Məhkəmə qərarları › İş №8(033)-13/2025

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-13/2025

03.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-13/2025 03.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi ilə, Zaqatala Rayon Məhkəməsinin e-2(033)-109/2024 nömrəli 28 fevral 2024-cü il tarixli icra sənədi üzrə "icraata xitam verilməsi haqqında" Zaqatala Rayon İcra və Probasoya Şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X3 xx.xx.2024-cü tarixli qərarının ləğv edilməsi barədə X1nın şikayətini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin e-2(033)-109/2024 nömrəli 28 fevral 2024-cü il tarixli icra sənədi üzrə "İcraata xitam verilməsi haqqında" Zaqatala Rayon İcra və Probasoya Şöbəsinin xx.xx.2024-cü tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, şikayətin verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürüldüyündən şikayət geri qaytarılmalı, tələbkara prosessual müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən məlum olur ki, Zaqatala Rayon Məhkəməsinin e-2(033)-109/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli icra sənədi üzrə Zaqatala Rayon İcra və Probasoya Şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında qərarda şikayət verilmə müddəti və qaydası göstərilmişdir. Həmin qərarın qəbul edildiyi tarixdən şikayət məhkəməyə təqdim olunan tarixədək 07 aydan artıq müddət keçmişdir. X1 şikayətində qərarın ona göndərilmədiyini, daha sonra aldığını qeyd etsə də, lakin bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, X1nın mübahisələndirdiyi qərarı konkret olaraq nə vaxt almasına dair hər hansı sübutu şikayətinə əlavə etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsində icra sənədi üzrə icraata xitam verilməsi əsasları təsbit edilmişdir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Yuxarıda qeyd edilmiş qanunvericiliyin normalarına əsaslanaraq, hesab edirəm ki, Zaqatala Rayon Məhkəməsinin e-2(033)-109/2024 nömrəli 28 fevral 2024-cü il tarixli icra sənədi üzrə Zaqatala Rayon İcra və Probasoya Şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında qərardan X1 tərəfindən verilmiş şikayət müddət ötürülməklə verildiyindən geri qaytarılmalı, tələbkara prosessual müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 130, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Zaqatala Rayon Məhkəməsinin e-2(033)-109/2024 nömrəli 28 fevral 2024-cü il tarixli icra sənədi üzrə Zaqatala Rayon İcra və Probasoya Şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında qərardan X1 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Tələbkara prosessual müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sərdlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar