Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-29/2023 27.04.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 və Borclu iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1122/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Tələbkar aliment tələbindən imtinası barədə Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi X4 təqdimatına Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi X7 məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)- 1122/2021 nömrəli icra sənədi üzrə Tələbkar aliment tələbindən imtinasının qəbul edilməsi ilə bağlı təqdimata baxılmasını xahiş etmişdir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi X7 təqdimatını onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1122/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün 11 noyabr 2020-ci il tarixdən başlayaraq, 11 noyabr 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat, xx.xx.2021-ci il tarixdən hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində aliment Borclu tutularaq tələbkar Osmanova (Əliyeva) İlahə Rövşən qızına verilməlidir. Müvafiq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, Borclu qanunun tələbləri izah edilərək, icra sənədinin icrasını könüllü təmin etməsi üçün bildiriş verilmişdir. Borclunun adında tələb yönəldə biləcək əmlakın olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular verilmiş, lakin verilmiş sorğular nəticəsində borcluya məxsus heç bir əmlak və gəlirlər aşkar elilməmişdir. Tələbkar xx.xx.2023-cü il tarixdə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1122/2021 nömrəli, xx.xx.2021-ci il tarixli üzrə aliment tələbindən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi X7 təqdimatı müdafiə edərək təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatın təmin olunmasına etirazı olmadığını bildirdi. İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli 2(033)- 1122/2021 nömrəli icra vərəqəsindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün 11 noyabr 2020-ci il tarixdən başlayaraq, 11 noyabr 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat, xx.xx.2021-ci il tarixdən hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq iddiaçı X3 verilməlidir. İşdə olan Tələbkar 14 aprel 2023-cü il tarixli ərizəsindən görünür ki, Borclu heç bir aliment tələbi yoxdur və aliment tələbindən imtina edir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli 2(006)-1122/2021 nömrəli icra sənədinin icraatına xitam verilməsi üçün məhkəməyə təqdimat verilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, təqdimata və işdə olan sənədlərə baxaraq hesab edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli 2(006)-1122/2021 nömrəli icra sənədi üzrə Tələbkar aliment tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilməli və təqdimat təmin edilməlidir. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, Tələbkar Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2021ci il tarixli 2(006)-1122/2021 nömrəli icra sənədi üzrə aliment tələbindən imtina etmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən İcra Haqqında Azərbaycan Respublikası Qanununun 20.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli 2(006)- 1122/2021 nömrəli icra sənədi üzrə Tələbkar aliment tələbindən imtinası qəbul edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №8(033)-29/2023
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-29/2023
27.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver