Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-17/2024 22.04.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, X2 katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin e-2(033)-372/2023-014 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbkarın tələbdən imtinası barədə Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatına Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X5 məhkəməyə təqdimatla müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin e- 2(033)-372/2023-014 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Tələbkar aliment tələbindən imtinasının qəbul edilməsi ilə bağlı təqdimata baxılmasını xahiş etmişdir. Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X5 təqdimatını onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığım Zaqatala Rayon Məhkəməsinin e- 2(033)-372/2023-014 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu X1 hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Tələbkarnın xeyrinə ödənilməlidir. Müvafiq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, borclu X3 qanunun tələbləri izah edilərək, icra sənədinin icrasını könüllü təmin etməsi üçün bildiriş verilmişdir. Borclunun adında tələb yönəldə biləcək əmlakın olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular verilmiş, lakin verilmiş sorğular nəticəsində borcluya məxsus heç bir əmlak və gəlirlər aşkar edilməmişdir. Tələbkar xx.xx.2024-cü il tarixdə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin e-2(033)- 372/2023-014 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə aliment tələbindən imtina etdiyini bildirmişdir. Tərəflər məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşdə olan Zaqatala Rayon Məhkəməsinin e-2(033)-372/2023-014 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, 02 oktyabr 2012-ci il təvəllüdlü X6 və 28 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat aliment cavabdeh Borclu tutulub iddiaçı Tələbkar ödənilməlidir. Alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 14 fevral 2023-cü il tarixdən hesablanmalıdır. İddiaçı Tələbkar tərəfindən ilkin mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat onun özünə aid edilməlidir. İddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Cavabdeh Borclu 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İşdə olan Tələbkar 01 aprel 2024-cü il tarixli ərizəsindən görünür ki, Borclu heç bir aliment tələbi yoxdur və aliment tələbindən imtina edir. Zaqatala Rayon Məhkəməsinin e-2(033)- 372/2023-014 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icraatına xitam verilməsi üçün məhkəməyə təqdimat verilməsini xahiş edir. Məhkəmə təqdimata və işdə olan sənədlərə baxaraq hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin e-2(033)-372/2023-014 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Tələbkar aliment tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilməli və təqdimat təmin edilməlidir. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, Tələbkar Zaqatala Rayon Məhkəməsinin e-2(033)-372/2023-014 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə aliment tələbindən imtina etmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən İcra Haqqında Azərbaycan Respublikası Qanununun 20.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-372/2023-014 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Tələbkar aliment tələbindən imtinası qəbul edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №8(033)-17/2024
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-17/2024
22.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver