Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-14/2024 19.04.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, X7 katibliyi ilə, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-2510/2023-007 saylı, xx.xx.2023cü il tarixli icra sənədi üzrə tələbkarın tələbdən imtinası barədə Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatına Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X10 məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-2510/2023-007 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbkar Mahmudova (Abdullayeva) Dürnisə Hacıməhəmməd qızının aliment tələbindən imtinasının qəbul edilməsi ilə bağlı təqdimata baxılmasını xahiş etmişdir. Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X10 təqdimatını onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığım Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2510/2023-007 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Mahmudova (Abdullayevə) Dürnisə Hacıməhəmməd qızının xeyrinə ödənilməlidir. Müvafiq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, Borclu qanunun tələbləri izah edilərək, icra sənədinin icrasını könüllü təmin etməsi üçün bildiriş verilmişdir. Borclunun adında tələb yönəldə biləcək əmlakın olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular verilmiş, lakin verilmiş sorğular nəticəsində borcluya məxsus heç bir əmlak və gəlirlər aşkar edilməmişdir. Tələbkar X3 xx.xx.2024-cü il tarixdə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2510/2023-007 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə aliment tələbindən imtina etdiyini bildirmişdir. Tərəflər məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-2510/2023-007 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən hesablanmaqla cavabdeh Borclu tutularaq iddiaçı X4 ödənilməlidir. İşdə olan tələbkar X1 14 mart 2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X11 ödənilməli olan və 18 yaşına kimi ödəniləcək bütün alimentlərdən imtina edir. Borclu heç bir tələbi yoxdur. Məhkəmə təqdimata və işdə olan sənədlərə baxaraq hesab edir ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-2510/2023-007 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbkar X2 aliment tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilməli və təqdimat təmin edilməlidir. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, tələbkar X5 Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2510/2023-007 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə aliment tələbindən imtina etmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən İcra Haqqında Azərbaycan Respublikası Qanununun 20.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-2510/2023-007 saylı, xx.xx.2023cü il tarixli icra sənədi üzrə tələbkar X2 aliment tələbindən imtinası qəbul edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №8(033)-14/2024
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-14/2024
19.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver