Məhkəmə qərarları › İş №8(033)-136/2025

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-136/2025

04.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-136/2025 04.09.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 Əli qızının katibliyi, Borclu iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin e-2(033)-207/2021 nömrəli, 02 mart 2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin indeksasiyasına dair Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-207/2021 iş nömrəli qətnaməsi ilə Tərəflərin birgə nikahından 26 may 2013-cü il tarixdə doğulmuş X4 və 25 mart 2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşma çatanadək saxlanması üçün 09 dekabr 2020-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat məbləğində alimentin məbləğinin hər ay bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli olmaqla cəmi 1.04 misli həddində indeksasiya olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Borclu ilə birgə nikahlarından 26 may 2013-cü il tarixdə X4 və 25 mart 2018-ci il tarixdə X3 adlı iki övladı doğulmuşdur. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli, 2(033)- 207/2021 iş nömrəli qətnaməsi ilə 26 may 2013-cü il tarixdə doğulmuş X4 və 25 mart 2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 09 dekabr 2020- ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment Borclu tutularaq ona verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)- 207/2021 iş nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından 26 may 2013-cü il tarixdə anadan olmuş X4 və 25 mart 2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşma çatanadək saxlanması üçün 09 dekabr 2020- ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat məbləğində aliment təyin olunan zaman aylıq əməkhaqqının məbləği 250 manat olmuşdur. Belə ki, "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikasının Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilmişdir. Bu isə o deməkdir ki, Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-207/2021 iş nömrəli qətnaməsi ilə təyin edilmiş aliment həmin döviir üçün minimum əmək haqqının 52 faizini (130/250x100=52%), yəni, 0,52 mislini təşkil etmişdir. Hal-hazırda isə "2025-ci il üçün Azərbaycan Respublikasında minimum əmək haqqı 400 manat müəyyən edilib. Belə olan halda aliment miqdarı 400 x 0.52 misli miqdarında indeksasiya olunmalıdır. Tələbkar məhkəməyə ərizə ünvanlayaraq əriyəyə onun iştirakı olmadan baxılmasını və təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəyə tələbkarın iştirakı olmadan baxılmaısnı mümkün hesab etdi. Borclu məhkəmə iclasında tələbi qəbul etməyərək bildirdi ki, o, hərbi xidmətdə olarkən xəsarət alımışdır və onun ciyərinin bir parası əməliyyatla götürülmüşdür. Buna görə o ağır işlərdə işləyə bilmir. Bundan başqa o ikinci dəfə evlənmiş və bu nikahdan da bir övladı vardır. Üç uşağına çətinliklə baxır. Artıq məbləğdə aliment ödəyə bilməz. Odur ki, tələbkarın ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə borclunu dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA ******* seriyalı şəxiyyət vəsiqəsinin sürətindən görünür ki, X4 26 may 2013-cü ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AA ******* seriyalı şəxiyyət vəsiqəsinin sürətindən görünür ki, X3 25 mart 2018-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin e-2(033)-207/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, X9 ilə Borclu arasında bağlanmış 08 iyul 2016-cı il tarixli nikah qeydinin pozulması. Nikahın pozulması Qeydiyyat Şöbəsində rəsmiləşdirilərkən 15 manat dövlət rüsumunun Borclu tutulması, tərəflərin birgə nikahından 26 may 2013-cü il tarixdə anadan olmuş X4 və 25 mart 2018-ci il tarixdə anadan olmuş X2 anaları X6 himayəsində saxlanılması, tərəflərin birgə nikahından 26 may 2013-cü il tarixdə anadan olmuş X5 və 25 mart 2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 09 dekabr 2020-ci il tarixdən hesablanmada, hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin Borclu tutularaq X6 xeyrinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göründüyü kimi, qeyd edilən norma ilə nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Bundan əlavə, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. İndeksasiya iflyasiya nəticəsində dəyən zərərin bərpa olunmasının üsulu olsa da, onu mülki hüququn mühüm institutlarından biri olan zərərin əvəzinin ödənilməsi ilə eyniləşdirmək olmaz. Zərərin əvəzinin ödənilməsi mülki-hüquqi məsuliyyət tədbiri olduğu halda, indeksasiyasının belə hüquqi təyinatı yoxdur. İşin halları ilə müəyyən olunur ki, hazırkı ərizəsində Tələbkar yetkinlik yaşına çatmayan 26 may 2013-cü il tarixdə doğulmuş X4 və 25 mart 2018-ci il tarixdə doğulmuş X1 üçün Borclu onun xeyrinə Zaqatala Rayon Məhkəməsinin e-2(033)-207/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hər ay hər uşaq üçün tutulan 130 (bir yüz otuz), cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin indeksasiyasının aparılaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində sabit pul məbləğində aliment tutulmasına dair qərardad çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-2-ci maddəsinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-cmaddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Həmin Qərarın 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2019-ci il sentyabrın 1-dən 250 manat müəyyən edilibdir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilibdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi, habelə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2019-cu ilin sentyabr ayının 1-dən 2021-ci ilin yanvar ayının 1-dək 250 manat; 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edildiyi nəzərə alınmaqla ərizəçinin indeksasiya tələbi təmin edilməli, 2021-ci ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 130 manat sabit pul məbləğində alimentin tutulması qət edildiyindən və tutulmuş alimentin miqdarı 2021-ci il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,52 mislini təşkil etdiyindən, məhkəməyə müraciət olunduğu tarixdən – xx.xx.2025-ci il tarixdən etibarən 26 may 2013-cü il tarixdə doğulmuş X4 və 25 mart 2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşaq üçün sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində sabit pul məbləğində aliment tutularaq, Tələbkar ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-207/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan aliment indeksasiya edilsin. 26 may 2013-cü il tarixdə doğulmuş X4 və 25 mart 2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borcludan hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində sabit pul məbləğində aliment tutularaq, Tələbkar ödənilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar