Məhkəmə qərarları › İş №8(033)-176/2025

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-176/2025

12.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-176/2025 12.11.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi X3 qızının katibliyi, Tələbkar və Borclu və iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin 2(033)-160/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbkarın tələbindən imtinası barədə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Zaqatala Rayon Məhkəməsinin e-2(033)-160/2022 nömrəli, xx.xx.2022-ci il tarixli nömrəli icra sənədi üzrə Tələbkar aliment tələbindən imtinasının qəbul edilməsi ilə bağlı təqdimata baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-160/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmas üçün hər ay uşaq üçün sabit pul məbləğində 150 manat aliment cavabdeh Borclu tutularaq Tələbkar verilməsi qət edilmişdir. Qətnamə icra edilməsi üzrə Balakən rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Tələbkar 3 aydan çoxdur ki, Borclu ilə barışmışdır, ailələrini bərpa edərək birlikdə yaşayırlar. Ona görə də borcludan aliment tələb etmir, tələbdən imtina edir, aliment tələbindən imtinanı qəbul etməyi və bu barədə qərardad qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən tərəflər təqdimatın təmin olunmasına etirazlarının olmadığını bildirdilər. İşdə olan Tələbkar xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, aliment tələbindən imtina edir. Tələbdən imtinanın qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə tərəfləri dinləyib, təqdimata və işdə olan sənədlərə baxaraq hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2025-ci il tarixli ərizəsi üzrə aliment tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilməli və təqdimat təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, tələbkar Vasiyeva X1 Rayon Məhkəməsinin 2(033)-160/2022 nömrəli, xx.xx.2022-ci il tarixli iş üzrə aliment tələbindən imtina etmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən İcra Haqqında Azərbaycan Respublikası Qanununun 20.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 2(033)-160/2022 nömrəli, xx.xx.2022-ci il tarixli iş üzrə Tələbkar aliment tələbindən imtinası qəbul edilsin. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar