Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-27/2022 28.03.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi, Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru (stajor) X2 iştirakı ilə Zaqatala Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli 2(033)-140/2018 nömrəli icra sənədi üzrə tələbkar X6 aliment tələbindən imtinasının qəbul edilməsi ilə bağlı Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi X7 təqdimatına Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi X11 məhkəməyə təqdimatla müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli 2(033)-140/2018 nömrəli icra sənədi üzrə tələbkar X6 aliment tələbindən imtinasının qəbul edilməsi ilə bağlı təqdimata baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, icra sənədi üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinin tələblərinə müvafiq olaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi X11 təqdimatını onunla əsaslandırmışdır ki, 26 aprel 2018-ci il tarixli qərarla icraata başladığı Zaqatala Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli 2(033)-140/2018 nömrəli icra vərəqəsinə əsasən tərəflərin nikahından 14 sentyabr 2007-ci il tarixdə anadan olmuş X8 və 22 fevral 2011-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay 234 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X9 verilməlidir. Sabit pul məbləğində aliment 06 dekabr 2017-ci il tarixdən hesablanmalıdır. Müvafiq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, Borclu qanunun tələbləri izah edilərək, icra sənədinin icrasını könüllü təmin etməsi üçün bildiriş verilmişdir. Borclunun adında tələb yönəldə biləcək əmlakın olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular verilmiş, lakin verilmiş sorğular nəticəsində borcluya məxsus heç bir əmlak və gəlirlər aşkar edilməmişdir. Tələbkar X12 15.03.2022-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək Zaqatala rayon Məhkəməsinin 2(033)-140/2018 saylı 16 aprel 2018-ci il tarixli icra sənədi üzrə aliment tələbindən imtina etdiyini bildirmiş və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru (stajor) X5 təqdimatı müdafiə edərək təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli 2(033)-140/2018 nömrəli icra vərəqəsindən görünür ki, Borclu 14 sentyabr 2007-ci il tarixdə doğulmuş X8 və 22 fevral 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 06 dekabr 2017-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 117 manat, cəmi 234 manat sabit pul məbləğində aliment X6 xeyrinə tutulmalıdır. İşdə olan tələbkar X6 15 mart 2022-ci il tarixli ərizəsindən görünür ki, Borclu ilə aralarında razılığa gəlmişlər və buna əsasən aliment tələbindən imtina edir. Məhkəmə icra məmurunu dinləyib, təqdimata və işdə olan sənədlərə baxaraq hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli 2(033)-140/2018 nömrəli icra sənədi üzrə tələbkar X6 aliment tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilməli və təqdimat təmin edilməlidir. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, tələbkar X1 Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli 2(033)- 140/2018 nömrəli icra sənədi üzrə aliment tələbindən imtina etmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən İcra Haqqında Azərbaycan Respublikası Qanununun 20.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli 2(033)-140/2018 nömrəli icra sənədi üzrə tələbkar X6 aliment tələbindən imtinası qəbul edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №8(033)-27/2022
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-27/2022
28.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver