Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-118/2025 18.08.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədirliyi, məhkəmə iclasının katibi X13 Əli qızının katibliyi, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi X4, Tələbkar nümayəndəsi və vəkili “Fides” Vəkil bürosunun vəkili Nümayəndə iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(033)-514/2021 qətnaməsinin izah edilməsi barədə Tələbkar nümayəndəsi və vəkili “Fides” Vəkil bürosunun vəkili Nümayəndə ərizəsinə 2(033)-514/2021 nömrəli mülki işlə birlikdə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Tələbkar nümayəndəsi və vəkili “Fides” Vəkil bürosunun vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-514/2021 saylı qətnaməsində xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2019cu il təvəllüdlü X7 anaları Tələbkar himayəsində saxlanmasının həmin uşaqların atadan alınaraq ananın himayəsinə verilməsini ehtiva edib etməməsinin izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Zaqatala rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-514/2021 saylı qətnaməsinə əsasən X12 ilə Borclu arasında bağlanmış xx.xx.2010-cu il tarixli nikah qeydi pozulmuş və tərəflərin birgə nikahından olan xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2019-cu il təvəllüdlü X7 anaları X2 himayəsində saxlanması məhkəmənin qətnaməsi ilə müəyyən edilmişdir. Qətnamənin qüvvəyə minməsindən dörd ildən artıq müddət keçməsinə baxmayaraq xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2019-cu il təvəllüdlü X7 anaları Ağacanova Röyanın himayəsinə verilməsi təmin edilməmişdir və hazırda da yetkinlik yaşına çatmayan və azyaşlı uşaqları Borclu faktiki himayəsində qalmışlar və hazırda uşaqların anaları ilə görüşməsinə maneələr yaradılır. Borclu barəsində Göyçay Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.5-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işi üzrə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası CM-nin 32.3, 120.2.1, 32.3,120.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar çıxardılaraq sonuncu istintaqdan yayındığı üçün barəsində axtarış elan edilmişdir. Hazırda yetkinlik yaşına çatmayan beş uşaq nənə və babalarının yanında qalırlar. Onlara anaları ilə görüşməyə icazə verilmir, uşaqlar məktəbə getmirlər, onların təhsil almasında problemlər yaradılır, əsasən təsərrüfat işlərinə və ev işlərinə cəlb olunurlar, təlim və tərbiyələri ilə heç kim məşğul olmur. Bu da onların gələcəkdə bir fərd olaraq formalaşmalarına olduqca mənfi təsir göstərir. Zaqatala rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-514/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin surəti icra olunması üçün Zaqatala rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2025-ci il tarixində göndərilsə də, qeyd olunan idarədən bildirilmişdir ki, Zaqatala rayon Məhkəməsinin qətnaməsində uşaqların atadan alınaraq ananın himayəsinə verilməsi qeyd olunmamışdır. Zaqatala rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-514/2021 saylı qətnaməsində qeyd olunan xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2019-cu il təvəllüdlü X7 anaları X2 himayəsində saxlanmasının həmin uşaqların atadan alınaraq ananın himayəsinə verilməsini ehtiva edib etməməsinin müəyyən edilməsi üçün Zaqatala rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)- 514/2021 saylı qətnaməsinin izah edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən Tələbkar nümayəndəsi və vəkili “Fides” Vəkil bürosunun vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, Zaqatala rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-514/2021 saylı qətnaməsində qeyd olunan xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2019-cu il təvəllüdlü X7 anaları X2 himayəsində saxlanmasının həmin uşaqların atadan alınaraq ananın himayəsinə verilməsini ehtiva edib etməməsinin müəyyən edilməsi üçün Zaqatala rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-514/2021 saylı qətnaməsinin izah verilməsini məhkəmədən xahiş edir. Əlavə olaraq bildirmişdir ki, uşaqların ananın himayəsində saxlanması barədə qətnamə olduğu halda, yenidən uşaq tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi əlavə süründürməçiliyə, uşaqların üstün mənafeyinin pozulmasına, onların təhsilində, təlim və tərbiyəsində əhəmiyyətli gecikmələrə səbəb olacaqdır. Məhkəmə iclasında iştirak edən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 qanunamüvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi X14 bildirmişdir ki, o tələbkara uşaqların atadan alınaraq ananın himayəsinə verilməsini barədə iddiaçı ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. Odur ki, qanunamüvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədi üzrə borclu və tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinin tələblərinə müvafiq olaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini, icra məmurunu dinləyib, ərizəsini nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, Zaqatala Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(033)-514/2021 nömrəli qətnaməsinə izah verilməsinə dair ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.4-cü maddəsinə görə qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsinə görə icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Həmin qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İş materiallarından görünür ki, iddiaçı X12 xx.xx.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Borclu ilə aralarında bağlanmış nikahın pozulması, onların birgə nikahından 18 oktyabr 2010- cu il tarixdə anadan olmuş X5, 13 aprel 2012-ci il tarixdə anadan olmuş X11, 03 dekabr 2013-cü il tarixdə anadan olmuş X8, 24 noyabr 2015-ci il tarixdə anadan olmuş X9 və 25 yanvar 2019-cu il tarixdə anadan olmuş X7 himayəsində saxlanılması və onların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 175 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X12 məhkəməyə müraciət edərkən iddia ərizəsində qeyd etmişdir ki, 20 oktyabr 2009-cu ildə cavabdeh Borclu ilə qeyri rəsmi olaraq evlənmişdir, nikahları 16 oktyabr 2010-cu ildə Zaqatala rayonu Qeydiyyat Şöbəsində rəsmiləşdirilmişdir. Birgə nikahlarından 18 oktyabr 210-cu ildə X5, 13 aprel 2021-ci ildə X11, 03 dekabr 2013-cü ildə X8, 24 noyabr 2015-ci ildə X9 və 25 yanvar 2019-cu ildə X15 adlı beş uşaqları anadan olmuşdur. Cavabdehlə evləndikdən bir müddət sonra mehriban yaşasalarda sonradan münasibətləri pozulmuşdur. Uşaqlar isə iddia məhkəməyə təqdim edilən zaman onun, yəni iddiaçının himayəsində yaşamışdırlar. Odur ki, iddianın təmin olunmasına dair qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə xx.xx.2021-ci il tarixli, 2(033)-514/2021 nömrəli qətnamə ilə uşaqların anaları ilə yaşamasını, tərəflər arasında uşaqların yaşayış yeri ilə bağlı mübahisənin olmamasını nəzərə alaraq, uşaqları anaları X2 himayəsində saxlamış, qətnamə alimentin tutulması hissəsində xx.xx.2021-ci il tarixdə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə dərhal icraya yönəldilmiş, xx.xx.2021-ci il tarixdə isə icraata başlama haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi Zaqatala Rayon Məhkəməsinin 17 may 2021-ci il tаrixli, 2(033)- 514/2021 saylı qətnaməsi qəbul edilən zaman uşaqlar ananın himayəsində yaşamış məhkəmə isə tərəflər arasında bu halla bağlı mübahisə olmamasını nəzər alaraq uşaqları ananın himayəsində saxlamışdır, yəni qətnamə ilə, uşaqların ata X3 və ya ata nənəbabasından alınaraq Tələbkar verilməsi nəzərədə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-514/2021 nömrəli qətnaməsi iddiaçı Tələbkar verdiyi tələb üzrə çıxarılmışdır. Hazırda isə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-514/2021 nömrəli qətnaməsi qəbul olunan zaman mövcud olmuş şərait və real vəziyyət dəyişmişdir. Belə ki, qətnaməyə izah verilməsi barədə ərizədə də qeyd edildiyi kimi uşaqlar artıq ananın himayəsində deyildir. Bu hal isə qətnamə əsasında verilmiş icra sənədinin izahı üçün yox, iddiaçı tərəfindən uşaq tələbi ilə bağlı yeni iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi və məhkəmə tərəfindən qətnaməyə izah verilməsi haqqında ərizədə qeyd edilmiş hallaın tək-tək araşdırılması üçün əsasdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları nəzərə almaqla həll edir. Belə ki, Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Odur ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-514/2021 nömrəli qətanməsinə Tələbkar nümayəndəsi və vəkili “Fides” Vəkil bürosunun vəkili Nümayəndə ərizəsində qeyd edilən məzmununda izah verilməsi onun məzmununu dəyişdirir. Məhkəmə qeyd edir ki, məhkəmə icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Eyni zamanda Zaqatala Rayon Məhkəməsinin 2(033)-514/2021 saylı, xx.xx.2021ci il tarixli icra vərəqəsindən görünür ki, qətnamə yalnız aliment hissəsində icraya yönəldilmiş və icra məmuru haqlı olaraq həmin hissədə icra hərəkətləri həyata keçirmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(033)-514/2021 nömrəli qətnaməsinə izah verilməsi barədə Tələbkar nümayəndəsi və vəkili “Fides” Vəkil bürosunun vəkili Nümayəndə ərizəsi əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.5-ci maddəsinə görə qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Zaqatala Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(033)-514/2021 nömrəli qətnaməsinin izah edilməsi barədə Tələbkar nümayəndəsi və vəkili “Fides” Vəkil bürosunun vəkili Nümayəndə ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №8(033)-118/2025
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-118/2025
18.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver