Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-33/2022 27.04.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi ilə, Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X1, Borclu və Tələbkar iştirakları ilə, Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru kiçik ədliyyə müşaviri X1 təqdimatına Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəməyə təqdimat verərək, Şəki Apellyasiya Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(107)-1020/2021-004 nömrəli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus “Vaz 2121” minik markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X1 təqdimatı onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1020/2021- 004 nömrəli, 14.03.2022-ci il tarixli icra sənədinə əsasən Borclu birgə nikah dövründə əldə edilmiş 230 baş anaqoyunun (bir baş qoyunun qiyməti bir yüz əlli manat olmaqla), 20 baş törədici qoçun və 30 baş şişəyin (bir baş qoçun qiyməti 250 manat olmaqla), 70 baş quzunun (bir baş quzunun qiyməti 130 manat olmaqla), 5 baş çəpişin (bir baş çəpişin qiyməti 120 manat olmaqla) və 6 baş atın (bir baş atın qiymətinin 500 manat olmaqla), həmin mal-qara olmadıqda onların dəyərinin yarısı alınaraq iddiaçı X5 verilməlidir. İcra sənədi 14.03.2022-ci il tarixdə Zaqatala rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, Elektron icra informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsəsən müəyyən olunmuşdur ki, Borclu məxsus olan "Vaz 2121 minik markalı, 62BE560 dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X4 və Tələbkar təqdimatı müdafiə edərək təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Borclu izahat verərək göstərdi ki, həqiqətən də, Tələbkar birgə nigah dövründə əldə edilmiş mal qaranın dəyərinin yarısını ödəməlidir. O, təqdimat və icra işinin materialları ilə tanış olmuş, icraata başlamaq haqqında qərarı və könüllü icra üçün verilmiş müddət barədə bildirişi almışdır. O, işləmədiyindən, başqa gəlir yeri və maddi imkanı olmadığından icra sənədinin icrasını təmin edə bilmir. Hazırda da evi tələbkara qoyub çıxmış və icra sənədində qeyd edilən məbləği yalnız 3 ay vaxt verildiyi halda ödəyə bilər. Ona vaxt verilməsini, təqdimatın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdimatı nəzərdən keçirib, təqdimata əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, təqdimat qanuni və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin 14 mart 2022cu il tarixli 2(107)-1020/2021-004 nömrəli icra vərəqəsindən görünür ki, iddiaçı X3 apellyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 10 fevral 2020ci il tаrixli qətnaməsi mal-qaranın bölünməsi, olmadıqda isə onların dəyərinin yarısının ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə çıxarılmışdır. Cavabdeh Borclu birgə nikah dövründə əldə edilmiş 230 baş ana qoyunun (bir baş qoyunun qiyməti bir yüz əlli manat olmaqla), 20 baş törədici qoçun və 30 baş şişəyin (bir baş qoçun qiyməti 250 manat olmaqla), 70 baş quzunun (bir baş quzunun qiyməti 130 manat olmaqla), 5 baş çəpişin (bir baş çəpişin qiyməti 120 manat olmaqla) və 6 baş atın (bir baş atın qiymətinin 500 manat olmaqla), həmin mal-qara olmadıqda onların dəyərinin yarısı alınaraq iddiaçı X5 verilməlidir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Zaqatala Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tаrixli, 2(033)-108/2020 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ********** qeydiyyat nömrəsi ilə 08.09.2017-ci il tarixində 113 nömrəli reyestr kitabının 65-ci səhifəsində Borclu tam mülkiyyəti kimi adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ünvan 1i ünvanında yerləşən 0,06 ha yaşayış məntəqələri torpaq sahəsi birgə nikah dövründə əldə olunmuş əmlak kimi bölünərək X6 və Borclu hər birinin əmlak üzərində 1/2 hissədə payları müəyyən edilməli, iddiaçı X6 tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun özünə aid edilməlidir. İşdə olan Borclu haqqında Elektron icra sistemi vasitəsi ilə əldə edilmiş sistemdən çıxarışdan görünür ki, Borclu adına “Vaz 2121” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili qeydiyyata alınmışdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və ya satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa, icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibatiiqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibatiiqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir...Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İş materiallarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(107)-1020/2021-004 nömrəli icra sənədinə əsasən Borclu birgə nikah dövründə əldə edilmiş 230 baş ana qoyunun (bir baş qoyunun qiyməti bir yüz əlli manat olmaqla), 20 baş törədici qoçun və 30 baş şişəyin (bir baş qoçun qiyməti 250 manat olmaqla), 70 baş quzunun (bir baş quzunun qiyməti 130 manat olmaqla), 5 baş çəpişin (bir baş çəpişin qiyməti 120 manat olmaqla) və 6 baş atın (bir baş atın qiymətinin 500 manat olmaqla), həmin mal-qara olmadıqda onların dəyərinin yarısı alınaraq iddiaçı X5 ödənilməlidir. Borclu tərəfindən uzun müddət keçməsinə baxmayaraq məhkəmə qərarı icra edilməmişdir. Borclu adına “Vaz 2121” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qeydiyyata alındığı müəyyən edilmişdir. Ona görə də, Şəki Apellyasiya Məhkəməsinin 14 mart 2022-cu il tarixli 2(107)-1020/2021-004 nömrəli icra sənədinin icrasını təmin etmək üçün təqdimat təmin edilməli, borclunun həmin əmlakı üzərinə həbs qoyulmalıdır. Qeyd edilənlərə əsasən İcra Haqqında Azərbaycan Respublikası Qanununun 50.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru kiçik ədliyyə müşaviri X1 təqdimatı təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(107)-1020/2021-004 nömrəli icra sənədinin icrasının təmin edilməsi üçün Borclu adına olan “Vaz 2121” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulsun və tələb həmin əmlaka yönəldilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №8(033)-33/2022
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-33/2022
27.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver