Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-21/2023 29.03.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu, Zaqatala Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(033)-100/2022 nömrəli qətnaməsinin icrasının dayandırılması barədə X1nun ərizəsini nəzərdən keçirib müəyyən etdim: Zaqatala Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(033)-100/2022 nömrəli icra vərəqəsinə əsasən 01 oktyabr 2007-ci ildə doğulmuş X6, 09 yanvar 2009-cu ildə doğulmuş X2 və 22 oktyabr 2013-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 07 oktyabr 2022-ci il tarixdən başlayaraq, cavabdeh X4 hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) manat aliment sabit pul məbləğində tutularaq, iddiaçı X7 ödənilməli, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Zaqatala Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(033)-100/2022 nömrəli icra vərəqəsi icra olunması üçün Zaqatala rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Zaqatala rayon İcra və probasiya şöbəsinin 16 mart 2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. X1 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hazırda həyat yoldaşı ilə birlikdə yaşayır. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(033)-100/2022 nömrəli qətnaməsinin icrasının dayandırılmasını xahiş edir. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsi rəhbər tutularaq iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, İcra Haqqında Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin qanunun 21.3-cü maddəsinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Həmin qanunun 21.6-cı maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş qanunun mənasından görünür ki, icra sənədi üzrə icra hərəkətlərinin dayandırılması yalnız icra məmurunun səlahiyyətindədir. MPM-in 231-ci maddəsinə əsasən məhkəmə yalnız qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması barədə ərizələrə baxa bilər. Hazırki icra sənədi isə alimentin ödənilməsi ilə bağlıdır. Bu səbəbdən X1 icra hərəkətlərinin dayandırılması barədə məhkəməyə deyil, icra şöbəsinə müraciət etməli, onun verdiyi qərarla razılaşmadığı halda məhkəməyə müraciət etməli idi. Qeyd olunanlara əsasən də, məhkəmə hesab edir ki, X1nun ərizəsinin qəbul edilməsindən imtina edilməli, ərizəyə əlavə olunmuş bütün sənədlər ona rəsmi qaydada verilməli, X1na göstərilənlərə əməl etməklə ərizəsində göstərilən tələblə əlaqədar aidiyyəti üzrə Zaqatala rayon İcra və probasiya şöbəsinə müraciət edə bilmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsində müəyyən edilmişdir ki, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263- 264, 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: Zaqatala Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(033)-100/2022 nömrəli qətnaməsinin icrasının dayandırılması barədə X1nun ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. Ərizəçiyə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəsində göstərilən tələblə əlaqədar aidiyyəti üzrə Zaqatala rayon İcra və probasiya şöbəsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №8(033)-21/2023
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-21/2023
29.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver