştirak edən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-514/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 5 (beş) uşağın saxlanması üçün 500 (beş yüz) aliment alınaraq Tələbkar ödənilməlidir. İcra sənədinin icrası ilə bağlı tələbkarın müraciəti əsasında icra sənədinə izah verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, tələbkar müxtəlif instansiyalara müraciətlər edərək uşaqların ona verilməsini tələb etmişdir. Odur ki, Zaqatala Rayon Məhkəməsinin 2{033)-514/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin uşaqların ata Borclu alınaraq Tələbkar verilməsini ehtiva edib-etməməsi ilə bağlı izah verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədi üzrə borclu və tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinin tələblərinə müvafiq olaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə icra məmurunu dinləyib, ərizəsini nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, Zaqatala Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(033)-514/2021 nömrəli icra sənədinə izah verilməsinə dair ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.4-cü maddəsinə görə qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsinə görə icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Həmin qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İş materiallarından görünür ki, iddiaçı X9 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Borclu qarşı nikahın pozulması, onların birgə nikahından 18 oktyabr 2010- cu il tarixdə anadan olmuş X4, 13 aprel 2012-ci il tarixdə anadan olmuş X10, 03 dekabr 2013-cü il tarixdə anadan olmuş X5, 24 noyabr 2015-ci il tarixdə anadan olmuş X8 və 25 yanvar 2019-cu il tarixdə anadan olmuş X6 himayəsində saxlanılması və onların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 175 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X9 ərizəsində qeyd etmişdir ki, 20 oktyabr 2009-cu ildə cavabdeh Borclu ilə qeyri rəsmi olaraq evlənmişdirlər, nikahlarını 16 oktyabr 2010-cu ildə Zaqatala rayonu Qeydiyyat Şöbəsində rəsmiləşdirilmişdir. Birgə nikahlarından 18 oktyabr 210-cu ildə X4, 13 aprel 2021-ci ildə X10, 03 dekabr 2013-cü ildə X5, 24 noyabr 2015-ci ildə X8 və 25 yanvar 2019-cu ildə X12 adlı beş uşaqları anadan olmuşdur. Uşaqlar isə iddia məhkəməyə təqdim edilən zaman onun, yəni iddiaçının himayəsində yaşamışdırlar. Məhkəmə xx.xx.2021-ci il tarixli, 2(033)-514/2021 nömrəli qətnamə ilə tərəflər arasında uşaqların yaşayış yeri ilə bağlı mübahisənin olmamasını nəzərə alaraq, uşaqları anaları X2 himayəsində saxlamış, qətnamə alimentin tutulması hissəsində xx.xx.2021-ci il tarixdə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə dərhal icraya yönəldilmiş, xx.xx.2021-ci il tarixdə isə icraata başlama haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi Zaqatala Rayon Məhkəməsinin 17 may 2021-ci il tаrixli, 2(033)- 514/2021 saylı qətnaməsi qəbul edilən zaman uşaqlar ananın himayəsində yaşamış məhkəmə isə tərəflər arasında bu halla bağlı mübahisə olmamasını nəzər alaraq uşaqları ananın himayəsində saxlamışdır, yəni qətnamə ilə, uşaqların ata X3 və ya ata nənəbabasından alınaraq Tələbkar verilməsi nəzərədə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-514/2021 nömrəli qətnaməsi iddiaçı Tələbkar verdiyi tələb üzrə çıxarılmışdır. Hazırda isə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-514/2021 nömrəli qətnaməsi qəbul olunan zaman mövcud olmuş şərait və real vəziyyət dəyişmişdir. Belə ki, uşaqlar artıq ananın himayəsində deyildir. Bu hal isə qətnamə əsasında verilmiş icra sənədinin izahı üçün yox, iddiaçı tərəfindən uşaq tələbi ilə bağlı yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün əsasdır. Belə ki, Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Qanunvericiliyin tələblərindən göründüyü kimi valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları nəzərə almaqla həll edir. İş məhkəmədə baxılarkən uşaqların ananın himayəsində saxlanılması qərarına gəlinmişdir və bu halı tərəflər mübahisələndirməmişlər. Odur ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-514/2021 nömrəli qətanməsinə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 ərizəsində qeyd edilən şəkildə uşaqların ata Borclu və ya ata nənə-babasından alınaraq Tələbkar verilməsi məzmununda izah verilməsi onun məzmununu dəyişdirir. Məhkəmə qeyd edir ki, məhkəmə icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Eyni zamanda Zaqatala Rayon Məhkəməsinin 2(033)-514/2021 saylı, xx.xx.2021ci il tarixli icra vərəqəsindən görünür ki, qətnamə yalnız aliment hissəsində icra yönəldilmiş və icra məmuru haqlı olaraq həmin hissədə icra hərəkətləri həyata keçirmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(033)-514/2021 nömrəli icra vərəqəsinin izah edilməsi barədə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 ərizəsi əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.5-ci maddəsinə görə qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Zaqatala Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(033)-514/2021 nömrəli icra sənədinin izah edilməsi barədə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar