Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-156/2025 17.10.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, Zaqatala Rayon Məhkəməsinin 2(033)-672/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən borcun indeksləşdirilməsinə dair Tələbkar ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİM: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 2(033)-672/2018 saylı, 25 aprel 2018-ci il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş 800,00 pul məbləğini indeksləşdirilərək 2018-ci il aprel ayından 2025-ci il aprel ayınadək 150,00 faiz artımı (800,00 AZN x 150,00 % = 1200,00 AZN) nəzərə alaraq cəmi 2000 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni araşdırıb belə nəticəyə gəlirəm ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi rəhbər tutularaq məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-149.4-cü maddələrinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1-ci maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); 150.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1-ci və 152.1.1-ci maddələrinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 2(033)-672/2018 saylı, 25 aprel 2018-ci il tarixli məhkəmə əmrindən görünür ki, borclu Zaqatala rayonu, Muğanlı kəndində yaşayan, AZE 16500076, xx.xx.1982-ci il tarixdə Zaqatala rayonu, Muğanlı kəndində anadan olan Borclu 940 manat əsas borc, 282 manat məbləğində cərimə borcu, 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1242 manat borc ünvan 1 ünvanında yerləşən- “Sunny Electronics” mağazasına sahibkarlıq edən kreditoru Tələbkar hesabına tutulması əmr edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 2(033)-672/2018 saylı, 30 iyul 2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Borclu məhkəmə əmrinə etiraz etmiş və Zaqatala Rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli qərardadı ilə 25 aprel 2018-ci tarixli məhkəmə əmri ləğv edilmiş və həmin qətnamə ilə iddia qismən təmin edilərək, cavabdeh Borclu 11 avqust 2017-ci il tarixli müqavilə üzrə 340 manat əsas borc və 30 noyabr 2017-ci tarixli, 222 saylı müqavilə üzrə 600 (altı yüz) manat məbləğində əsas borc, eləcə də ödənilmiş 20 manat dövlət rüsumu, cəmi 960 (doqquz yüz altmış) manat tutularaq “SunnyElectronics” mağazasında sahibkarlıq fəaliyyəti göstərən Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Müəyyən etdim ki, Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 2(033)-672/2018 saylı, 25 aprel 2018-ci il tarixli məhkəmə əmri ilə tutulması müəyyən edilmiş məbləğin indeksləşdirilməsini məhkəmədən xahiş etmişdir. Lakin iş materiallarına əlavə edilmiş sənələrdən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-672/2018 saylı, 25 aprel 2018-ci il tarixli məhkəmə əmri cavabdeh Borclu etirazı əsasında Zaqatala Rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli qərardadı ilə ləğv edilmiş, iş üzrə 30 iyul 2018-ci il tarixdə 2(033)-672/2018 saylı qətnamə qəbul edilmişdir və həmin qətnamə ilə cavabdeh Borclu 11 avqust 2017-ci il tarixli müqavilə üzrə 340 manat əsas borc və 30 noyabr 2017-ci tarixli, 222 saylı müqavilə üzrə 600 (altı yüz) manat məbləğində əsas borc, eləcə də ödənilmiş 20 manat dövlət rüsumu, cəmi 960 (doqquz yüz altmış) manat tutularaq “SunnyElectronics” mağazasında sahibkarlıq fəaliyyəti göstərən Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Göründüyü kimi Zaqatala Rayon Məhkəməsinin 2(033)-672/2018 saylı, 25 aprel 2018-ci il tarixli məhkəmə əmri ləğv edildiyindən və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-672/2018 saylı, 30 iyul 2018-ci il tarixli qətnaməsi qəbul edildiyindən Tələbkar həmin qətnamə üzrə tutulması müəyyən edilmiş məbləğin indeksasiya edilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Buna görə də, Tələbkar ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, Tələbkar göstərilənlərə əməl etməklə yenidən məhkəməyə müraciət edə bilmək hüququ izah edilməlidir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 263- 264, 267-268-ci maddələrinə əsaslanaraq, QƏRARAALDİ: Zaqatala Rayon Məhkəməsinin 2(033)-672/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən borcun indeksləşdirilməsinə dair Tələbkar ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №8(033)-156/2025
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-156/2025
17.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver