Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-16/2024 24.04.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, X2 katibliyi, Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə Şəki Rayon Məhkəməsinin 2(075)-2374/2017 nömrəli 24 aprel 2017-ci il tarixli icra sənədinə əsasən başlanmış icraatın dayandırılması barədə Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi Elvin Əhmədovun təqdimatına Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi Elvin Əhmədov məhkəməyə təqdimat verərək, Şəki Rayon Məhkəməsinin 2(075)-2374/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icraatının dayandırılmasına dair qərardad verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada Tələbkar və Borclu xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbini məhkəməyə bildirməmişlər. Bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi Elvin Əhmədov təqdimatında göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-2374/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən Borclu hər ay iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 200 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə Zaqatala rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərarın surəti, bildirişlə ona borclunun ünvanına göndərilmiş, icra sənədində olan tələbi könüllü olaraq həyata keçirmək üçün “10” gün müddət təklif edilmişdir. Lakin könüllü icra müddətində icra sənədi üzrə tələb borclu tərəfindən təmin edilməmişdir. AR Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasının 312 nömrəli,xx.xx.2024- cü il tarixli arayışa əsasən Borclu xx.xx.2019-cu il tarixdən Şəki rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsindədir.Hal-hazırda stasionar müalicəsi davam edir. Məhkəmə baxış iclasında iştirak edən Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi X3 təqdimata uyğun izahat verərək Şəki Rayon Məhkəməsinin 2(075)-2374/2017 nömrəli 24 aprel 2017-ci il tarixli icra sənədi üzrə Borclu ağır xəstə olduğunu, Şəki rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində olduğunu bildirdi və qanunamüvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, Zaqatala rayon İcra və Probasiya Şöbəsinin təqdimatına, işdə olan sənədlərə baxaraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-2374/2017 nömrəli 24 aprel 2017-ci il tarixli icra vərəqəsinə əsasən Borclu hər ay hər uşaq üçün 100 (yüz ) manat aliment alınaraq 31 ar 2009-cu il təvəllüdlü X5 və 08 avqust 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çalana kimi saxlanılması üçün Tələbkar verilməlidir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 02 may 2017-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-2374/2017 nömrəli 24 aprel 2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 312 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Borclu xx.xx.2019-cu il tarixdən Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir və hazırda stasionar müalicəsi davam edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 475 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Borclu xx.xx.2019-xx.xx.2019; xx.xx.2020-xx.xx.2020; xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə stasionar müalicələr almışdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda; borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda; icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə; borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda icra sənədi üzrə icraat dayandırıla bilər. Həmin Qanunun 19.1 və 19.1.2-ci maddələrinə əsasən borclunun və ya tələbkarın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissələrində müddətli həqiqi hərbi xidmətdə olduğu, üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda, stasionar müalicə müəssisəsində olduğu və ya borclunun, onun əmlakının axtarışda olduğu və ya ondan alınmış uşağın axtarışda olduğu halda - müvafiq olaraq hərbi xidmətdən buraxılanadək və ya kontrakt üzrə hərbi xidmətə başlayanadək, icra hərəkətlərinin keçirildiyi yerin hüdudlarına qayıdanadək, müalicə müəssisəsindən çıxanadək yaxud borclunun, onun əmlakının və ya ondan alınmış uşağın axtarışı başa çatanadək icraat dayandırılır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Göründüyü kimi, qanunverici tərəfindən icra sənədi üzrə icraatın dayandırılması mümkün olan hallar müəyyən edilmiş və onlardan biri də borclunun ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduğu müddətdir. İcra məmuru tərəfindən Şəki Rayon Məhkəməsinin 2(075)-2374/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Borclu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasında müalicə almasına dair sənəd təqdim edilsə də, onun hazırda stasionarda müalicə almaması xx.xx.2021-ci il tarixdən stasionar müalicəsini tamamlaması müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş materiallarında Şəki Rayon Məhkəməsinin 2(075)-2374/2017 nömrəli 24 aprel 2017-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması üçün “İcra haqqında” Azərbaycan Respublikasını Qanununun 18-ci maddəsində nəzərdə tutulan hallar, yəni borclunun hazırda ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunmasına dair mötəbər sübutlar mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 2374/2017 nömrəli 24 aprel 2017-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi Elvin Əhmədovun təqdimatı təmin edilməməlidir. Qeyd edilənlərə əsasən İcra Haqqında Azərbaycan Respublikası Qanununun 18-19, 21-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəki Rayon Məhkəməsinin 2(075)-2374/2017 nömrəli 24 aprel 2017-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi Elvin Əhmədovun təqdimatı təmin edilməsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №8(033)-16/2024
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-16/2024
24.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver