Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-32/2024 30.05.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi, məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, X1nın iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-242/2022 saylı qətnaməsinin izah edilməsi barədə X1nın ərizəsinə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X1 ərizə ilə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 2(033)-242/2022 nömrəli 22 sentyabr 2022-ci tarixli qətnaməsində qeyd edilmiş “ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 38.6 kv.m olan mənzilin dəyəri olan 23160 (iyirmi üç min bir yüz altmış) manat pul vəsaitinin, ikidə bir hissəsi olan 11580 (on bir min beş yüz səksən) manat pul vəsaiti cavabdeh X3 alınaraq iddiaçı Tələbkar ödənilməklə tərəflərin paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 38.6 kv.m olan mənzildə iddiaçının payına hüquqları itirilmiş hesab edilsin.” məzmunda yer alan itirilmiş payların kimin xeyrinə itirilməsi ilə bağlı izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-242/2022 nömrəli 22 sentyabr 2022-ci tarixli qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 38.6 kv.m olan mənzilin dəyəri olan 23160 (iyirmi üç min bir yüz altmış) manat pul vəsaitinin, ikidə bir hissəsi olan 11580 (on bir min beş yüz səksən) manat pul vəsaiti cavabdeh X3 alınaraq iddiaçı Tələbkar ödənilməklə tərəflərin paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 38.6 kv.m olan mənzildə iddiaçının payına hüquqları itirilmiş hesab edilmişdir. Həmin qətnamə üzrə üzərinə düşən 11580 (on bir min beş yüz səksən) manat pul vəsaiti Tələbkar ödəmişdir və qətnamə üzrə verilmiş icra sənədinin icrasına xitam verilmişdir. Həmin qətnamədə əmlakda payın itirilməsi qeyd edilsə də itirilmiş payın kimə verilməsi ilə bağlı heç nə qeyd edilməyib. Faktiki olaraq qətnamədə paylarla bağlı Tələbkar onun tərəfindən payın dəyəri ödənilməli olduğu görünsə də, dəyəri ödənmiş paylara münasibətdə itirilmiş hüquqlar cavabdeh olan ona keçməsi və həmin payların onun mülkiyyətinə verilməsi görünmür. Buna görə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi” Tələbkar itirilmiş pay üzərində onun hüquqlarını qeydə almaqdan imtina edir və onların üzərinə belə vəzifənin qoyulmamasını bildirir. Hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-242/2022 nömrəli 22 sentyabr 2022-ci tarixli qətnaməsi qeyd edilən hissədə tam aydın olmadığından ona izah verilməlidir. Məhkəmə iclasında iştirak edən X1 ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-242/2022 nömrəli 22 sentyabr 2022-ci tarixli qətnaməsindən narazıdır, belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi itirilmiş pay üzərində onun hüquqlarını qeydə almaqdan imtina edir. Onların üzərinə belə bir vəzifənin qoyulmadığını bildirir. Belə ki, ona qətnamənin bu məzmunda çıxması nəticələri izah edilməmişdir. Odur ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-242/2022 nömrəli 22 sentyabr 2022-ci tarixli qətnaməsi qeyd edilən hissədə tam aydın olmadığından ona izah verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahat verərək göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-242/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədli cavabdeh X7 tərəfindən tam şəkildə icra edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Tələbkar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə məsələyə onun iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə borclunu və icra məmurunu dinləyib, ərizəni nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-242/2022 nömrəli qətnaməsinə izah verilməsinə dair ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə görə qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.4-cü maddəsinə görə qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Məhkəmə ilk növbədə qeyd edir ki, işə baxan hakim qətnamənin məzmununu dəyişdirmədən qətnaməni izah etməyə haqlıdır. İş materiallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-242/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 38.6 kv.m olan mənzilin dəyəri olan 23160 (iyirmi üç min bir yüz altmış) manat pul vəsaitinin, ikidə bir hissəsi olan 11580 (on bir min beş yüz səksən) manat pul vəsaiti cavabdeh X4 alınaraq iddiaçı Tələbkar ödənilməklə tərəflərin paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 38.6 kv.m olan mənzildə iddiaçının payına hüquqları itirilmiş hesab edilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən və 2(033)-242/2022 nömrəli mülki iş materiallarına əlavə edilmiş iddiaçı Tələbkar iddia ərizəsindən görünür ki, cavabdeh X7 ilə onun ümumi paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın-mənzilin yarı dəyərinin 15000 manatın cavabdeh tərəfindən ona ödənilməsi, bu mümkün olmazsa ünvan 2 ünvanında yerləşən mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin cavabdehlə aralarında bölünməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X7 isə iddia tələbini qismən ekspert rəyinə uyğun olaraq əmlakın iddiaçıya məxsus hissəsinin dəyərinin iddiaçıya ödənilməsi hissəsində qəbul etdiyini, iddia tələbini ümumi birgə mülkiyyətdə olan əmlakın hərracda satılaraq dəyərinin mülkiyyətçilər arasında bölünməsi hissəsində qəbul etmədiyini bildirmiş, iddia tələbinin qismən təmin edilməsini və tələbin əmlakın hərracda satılması hissəsində rədd edilməsini xahiş etmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmiş qətnamə qeyd edilən məzmunda qanuni qüvvəsini almışdır. Həmçinin iş materiallarına əlavə edilmiş Zaqatala Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 xx.xx.2024-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarından görünür ki, icra sənədində qeyd olunan tələb X1 tərəfindən tam şəkildə təmin olunduğundan Zaqatala Rayon Məhkəməsinin 2(033)-242/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)- 242/2022 saylı qətnaməsi iddiaçı Tələbkar verdiyi tələb üzrə çıxarılmış və cavabdeh X7 buna qarşı öz narazılığını bildirməmiş, qətnamə qeyd edilən məzmunda qanuni qüvvəsini almış, icraya yönəldilmiş və icra sənədində qeyd olunan tələb cavabdeh X7 tərəfindən tam icra edilmişdir. Bundan başqa həmin qətnaməyə itirilmiş payların kimin xeyrinə itirilməsi ilə bağlı izah verilməsi Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-242/2022 saylı qətnaməsinin məzmununu dəyişdirir. Məhkəmə onu da qeyd edir ki, məhkəmə icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-242/2022 saylı qətnaməsinin izah edilməsi barədə ərizəçi X5 ərizəsi əsaslı sayıla və təmin edilə bilməz. Göründüyü kimi Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)- 242/2022 saylı qətnaməsi X1 tərəfindən tam şəkildə icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, hazırkı ərizənin təmin edilməməsi, Zaqatala Rayon Məhkəməsinin 2(033)-242/2022 nömrəli 22 sentyabr 2022-ci tarixli icra sənədi üzrə X1nın, Tələbkar ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 38.6 kv.m olan mənzildəki paya hüququnu itirməsinin, paylı mülkiyyətin qalan iştirakçısı və Tələbkar kompensasiya ödəmiş qalan mülkiyyətçi olaraq ümumi əmlakdakı Tələbkar itirdiyi payın özünün adına qeydə alınması üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi”nə müraciət etmək, sonuncunun müvafiq qeydiyyat hərəkətlərini aparmaqdan imtina etməsi halında müvafiq tələblə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.5-ci maddəsinə görə qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-242/2022 saylı qətnaməsinin izah edilməsi barədə X1nın ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №8(033)-32/2024
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-32/2024
30.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver