Məhkəmə qərarları › İş №8(033)-164/2025

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-164/2025

04.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-164/2025 04.11.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi X6 qızının katibliyi, Tələbkar X1, Borclu iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(033)-895/2023 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin indeksasiyası barədə tələbkar X1 ərizəsinə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(033)-895/2023 iş nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Borclu alınaraq xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 170 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Tələbkar X4 ərizə ilə məhkəməyə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-895/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin ölkə üzrə 2025-ci il üzrə təsbit olunmuş minimum əmək haqqına münasibətdə indeksasiya edilməsinə, yəni, Borclu uşağın 18 yaşına çatana qədər saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment alınaraq ona ödənilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Borclu xx.xx.2009-cu ildə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ərə getmişdir. Birgə nikahdan xx.xx.2022-ci il tarixdə “Sevinc” adlı övladı doğulmuşdur. Zaqatala rayon Məhkəməsinin e-2(033)-895/2023 qətnaməsinə əsasən nikahları pozulmuşdur və 170 manat aliment təyin olunmuşdur. Övladı onun himayəsində yaşayır, onun qayğısına anası tək qalır, cavabdeh uşağın saxlanılması üçün ona maddi köməklik etmir. Uşaq azyaşlı olduğuna və onun himayəsində yaşadığına görə cavabdeh uşağın saxlanılması üçün aliment ödəməlidir. Ona görə də o aliment artımı tələbi ilə məhkəməyə müraciət etmişdir. Uşaqların saxlanılması üçün aliment ölkədə müəyyən edilmiş minimum istehlak səbətinə uyğun təyin edilməlidir. Məhkəmə iclasında iştirak edən tələbkar X4 ərizənin məzmununa uyğun çıxış edərək və ərizəsində dəqiqləşdirmə apararaq Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)- 895/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin yetkinlik yaşına çatmayan uşağına münasibətdə indeksasiya edilərək ölkə üzrə minimum əmək haqqının 0,49 misli məbləğində təyin edilməsini məhkəmədən xahiş etdi. Borclu məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 400 manat əmək haqqı alır. Məhkəmədən nəzərə alınmasını xahiş etdi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir. Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4-2 yarımbəndində qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,533 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2024-cu il tarixli “Minimum əmək haqqının artırılması haqqında” Sərəncamına əsasən, 2025-ci il üzrə minimum əmək haqqı 400 manat olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(033)-895/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası barədə tələbkar X1 ərizəsi təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay 170 manat sabit pul məbləğində Borclu tutularaq X2 ödənilməsi qət edilmiş alimentin məbləği xx.xx.2025-ci il tarixdən indeksasiya edilməklə hər ay bir uşaq üçün minimum əmək haqqının 0,49 misli həddində olmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.3-cü maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-895/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası barədə tələbkar X1 ərizəsi təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-895/2023 nömrəli qətnaməsi ilə xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay 170 manat sabit pul məbləğində tutularaq X2 ödənilməsi qət edilmiş alimentin məbləği xx.xx.2025-ci il tarixdən indeksasiya edilməklə hər ay bir uşaq üçün minimum əmək haqqının 0,49 misli həddində olmaqla müəyyən edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar