Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-31/2023 24.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Borclu və Tələbkar Nizamədin qızının iştirakları ilə Zaqatala Rayon Məhkəməsinin 2(033)-318/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbkarın tələbdən imtinası barədə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi X6 təqdimatına Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi X7 məhkəməyə təqdimatla müraciət edərək, tələbkar Muradova (Durmuşova) Mələk Nizamədin qızının Zaqatala Rayon Məhkəməsinin 2(033)-318/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə aliment tələbindən imtinasının qəbul edilməsi ilə bağlı təqdimata baxılmasını xahiş etmişdir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi X7 təqdimatını onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başladığı Zaqatala Rayon Məhkəməsinin 2(033)-318/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 170 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Müvafiq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, Borclu qanunun tələbləri izah edilərək, icra sənədinin icrasını könüllü təmin etməsi üçün bildiriş verilmişdir. Borclunun adında tələb yönəldə biləcək əmlakın olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular verilmiş, lakin verilmiş sorğular nəticəsində borcluya məxsus heç bir əmlak və gəlirlər aşkar edilməmişdir. Tələbkar Muradova (Durmuşova) Mələk Nizaməddin qızı 18.05 2023-cü il tarixdə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 2(033)-318/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə aliment tələbindən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 təqdimatı müdafiə edərək təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatın təmin olunmasına etirazı olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən Tələbkar Nizamədin qızı təqdimatın təmin olunmasına etirazı olmadığını bildirdi. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 2(033)-318/2022 nömrəli icra vərəqəsindən görünür ki, 25 avqust 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşaq üçün sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat aliment cavabdeh Borclu tutulub iddiaçı Tələbkar ödənilməlidir. İşdə olan Tələbkar Nizamədin qızının 18 may 2023-cü il tarixli ərizəsindən görünür ki, Borclu ilə hazırda birlikdə yaşayırlar, ondan heç bir şikayət və tələbi yoxdur. Zaqatala Rayon Məhkəməsinin 2(033)-318/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icraatına xitam verilməsi üçün məhkəməyə təqdimat verilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, təqdimata və işdə olan sənədlərə baxaraq hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-318/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Tələbkar Nizamədin qızının aliment tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilməli və təqdimat təmin edilməlidir. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, tələbkar Muradova X4 Rayon Məhkəməsinin 2(033)-318/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə aliment tələbindən imtina etmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən İcra Haqqında Azərbaycan Respublikası Qanununun 20.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 2(033)-318/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Tələbkar Nizamədin qızının aliment tələbindən imtinası qəbul edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №8(033)-31/2023
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-31/2023
24.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver