Məhkəmə qərarları › İş №8(033)-24/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-24/2023

03.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-24/2023 03.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi, Borclu nümayəndəsi və vəkili X6 və Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi X5 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli 2(011)-355/2017 nömrəli icra sənədinin icrası ilə bağlı Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Elvin Əhmədovun 23 yanvar 2023-cü il tarixli «Borclunun axtarışı haqqında» qərarından Borclu vəkili və nümayəndəsi X6 verdiyi şikayətinə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli 2(011)-355/2017 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2017-ci il tarixdən başlayaraq Borclu hər ay qazancının (gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment xx.xx.2013-cü il təvəllüdlü X4 18 yaşına çatanadək saxlanılması üçün Tələbkar xeyrinə tutulmalıdır. İddiaçı Borclu 30 manat dövlət rüsumu dövlət nəfinə tutulmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli 2(011)-355/2017 nömrəli icra vərəqəsi Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən 16 fevral 2022-ci il tarixdə icra olunması üçün aidiyyəti üzrə Zaqatala rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Zaqatala rayon İcra və probasiya şöbəsinin 24 fevral 2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi kiçik ədliyyə müşaviri Elvin Əhmədovun xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərarla xx.xx.1981-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilmişdir. Borclu vəkili və nümayəndəsi X12 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi kiçik ədliyyə müşaviri Elvin Əhmədovun 23 yanvar 2023-cü il tarixli "Borclunun axtarışı haqqında" qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-355/2017 nömrəli. 20 fevral 2017-ci il tarixli icra sənədinə əsasən 20 fevral 2017-ci il tarixdən başlayaraq Borclu hər ay bir uşağın yetkinlik yaşma çatanadək saxlanılması üçün əmək haqqının 1/4 miqdarmda aüment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən aiddiyatı üzrə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və 24 fevral 2022cı il tarixində Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, borclu şəxsə tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Şikayətə əlavə olunmuş Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 03 avqust 2022-ci il tarixli, 83183 nömrəli məktubundan qeyd olunur ki, "....Bundan sonra aparılan icra tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Borclu tərəfindən 2438.44 manat aliment ödənişi əmək haqqından tutulmaqla, icra sənədi Zaqatala rayon İcra və probasiya şöbəsinin icraatına daxıl olduqdan sonra 1800 manat, ümumilikdə isə 20 694.44 manat aliment ödənişi Tələbkar xeyrinə ödənilmişdir. Bundan sonra Borclu xx.xx.2022-ci il tarixdə şöbəmizə gəlmiş, o şöbəmizdə olan zaman Xarici işlər Nazirliyində işlədiyi dövrdə aldığı əmək haqqı barədə arayışı və hal-hazırda işlədiyi X8 Katibliyinin arayışını şöbəmizə təqdim etmışdir. Təqdim olunan arayışlara və Azərbaycan Respublikası Statistika komitəsinin şöbəmizə təqdim etdiyi illərə görə Bakı şəhəri üzrə orta aylıq əmək haqqına aid məktuba əsasən yenidən alimentin hesablanması aparılmışdır. Borclu tərəfindən aliment pulu Tələbkar hesabına hər ay vaxtında ödənilmişdir. İcra sənədində olan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Statistika Komitəsinin və X8 Katibliyinin arayışlarına əsasən hesablamamıza görə hal-hazırda Borclu aliment borcu yoxdur." Bundan sonra da hüquqlarını müdafiə etdiyi Borclu Azərbaycan Respublikası Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 355/2017 nömrəli, 20 fevral 2017-ci il tarixli icra sənədinə əsasən ödəməli olduğu aliment borcunu vaxtı vaxtında ödəmişdir. Bütün bunlara baxmayaraq Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi kiçik ədliyyə müşaviri Elvin Əhmədovun 23 yanvar 2023-cü il tarixli "Borclunun axtarışı haqqında" qərarına əsasən, hüquqlarını müdafiə etdiyi Borclu barəsində axtarış elan edilmişdir. 23 yanvar 2023-cü il tarixli "Borclunun axtarışı haqqında" qərar onunla əsaslandırılmışdır ki, "...Tərəfimizdən aparılan icra tədbirləri ilə Borclu dəfələrlə məhkəmə qərarının icrası barədə bildiriş verilmiş, həmçinin ondan "Ailə Məcəlləsinə" əsasən əmək haqqı (gəlirləri) barəsində dəqiq məlumat verilməsi tələb olunmuşdur. Bundan sonra Borclu X8 Katibliyinin arayışını şöbəmizə təqdim etmişdir. Lakin, tələb edilməsinə baxmayaraq onun tərəfindən həmin arayışın əsaslandırıcı sənədləri, o cümlədən bank çıxarışları, gəlirləri təsdiq edən konkret sənədlər təqdim edilməmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixində sonuncu dəfə borcluya nə qədər əmək haqqı alması barədə şöbəmizə dəqiq, bank çıxarışları əlavə edilməklə məlumat verilməsi barədə xəbərdarlıq ünvanlanmışdır. Qeyd edilən müraciətlərə Borclu tərəfindən bugünədək cavab verilməmiş, onun Azərbaycan Respublikası ərazisində yaşadığı ünvanlara, həmçinin borcluya məxsus əlaqə nömrəsinə (vatsap vasitəsilə) həmin məktublar yenidən göndərilmiş, yenə də Borclu tərəfindən həmin xəbərdarlıqlara münasibət bildirilməmişdir. Borclunun ailə üzvləri və onun özü ilə telefon əlaqələri saxlanılmasına baxmayaraq bu da nəticə verməmişdir. Belə olan halda Borclu tərəfindən "Ailə Məcəlləsi"nin 104.2-ci maddəsinin tələbləri pozulmuşdur. Hal-hazırda məhkəmə qərarının icrası ilə bağlı Borclu ödəyəcəyi alimentin hesablanmasında ciddi çətinlik yaranır. İcra sənədi üzrə Borclu tərəfindən əmək haqqı (gəlirləri) barədə dəqiq məlumat verməkdən qərəzli şəkildə yayınılmış və yaşadığı yeri müəyyən ötmək mümkün olmadığından icra tədbirləri görülə bilməmişdir. Əldə edilən məlumata əsasən onun hazırda ölkə xaricində məlum olmayan ünvanda yaşadığı məlum olmuşdur." Göründüyü kimi, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 03 avqust 2022-ci il tarixli, 83183 nömrəli məktubunda icra sənədi üzrə Borclu öhdəliklərini tam icra etdiyi qeyd olunsa da, 23 yanvar 2023-cü il tarixli "Borclunun axtarışı haqqında" qərarda icra sənədinin dolayısı ilə icra edilmədiyi qeyd edilir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi kiçik ədliyyə müşaviri Elvin Əhmədovun 23 yanvar 2023-cü il tarixli "Borclunun axtarışı haqqında" qərarını aşağıda qeyd olunanlara əsasən qanunsuz və əsassız hesab edirik: 1. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 03 avqust 2022-ci il tarixli, 83183 nömrəli məktubunda icra sənədi üzrə Borclu öhdəliklərini tam icra etdiyi qeyd olunmuşdur. Belə olan halda, 23 yanvar 2023-cü il tarixli "Borclunun axtarışı haqqında" qərarda hüquqlarını müdafiə etdiyi Borclu Azərbaycan Respublikası Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-355/2017 nömrəli. 20 fevral 2017-ci il tarixli icra sənədin icrasından boyun qaçırması qənaətinə gəlinməsi qanunsuz və əsassızdır. Maraqlısı odur ki, hansı səbəbdən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi kiçik ədliyyə müşaviri Elvin Əhmədovun 23 yanvar 2023-cü il tarixli "Borclunun axtarışı haqqında" qərarı qəbul etməsini müəyyən etmək mümkünsüzdür. 2. İcra işinin materiallarında olan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Statistika Komitəsinin və X8 Katibliyinin arayışlarından da göründüyü kimi, hüquqlarını müdafiə etdiyi Borclu əmək haqqısı və digər gəlirləri barədə sənədlər Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə təqdim olunmuşdur. İşin bu halı Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 03 avqust 2022-ci il tarixli, 83183 nömrəli məktubunda da əks olunmuşdur. 3.Hətta, hüquqlarını müdafiə etdiyi Borclu əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilməsə belə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilməli idi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.4-cü maddəsinə əsasən, bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və va onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.4-cü maddəsində imperativ qaydada qeyd olunur ki, hüquqlarını müdafiə etdiyi Borclu tərəfindən əmək haqqını və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilməsə belə aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilməli idi. 4.Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Statistika Komitəsinin və X8 Katibliyi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə müvafiq məlumatları təqdim etmişlər. Lakin, Zaqatala Rayon İcra və Probasiya Şöbəsin rəisi kiçik ədliyyə müşaviri Elvin Əhmədov yuxarıda adı çəkilən qurumların təqdim etdiyi sənədlərə tənqidi yanaşmış, həmçinin məlumatların tam təqdim olunmadığını qeyd etmişdir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi kiçik ədliyyə müşaviri Elvin Əhmədovun 23 yanvar 2023-cü il tarixli "Borclunun axtarışı haqqında" qərarından belə başa düşülür ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Statistika Komitəsinin və X8 Katibliyi onun tələblərini icra etməmişdir. Lakin, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi kiçik ədliyyə müşaviri Elvin Əhmədov belə olduğu halda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Statistika Komitəsinin və X8 Katibliyinin inzibati məsuliyyətə cəlb olunması ilə bağlı protokol tərtib etməli olduğu halda, əsassız və qanunsuz olaraq hüquqlarını müdafiə etdiyi Borclu axtarışa verilməsi ilə bağlı qərar qəbul etmişdir. Bununla yanaşı, X8 tərəfindən verilmiş və hazırkı şikayətə əlavə edilmiş 10 mart 2023-cü il tarixli arayışlardan da göründüyü kimi, ərizəçinin aylıq sabit gəliri 700 ABŞ dolları təşkil edir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi kiçik ədliyyə müşaviri Elvin Əhmədovun 23 yanvar 2023-cü il tarixli "Borclunun axtarışı haqqında" qərarının ləğv edilməsi tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin, məhkəmə əmək haqqı barədə arayışın təqdim olunmaması əsası ilə şikayətin təmin edilməməsi barədə qərardad qəbul etdi. Lakin, hazırda Borclu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə əmək haqqı barədə arayışı təqdim etmiş, bununla belə yenə də onun axtarışa verilməsi ilə bağlı qərar ləğv edilməmişdir. Şərh olunanlardan da göründüyü kimi, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin hazırda mübahisələndirdiyi qərarı qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi kiçik ədliyyə müşaviri Elvin Əhmədovun 23 yanvar 2023-cü il tarixli "Borclunun axtarışı haqqında" qərarı hüquqlarını müdafiə etdiyi Borclu rəsmi olaraq təqdim olunmamış, yalnız vəkil (nümayəndə) 10 fevral 2023-cü il tarixdə icra işinin materialları ilə tanış olduqdan sonra həmin qərarın mövcudluğundan məlumatı olmuşdur. Məhkəmə baxış iclasında iştirak edən Borclu nümayəndəsi və vəkili X12 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi X11 şikayətdə qeyd edilənlərlə razı olmadığını, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli 2(011)-355/2017 nömrəli icra sənədi üzrə Borclu yaşayış yerini müəyyən etmək mümkün olmadığını, ona göndərilən poçt göndərişlərinin mütəmadi geri qayıtdığını, borclunun əmək haqqına dair hər hansı sənədləri İcra şöbəsinə təqdim etməkdən boyun qaçırdığını, borclunun yerini müəyyən etmək mümkün olmadığından icra sənədinin icrasının qeyri mümkün olduğunu qeyd edərək xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərarından verilmiş şikayətin qanuna müvafiq qaydada həll edilməsini xahiş etdi. Borclun tərəfindən təqdim edilmiş əmək haqqına dair arayışda da ancaq maaşının nə qədər olması göstərilmişdir. Yenə də əmək haqqı tam şəkildə göstərilməmişdir. Onun ezam olunub-olunmadığı dəqiq bilinmir. O eyni zamanda qeyd etdi ki, Borclu artıq ikinci dəfədir xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərarından şikayət verir və ilk şikayətində də əsaslanması və şikayətə əlavə etdiyi sənədlər hazırki şikayətlə eyni olmuşdur. İcra sənədi üzrə Tələbkar ərizə ilə müraciət edərək bildirmişdir ki, X8 Katibliyinin Layihə Direktoru vəzifəsində çalışan Borclu ilə 2012-ci ildə rəsmi qeydə alınmış nikahlarına iddiaçı Borclu tələbi əsasında Bakı şəhəri Xətai rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli qətnaməsi ilə xitam verilmiş və həmin tarixdən birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2013-cü il təvəllüdlü X4 18 yaşına çatanadək saxlanması üçün Borclu hər ay qazancının (gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin onun xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olsa da, Borclu Azərbaycan Respublikası Konstitusiyası və Ailə qanunvericiliyinin, “İcra haqqında" qanunun tələblərinə zidd olaraq, qızı Ayan Cumayevanın saxlanılması, xəstəliyi, tərbiyəsi və təhsili ilə bağlı zəruri xərclərin ödənilməsi öhdəliyini öz vəzifəsindən sui-istifadə edərək həmin təşkilatda 24 avqust 2018ci il tarixdən çalışdığı vaxtdan bu günədək məhkəmə qətanaməsinə müvafiq olaraq yerinə yetirmir. Borclu vəzifəsindən sui-istifadə edərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə müvafiq olaraq yerinə yetirməməsi ilə bağlı tərəfindən müxtəlif orqanlara və vəzifəli şəxslərə müxtəlif vaxtlarda rəsmi müraciətləri olmuşdur. Belə ki, Borclu vəzifəsindən sui-istifadə edərək üzərinə düşən vəzifələri məhkəmə qətnaməsinə uyğun yerinə yetirməməsi və bundan yayınması azyaşlı qızı Ayan Cumayevanın saxlanması, tərbiyəsi və təhsili ilə bağlı zəruri xərclərin ödənilməməsinə səbəb olmuşdur. Artıq 5 (beş) ilə yaxındır ki, Borclu öz əmək haqqı və gəlirləri barədə rəsmi və real məlumatı Azərbaycan Respublikasında müvafiq dövlət orqanlarına təqdim etməməsi məhkəmə qətnaməsinin müvafiq qaydada icra edilməsinə mane olmuşdur. Borclu Təşkilatda olan əvvəlki əlaqələrindən, eləcə də, statusundan sui-istifadə etməklə X2 möhürü ilə təsdiqlənmiş Türkiyə Respublikasının vətəndaşı olmayan, nə də Türkiyədə daimi rezident olmayan Katibliyin ezam edilən əməkdaşı olaraq sosial vəziyyətinin təmin edilməsi və yaxşılaşdırılması məqsədilə 25 avqust 2018-ci il tarixdən mütəmadi olaraq hər ay 750 (yeddi yüz əlli) ABŞ dolları məbləğində vəsaitin Təşkilat tərəfindən ona ödənilməsi ilə bağlı reallığı əks etdirməyən, hansı tarixdə verildiyi, hansı müşayiət məktubu ilə göndərildiyi bəlli olmayan arayışı təqdim etməklə Azərbaycan Respublikasının dövlət orqanlarına, daha dəqiq desək, icra və məhkəmə orqanlarına həqiqəti əks etdirməyən məlumatı təqdim etməklə tutduğu vəzifəyə uyğun olmayan mövqe nümayiş etdirmişdir. Təşkilata qətnaməni icra etməsi ilə bağlı yanlış məlumat verərək övladının saxlanması, təhsili və tərbiyəsi ilə bağlı zəruri xərcləri ödəməsi barədə həqiqətə uyğun olmayan məlumatı verərək özünə inandırmaqla, eləcə də, şəxsi münasibətlər və ona olan inamdan sui-istifadə edərək Təşkilat tərəfindən bu məsələyə biganə yanaşılmasına səbəb olmuşdur. X3 Layihə Direktoru vəzifəsində işləsə də, dörd dəfə məhkəməyə müraciət edərək Türkiyədə stabil işinin olmadığını, sabit əmək haqqı almadığını iddia edərək aliment məbləğinin dövlət tərəfindən əmək haqqı və gəlirləri olmayan şəxs üçün nəzərdə tutulan sabit pul məbləğinə endirilməsi ilə bağlı həqiqəti əks etdirməyən məlumatları təqdim etməklə məhkəməyə müraciət etmişdir. Lakin əsassız olduğundan bu cür iddiaları təmin edilməmişdir. Həmçinin məhkəmə qətnaməsinə müvafiq olaraq aliment öhdəliyini icra etmədiyinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra Baş idarəsi tərəfindən Borclu barəsində elan edilmiş axtarış əsasında ölkəyə girişi zamanı saxlanılmış və toxunulmazlıq statusunun olmasını, eləcə də, aliment öhdəliyini icra etməsi ilə bağlı həqiqəti əks etdirməyən arayışı təqdim etməklə barəsində elan edilmiş axtarışı üzərindən götürməyə nail olmuşdur. Məsələ ilə bağlı Türkiyə Respublikasında Azərbaycan Respublikasının məhkəmə qətnaməsinin tanınması üçün tərəfindən İstanbul Ailə Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə qətnaməsinin tanınması həyata keçirilsə də, Borclu 1961-ci il tarixli Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına əsasən toxunulmazlıq statusunun olduğunu və buna görə də yerli məhkəmələr tərəfindən mühakimə oluna bilməyəcəyini bildirərək məhkəmə qərarının icrasından imtina etmişdir. Borclu qanunvericilik aktlarına müvafiq olaraq, məhkəmə qətnaməsi əsasında övladının saxlanılması ilə bağlı valideyn kimi üzərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə, ona müxtəlif vaxtlarda hal-hazırda tutduğu vəzifə mövqeyi ilə bağlı ona qarşı heç bir təsir göstərə bilməyəcəyini bildirmiş, bu azmış kimi, yerli məhkəmələrdə alimentin məbləğinin azaldılması, mənəvi zərərin ödənilməsi və s. kimi əsassız iddialar qaldıraraq haqlı tələbinin təmin edilməsi ilə bağlı müraciətlərdən yayındırmaq üçün müxtəlif üsullara əl atmış, müraciətlərə mahiyyəti üzrə baxılması işini yubatmaq məqsədilə fərqli ünvanlarda yaşaması ilə bağlı arayış təqdim etmişdir. Qeyd edir ki, azyaşlı övladı X10 ürək xəstəsidir, müalicə olunur və həkim nəzarətindədir. Onun saxlanılması, tərbiyəsi, təhsili, eləcə də, xəstəliyi ilə bağlı xərcləri qarşılamaq onun maddi imkanları xaricindədir. Həm onun, həm də azyaşlı qızlarının hüquqları kobud şəkildə pozulur. Borclu isə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmasına baxmayaraq, buna laqeyddir. Borclu qətnaməni müvafiq qaydada icra etməsi ilə bağlı dəfələrlə məlumat, xəbərdarlıq, məktub və bildiriş verilsə də, o, qərəzli münasibət göstərmiş və yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində icra tədbirləri görülə bilməmişdir. Lakin bu günədək Borclu barədə qanunla müəyyən olunmuş adekvat tədbirlərin görülməməsi onun üzərinə düşən vəzifələri icra etməkdən yayınmasına, onun və övladının isə ciddi sıxıntılar yaşamağına səbəb olmuşdur. Tərəfindən Borclu məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında övladının saxlanılması ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmədiyinə görə aidiyyəti dövlət qurumlarına çoxsaylı müraciətlər edilmişdir. Belə ki, onun və övladının hüquqlarının kobud şəkildə pozulması haqlı narazılığına səbəb olmuş və bununla bağlı dövlət orqanlarına çoxsaylı müraciət və ərizələri əsasında Zaqatala rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə Borclu barədə qəbul olunmuş «borclunun axtarışı haqqında» qərar icra olunması üçün xx.xx.2023-ci il tarixli 82183/2017 nömrəli məktubla Zaqatala rayon Polis Şöbəsinin rəisinə ünvanlanmışdır. Həmin qərardan da aydın şəkildə məlum olduğu kimi, Borclu qətnaməni müvafiq qaydada icra etməsi ilə bağlı dəfələrlə məlumat, xəbərdarlıq, məktub və bildiriş verilsə də, o, qərəzli münasibət göstərmiş və yaşadığı yeri müəyyən etmək mümkün olmadığından icra tədbirləri görülə bilməmişdir. Lakin bu günədək Borclu barədə qanunla müəyyən olunmuş adekvat tədbirlərin görülməməsi, onun üzərinə düşən vəzifələri icra etməkdən yayınmasına, onun və övladının isə ciddi sıxıntılar yaşamasına səbəb olmuşdur. Əldə edilən məlumata əsasən X8 Katibliyinin Layihə Direktoru vəzifəsində çalışması ilə əlaqədar İstanbul şəhərində yaşayır. Göründüyü kimi, onun şikayəti əsaslı, qanuni və haqlıdır. Lakin buna baxmayaraq, Borclu öz azyaşlı qızının saxlanması tərbiyəsi, xəstəliyi və təhsili ilə bağlı üzərinə düşən zəruri xərcləri qarşılamaq, Azərbaycan Respublikasının qanunvericilik aktlarına müvafiq olaraq üzərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə barəsində elan edilmiş axtarışı götürmək üçün Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinə 2023-cü ilin əvvəllərində müraciət etmişdir. Göründüyü kimi, Borclu məqsədi valideyn kimi öz üzərinə düşən vəzifələri yerinə yetirməkdən yayınmaq üçün vaxtı uzatmaqdan başqa bir şey deyildir. Onun haqlı tələbi borclu Fərrux Cumavevin övladının saxlanması, tərbiyəsi, təhsili və xəstəliyi ilə bağlı qanunla üzərinə düşən öhdəlikləri yerinə yetirməsi ilə bağlıdır. Borclu valideyn kimi üzərinə düşən vəzifələri yerinə yetirməkdən yayınmasının qarşısını almaq üçün qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar xx.xx.2023-cü il tarixdə teleqramla müraciət edərək qızının səhhətindəki problemlərə görə xx.xx.2023-cü il tarixdə tələbkar qismində iştirak edə bilməyəcəyini, məktubla müraciət etdiyini bildirmiş və iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu, xx.xx.1981-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilməsi qərara alınmışdır. İşdə olan Zaqatala Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Borclu barəsində 410355 nömrəli axtarış işi açılmışdır. İşdə olan 10 mart 2023-cü il tarixli X9 tərəfindən verilmiş arayışdan görünür ki, Borclu Bahaddin oğluna Katibliyin əsasnaməsinin müəyyən etdiyi qaydalara uyğun olaraq 25 avqust 2018-ci il tarixdən hər ay 750 ABŞ dolları məbləğində maaş təşkilat tərəfindən ona ödənilir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 8(033)-11/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli 2(011)-355/2017 nömrəli icra sənədinin icrası ilə bağlı Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin kiçik ədliyyə müşaviri Elvin Əhmədovun 23 yanvar 2023-cü il tarixli «Borclunun axtarışı haqqında» qərarından Borclu vəkili və nümayəndəsi X6 verdiyi şikayət təmin edilməmişdir. İşdə olan 19 yanvar 2023-cü il tarixli ünvan 4 ünvanında hal şahidinin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2(011)- 355/2017 saylı icra vərəqəsinin icrası ilə əlaqədar olaraq ünvan 5 ünvanında olmuşlar, Borclu yaşadığı evdə aşkar etmək mümkün olmamışdır. İcra işi materiallarına əlavə edilmiş Borclu qeydiyyatda olduğu ünvan 6 ünvanına Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən göndərilmiş və Zaqatala MXŞ-yə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə daxil olmuş poçt zərflərinin üzərinə əlavə edilmiş F-20 formalarından görünür ki, Borclu Qeyd edilən ünvanda yaşamır. İcra işi materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli Borclu ünvanlanmış xəbərdarlıqlardan görünür ki, ondan əmək haqqı barədə dəqiq məlumatların verilməsi tələb olunmuşdur. Məhkəmə şikayəti nəzərdən keçirib, borclunun nümayəndəsinin və icra məmurunun izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, Borclu nümayəndəsi və vəkili X6 ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 104.1-ci maddəsinə əsasən aliment tutulması haqqında məhkəmənin qətnaməsinə və ya aliment ödənilməsi barədə notariat qaydasında təsdiq olunmuş sazişə əsasən aliment tutan müəssisənin müdiriyyəti qətnamənin icra olunduğu yerdə icra məmuruna və aliment alan şəxsə aliment verən şəxs işdən çıxdıqda onun işdən çıxması haqqında, habelə məlum olduqda onun yeni iş və yaşayış yeri haqqında 3 gün müddətində məlumat verməyə borcludur. 104.2-ci maddəsinə əsasən aliment verməyə borclu olan şəxs iş və ya yaşayış yerinin dəyişməsi haqqında, aliment yetkinlik yaşına çatmayan uşağa görə tutulduqda, həm də əlavə qazancı (əvəzçiliklə işlərinə görə və s.) haqqında həmin müddətdə icra məmuruna məlumat verməlidir. 104.3-cü maddəsinə əsasən bu Məcəllənin 104.1—104.2-ci maddələrində göstərilmiş məlumatlar üzürsüz səbəbə görə xəbər verilmədikdə, bunda təqsirli olan vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Həmin Qanunun 27.3-cü maddəsinə əsasən axtarış icra sənədinin icra olunduğu yer və ya borclunun məlum olan son yaşayış yeri (olduğu yer) üzrə yaxud onun əmlakının olduğu yer üzrə, habelə tələbkarın yaşayış yeri (olduğu yer) üzrə elan edilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra məmurları haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-4cü sətirlərinə əsasən icra xidməti icra məmurunun icra ilə əlaqədar öz səlahiyyətləri daxilində müəssisə, təşkilat, idarə və vətəndaşlardan icra ilə əlaqədar məlumat, arayış və izahat almaq, borclunun iş yerində icra sənədlərinin icrası vəziyyətini yoxlamaq; müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara icra ilə əlaqədar konkret tapşırıqlar vermək hüququ vardır. İş materiallarından da görünür ki, Borclu Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2(011)-355/2017 saylı icra vərəqəsinə əsasən 1 uşağın saxlanması üçün Tələbkar xeyrinə hər ay qazancının 1/4 hissəsi miqdarında aliment tutulmalıdır. Həmin icra sənədi üzrə tutulmalı aliment məbləği borclunun qazancından hesablanmalı olduğundan Borclu bilinən iş yerləri üzrə sorğular verilmiş və qazancı barədə məlumat verilməsi üçün o özü şəxsən icra məmuru tərəfindən xəbərdar edilmişdir. İcra və Probasiya şöbəsi tərəfindən verilmiş sorğular cavablandırılmadığından və icra sənədi üzrə Borclu iş yeri və gəlirləri barədə məlumatları təqdim etmədiyindən onun qazancını müəyyən etmək mümkün olmamışdır. İcra sənədinin icrası ilə bağlı Borclu qeydiyyatda olduğu ünvana Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən baxış keçirilmiş, lakin borclunu qeydiyyatda olduğu ünvanda aşkar etmək mümkün olmamışdır. Eyni zamanda Borclu qeydiyyatda olduğu ünvana Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən göndərilmiş poçt göndərişləri də borclunun həmin ünvanda yaşamadığı qeydi edilməklə geri qaytarılmışdır. İcra sənədi üzrə borclunun yeri məlum olmadığından icra məmuru öz təşəbbüsü ilə xx.xx.2023-cü il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edərək icra edilməsi üçün Zaqatala Rayon Polis Şöbəsinə göndərmiş və həmin qərar əsasında borclu barəsində 410355 nömrəli axtarış işi açılmışdır. Məhkəmə ilk öncə qeyd edir ki, iş materiallarına nəzər yetirildikdə görünür ki, borclunun nümayəndəsinin hazırki şikayəti əvvəlki şikayətindən yalnız bir əsasa görə fərqlənir. Belə ki, borclunun nümayəndəsi hazırda şikayətinə borclunun barəsində 10 mart 2023-cü il tarixli X9 tərəfindən verilmiş arayışları əlavə etmiş və şikayətində bununla bağlı qeyd etmişdir ki, “X8 tərəfindən verilmiş və hazırkı şikayətə əlavə edilmiş 10 mart 2023-cü il tarixli arayışlardan da göründüyü kimi, ərizəçinin aylıq sabit gəliri 700 ABŞ dolları təşkil edir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi kiçik ədliyyə müşaviri Elvin Əhmədovun 23 yanvar 2023-cü il tarixli "Borclunun axtarışı haqqında" qərarının ləğv edilməsi tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin, məhkəmə əmək haqqı barədə arayışın təqdim olunmaması əsası ilə şikayətin təmin edilməməsi barədə qərardad qəbul etdi. Lakin, hazırda Borclu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə əmək haqqı barədə arayışı təqdim etmiş, bununla belə yenə də onun axtarışa verilməsi ilə bağlı qərar ləğv edilməmişdir.” Məhkəmə eyni zamanda Borclu vəkili və nümayəndəsi X6 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli 2(011)-355/2017 nömrəli icra sənədinin icrası ilə bağlı Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin kiçik ədliyyə müşaviri Elvin Əhmədovun 23 yanvar 2023-cü il tarixli «Borclunun axtarışı haqqında» qərarından daha öncə də şikayət verdiyini və Zaqatala Rayon Məhkəməsinin 8(033)-11/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin şikayətin təmin edilmədiyini, ilkin şikayətin də əsaslandığı halların və sübutların hazırda baxılan şikayət və ona əlavə olunmuş sübutlarla, 10 mart 2023-cü il tarixli X9 tərəfindən verilmiş təşkilat tərəfindən Borclu Bahaddin oğluna 25 avqust 2018-ci il tarixdən hər ay 750 ABŞ dolları məbləğində maaşın ödənilməsinə dair arayış istisna olmaqla eyni olmasını qeyd etməyi də zəruri hesab edir. Göründüyü kimi, hazırki şikayət bir əsasa görə, yəni borclu barəsində yeni bir arayışın əlavə edilməsi baxımından əvvəlki şikayətdən fərqlənir. Bu da məhkəməyə əsas verir ki, məhkəmə tərəfindən borclunun axtarışı haqqında icra məmurunun qərarının qanuniliyi yenidən yoxlanılmalıdır. Borclunun nümayəndəsi və vəkili şikayətində Borclu icra sənədi üzrə borcunun olmamasına və borclunun gəlirləri barədə icra işi materiallarında məlumatların mövcud olmasına, borclunun gəlirləri barədə məlumat olmadığı halda aliment üzrə borcların miqdarının Azərbaycan Respublikası üzrə orta əmək haqqına uyğun müəyyən edilməli olduğuna, borclunun gəlirlərinin müəyyən edilməsi məqsədi ilə icra məmuru tərəfindən verilmiş sorğuların cavablandırılmadığı halda sorğu verilmiş qurumlar barəsində tədbir görülməli olduğuna əsaslanaraq Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi kiçik ədliyyə müşaviri Elvin Əhmədovun xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, aliment tələbi üzrə icra sənədləri uşağın yetkinlik yaşına çatanadək mütəmadi icra edilən icra sənədləridir və icraatda olan icra sənədləri üzrə icra məmurunun vaxtaşırı borclunun əmlak və gəlirlərini yoxlamaq səlahiyyətləri mövcuddur və qeyd edilən məlumatların borclunun özündən tələb edilməsi ilə bağlı qanunverici tərəfindən icra məmuruna hər hansı məhdudiyyət qoyulmamışdır. Eyni zamanda borclunun Əmək Məcəlləsi ilə müəyyən edilmiş iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq məlumatlar almaq hüququ olduğundan, iş yeri və gəlirləri barədə məlumatların Borclu tələb edilməsi qanunidir. İcra məmurunun tələbi isə Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Bundan başqa, Ailə Məcəlləsinə əsasən aliment verməyə borclu olan şəxs iş və ya yaşayış yerinin dəyişməsi haqqında, aliment yetkinlik yaşına çatmayan uşağa görə tutulduqda, həm də əlavə qazancı (əvəzçiliklə işlərinə görə və s.) haqqında həmin müddətdə icra məmuruna məlumat verməlidir. Bu məlumatlar üzürsüz səbəbə görə xəbər verilmədikdə, bunda təqsirli olan vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi, iş yeri və gəlirləri barədə məlumatların Borclu tələb edilməsi qanunidir və o bu məlumtları vermədiyindən qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır ki, həmin məsuliyyət də Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin kiçik ədliyyə müşaviri Elvin Əhmədov tərəfindən 23 yanvar 2023-cü il tarixdə qəbul edilmiş «Borclunun axtarışı haqqında» qərarı ilə nəticələnmişdir. Məhkəmə nümayəndənin şikayətdə qeyd etdiyi borclunun gəlirləri barədə məlumat olmadığı halda aliment üzrə borcların miqdarının Azərbaycan Respublikası üzrə orta əmək haqqına uyğun müəyyən edilməli olduğu əsasına münasibətdə qeyd edir ki, borclunun gəlirləri barədə məlumat olmaması icra məmuru tərəfindən onun gəlirlərinin müəyyən edilməsi istiqamətində tədbirlərin görülməsinə və bu məlumatların borclunun özündən tələb edilməsinə məhdudiyyət yaratmır. Əksinə qeyd edilən məlumatların araşdırılması və əldə edilməsi icra sənədinin dəqiq və vaxtında icra edilməsi üçün zəruridir. Məhkəmə şikayətə əlavə edilmiş 10 mart 2023-cü il tarixli X9 tərəfindən Borclu Bahaddin oğluna verilmiş 25 avqust 2018-ci il tarixdən hər ay 750 ABŞ dolları məbləğində maaşın ödənilməsinə dair arayışa münasibətdə qeyd edir ki, yenə həmin təşkilat tərəfindən eyni tarixdə yuxarıda qeyd edilən arayışın məzmunundan fərqlənən bir arayış daha verilmiş və həmin arayışda göstərilmişdir ki, X9 Katibliyinin layihə direktoru Borclu Bahaddin oğlu Katibliyin əsasnaməsinin müəyyən etdiyi qaydalara uyğun olaraq ona ödənilən aylıq ezamiyyə xərclərinin tərkibində Türkiyə Respublikası vətəndaşı olmayan, nə də Türkiyədə daimi rezident olmayan Katibliyin ezam edilən əməkdaşı olaraq sosial vəziyyətinin təmin edilməsi və yaxşılaşdırılması məqsədilə 25 avqust 2018-ci il tarixindən mütəmadi olaraq hər ay 750 ABŞ dolları məbləğində vəsait Təşkilat tərəfindən ona ödənilir. Məhkəmə hesab edir ki, arayışın məzmununda qeyd edilən 750 ABŞ dolları məbləğində vəsait sözlərinin, digər arayışın məzmununda qeyd edilən 750 ABŞ dolları məbləğində maaş sözləri ilə əvəz edilməsi heç də Borclu Bahaddin oğlu tərəfindən tam gəlirləri barədə məlumat verməsi kimi qəbul edilə bilməz. Eyni zamanda ilkin verilmiş arayışdan görünür ki, X9 Katibliyinin layihə direktoru Borclu Bahaddin oğlu Katibliyin ezam edilən əməkdaşı olaraq ona Təşkilat tərəfindən vəsait ödənilir. Məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli 2(011)-355/2017 nömrəli icra sənədinin icrası ilə bağlı yaşayış yeri məlum olmayan və hər hansı üzürlü səbəb olmadan rəsmi əmək haqqı və əlavə qazancı (əvəzçiliklə işlərinə görə və s.) haqqında icra məmuruna məlumat verməkdən boyun qaçıran Borclu barəsində Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Elvin Əhmədov tərəfindən 23 yanvar 2023-cü il tarixdə qəbul edilmiş «Borclunun axtarışı haqqında» qərarı həmin icra sənədinin vaxtında və düzgün icra edilməsi üçün zəruridir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli 2(011)-355/2017 nömrəli icra sənədinin icrası ilə bağlı Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Elvin Əhmədovun 23 yanvar 2023-cü il tarixli «Borclunun axtarışı haqqında» qərarından Borclu vəkili və nümayəndəsi X6 verdiyi şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli 2(011)-355/2017 nömrəli icra sənədinin icrası ilə bağlı Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Elvin Əhmədovun 23 yanvar 2023-cü il tarixli «Borclunun axtarışı haqqında» qərarından Borclu vəkili və nümayəndəsi X6 verdiyi şikayət təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar