Məhkəmə qərarları › İş №8(033)-19/2022

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-19/2022

24.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-19/2022 24.02.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi, Borclu Abdusalam oğlunun, Tələbkar Tariyel oğlunun nümayəndəsi X1 və Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru (stajor) X2 iştirakları ilə Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi Elvin Əhmədovun təqdimatına Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi Elvin Əhmədov məhkəməyə təqdimat verərək, icra sənədi üzrə Borclu Abdusalam oğluna məxsus olan Zaqatala rayonu, Gözbarax kəndində 0.1115 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi Elvin Əhmədov təqdimatında göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033}-1025/2019 nömrəli, 02.11.2020-ci il tarixli icra sənədinə əsasən Borclu dəyəri 789 manat olan, 585 əyarlı, 17.1 qram çəkili 1 ədəd mafioz sep, dəyəri 893 manat olan, 583 əyarlı, 15.4 qram çəkili 1 ədəd kardinal sep, dəyəri 388 manat olan, 750 əyarlı, 5,1 qram çəkili 1 ədəd sırğa, dəyəri 280 manat olan 750 əyarlı, 5 qram çəkili 1 ədəd qırıq üçük (0,5 qram çıxılır), dəyəri 500 manat olan 916 əyarlı, 7.2 qram çəkili 1 ədəd Atatürk pulu, dəyəri 800 manat olan, 999 əyarlı, 8.8 qram çəkili 1 ədəd Avstriya pulu, dəyəri 450 manat olan, 750 əyarlı, 5,5 qram çəkili 1 ədəd brilyant tək qaş sırğa, dəyəri 120 manat olan 583 əyarlı, 1.8 qram çəkili 1 ədəd brilyant kişi üzüyü (1.2 qram qaş çıxılır), dəyəri 110 manat olan, 585 əyarlı, 2 qram çəkili bir ədəd qara qaş üzük (0.7 qram çıxılır), dəyəri 1682 manat olan, 750 əyarlı, 63.9 qram çəkili 1 ədəd zəncir sep, dəyəri 300 manat olan 583 əyarlı 5 qram çəkili 1 ədəd brilyant romb üzük (0.3 qram çıxılır), dəyəri 490 manat olan 583 əyarlı 7,2 qram çəkili 1 ədəd brilyant qolbaq, dəyəri 300 manat olan, 585 əyarlı, 4.5 qram çəkili, 1 ədəd brilyant saat (8 qaş- 4 qram çıxılır), dəyəri 250 manat olan, 585 əyarlı, 3,7 qram çəkili 1 ədəd fantaziya üzük (0.3 qram çıxılır), dəyəri 220 manat olan 585 əyarlı, 3,6 qram çəkili 1 ədəd sep, dəyəri 110 manat olan, 585 əyarlı, 2.1 qram çəkili 1 ədəd kəpənək sırğa, dəyəri 95 manat olan, 585 əyarlı, 1.6 qram çəkili, 1 ədəd qolbaq, dəyəri 110 manat olan 585 əyarlı, 1.8 qram çəkili 1 ədəd sırğa (0.3 qram çıxılır), dəyəri 210 manat olan 585 əyarlı, 2 qram çəkili 1 ədəd brilyant klon (ağ qızıl, 2.1 qram çıxılır), dəyəri 1400 manat olan 750 əyarlı, 23.8 qram çəkili 1 ədəd qolbaq, dəyəri 500 manat olan 750 əyarlı 9.2 qram çəkili 1 ədəd sep kobra, dəyəri 500 manat olan 750 əyarlı 5.6 qram çəkili, 1 ədəd brilyant paxlava, dəyəri 600 manat olan 750 əyarlı, 8,8 qram çəkili 1 ədəd brilyant paxlava, dəyəri 360 manat olan 750 əyarlı, 4.3 qram çəkili 1 ədəd brilyant klon, dəyəri 1050 manat olan 533 əyarlı, 12.5 qram çəkili 1 ədəd brilyant sırğa naturada, olmadıqda isə dəyəri alınaraq Tələbkar Tariyel oğluna verilməlidir. İcra sənədi 10.11.2020-ci il tarixdə Zaqatala rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Tərəflər razılığa gəlmiş və tələbkarın etibarnamə ilə nümayəndəsi Gülşad Zaqayeva 15.07.2021-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək icra sənədi üzrə icra tədbirlərinin sentyabr ayınadək dayandırılmasını xahiş etmişdir. Verilmiş müddət ərzində borclu icra sənədi üzrə tələbi təmin etmədiyindən icra tədbirləri davam etdirilmişdir. Borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 05.10.2021-ci il tarixdə protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 3(033)-425/2021 saylı, 05.11.2021-ci il tarixli qərarla Borclu 08 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Borclu məhkəməyə müvafiq qətnamənin hissə-hissə icra edilməsi barədə müraciət etmiş, lakin Zaqatala Rayon Məhkəməsinin 8(033)-86/2021 saylı 15.11.2021-ci il tarixli qərardadı ilə borclunun tələbi təmin edilməmişdir. Həmin tarixdə borclu tələbkarın xeyrinə 500 manat məbləğində ödəniş etmişdir. Borclu tərəfindən icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə "Elektron-icra Sistem" vasitəsilə sorğular edilmişdir. Belə ki, "Elektron-icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur kı, Borclu məxsus olan ünvan 1ində 0,1115 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi və Zaqatala rayonu Dağlı kəndində 0.01898 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclası zamanı Borclu Abdusalam oğlu, Tələbkar Tariyel oğlunun nümayəndəsi X5 və Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru (stajor) X6 ayrı-ayrılıqda təqdimatı müdafiə edərək təqdimatın təmin edilməsini xahiş etdilər. Məhkəmə Zaqatala rayon İcra və Probasiya Şöbəsinin təqdimatına, işdə olan sənədlərə baxaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 20 dekabr 2021-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 0,1115 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 106,90 kv.m. olan fərdi yaşayış evinin paylı mülkiyyət hüququ əsasında fərdi yaşayış evinin 52,10 kv.m. hissəsi və torpaq sahəsinin 0,0297 ha hissəsi Borclu Abdusalam oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 60 nömrəli reyestr kitabının 57 nömrəli vərəqindən qeydiyyata alınmışdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və ya satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsasıdır. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa, icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibatiiqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibatiiqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. İş materiallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-1025/2019 nömrəli 02 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh-iddiaçı Borclu dəyəri 769 manat olan, 585 əyarlı, 17.1 qram çəkili 1 ədəd mafioz sep, dəyəri 693 manat olan, 583 əyarlı, 15.4 qram çəkili 1 ədəd kardinal sep, dəyəri 360 manat olan, 750 əyarlı, 5.1 qram çəkili 1 ədəd sırğa, dəyəri 260 manat olan 750 əyarlı, 5 qram çəkili 1 ədəd qırıq üçük (0,5 qram çıxılır), dəyəri 500 manat olan 916 əyarlı, 7.2 qram çəkili 1 ədəd Atatürk pulu, dəyəri 600 manat olan, 999 əyarlı, 8.8 qram çəkili 1 ədəd Avstriya pulu, dəyəri 450 manat olan, 750 əyarlı, 5.5 qram çəkili 1 ədəd brilyant tək qaş sırğa, dəyəri 120 manat olan 583 əyarlı, 1.6 qram çəkili 1 ədəd brilyant kişi üzüyü (1.2 qram qaş çıxılır), dəyəri 110 manat dəyəri olan, 585 əyarlı, 2 qram çəkili bir ədəd qara qaş üzük (0.7 qram çıxılır), dəyəri 1682 manat olan, 750 əyarlı, 63.9 qram çəkili 1 ədəd zəncir sep, dəyəri 300 manat olan 583 əyarlı 5 qram çəkili 1 ədəd brilyant romb üzük (0.3 qram çıxılır), dəyəri 490 manat olan 583 əyarlı 7.2 qram çəkili 1 ədəd brilyant qolbaq, dəyəri 300 manat olan, 585 əyarlı, 4.5 qram çəkili, 1 ədəd brilyant saat (6 qaş- 4 qram çıxılır), dəyəri 250 manat olan, 585 əyarlı, 3.7 qram çəkili 1 ədəd fantaziya üzük (0.3 qram çıxılır), dəyəri 220 manat olan 585 əyarlı, 3.6 qram çəkili 1 ədəd sep, dəyəri 110 manat olan, 585 əyarlı, 2.1 qram çəkili 1 ədəd kəpənək sırğa, dəyəri 95 manat olan, 585 əyarlı, 1.6 qram çəkili, 1 ədəd qolbaq, dəyəri 110 manat olan 585 əyarlı, 1.8 qram çəkili 1 ədəd sırğa (0.3 qram çıxılır), dəyəri 210 manat olan 585 əyarlı, 2 qram çəkili 1 ədəd brilyant klon (ağ qızıl, 2.1 qram çıxılır), dəyəri 1400 manat olan 750 əyarlı, 23.8 qram çəkili 1 ədəd qolbaq, dəyəri 500 manat olan 750 əyarlı 9.2 qram çəkili 1 ədəd sep kobra, dəyəri 500 manat olan 750 əyarlı 5.6 qram çəkili, 1 ədəd brilyant paxlava, dəyəri 600 manat olan 750 əyarlı, 6.8 qram çəkili 1 ədəd brilyant paxlava, dəyəri 360 manat olan 750 əyarlı, 4.3 qram çəkili 1 ədəd brilyant klon, dəyəri 1050 manat olan, 583 əyarlı, 12.5 qram çəkili 1 ədəd brilyant sırğa naturada, olmadıqda isə dəyəri alınaraq iddiaçı-cavabdeh Tələbkar Tariyel oğluna verilməlidir. İcra sənədi üzrə icraata başlanılmış və icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün Borclu 10 gün könüllü icra müddəti verilməsinə baxmayaraq, o bu müddət ərzində ona rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Bundan sonra, Borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokoldan sonra tələbkarın xeyrinə 500 manat ödəniş etmişdir. Borclu Zaqatala Rayon Məhkəməsinin qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs də edilmişdir. Borclu həbsdən çıxdıqdan sonra tələbi könüllü icra etməsi üçün 10 gün müddət verilmiş lakin borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etməmişdir. Göründüyü kimi borclu Davudov X3 Rayon Məhkəməsinin 2(033)-1025/2019 nömrəli 02 noyabr 2020-ci il tarixli icra sənədi üzrə göstərilən tələbi tam icra etməmişdir. İşdə olan məlumata əsasən Borclu məxsus ünvan 1i ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi mövcuddur. Ona görə də, məhkəmə, proses iştirakçılarının izahatlarını və işdə olan sənədləri nəzərə alaraq hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-1025/2019 nömrəli 02 noyabr 2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün təqdimat təmin edilməli, borcluya məxsus əmlak üzərinə həbs qoyulmalıdır. Qeyd edilənlərə əsasən İcra Haqqında Azərbaycan Respublikası Qanununun 50.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1025/2019 nömrəli 02 noyabr 2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi üçün ünvan 1i ünvanında yerləşən 0,1115 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 106,90 kv.m. olan fərdi yaşayış evinin paylı mülkiyyət hüququ əsasında Borclu məxsus olan 52,10 kv.m. hissəsinin üzərinə həbs qoyulsun və tələb həmin əmlaka yönəldilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar