Məhkəmə qərarları › İş №8(033)-3/2024

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-3/2024

19.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-3/2024 19.01.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi ilə, Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X1 və Borclu iştirakları ilə Zaqatala Rayon Məhkəməsinin 2(033)-99/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X1 təqdimatına Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X4 məhkəməyə təqdimatla müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X4 məhkəməyə ərizə təqdim edərək Zaqatala Rayon Məhkəməsinin 2(033)-99/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatın baxılmamış saxlanılmasına etirazı olmadığını bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində təqdimatın baxılmadan geri qaytarılmasına dair münasibətləri tənzimləyən norma yoxdur. Həmin Məcəllənin 13.4-cü maddəsində müəyyən edilmişdir ki, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı münasibətlərə ərizənin baxılmamış saxlanılmasını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259cu maddəsinin normaları tətbiq edilməlidir. Təqdimatı, onun geri qaytarılması barədə məktubu və təqdimata əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, təqdimat Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-cu maddəsi rəhbər tutularaq baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizəni baxılmamış saxlayır. Buna görə də, Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X1 təqdimatı baxılmamış saxlanılmalıdır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar təqdimatın baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, baxılmamış saxlanılmanın Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri maraqlı şəxsə izah edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263- 264, 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: Zaqatala Rayon Məhkəməsinin 2(033)-99/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X1 təqdimatı baxılmamış saxlanılsın. Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X3 izah edilsin ki, baxılmamış saxlanma üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar