Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-33/2023 13.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu X1, Tələbkar və Borclu iştirakları ilə Zaqatala Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli e-2(033)-250/2022 nömrəli icra sənədi üzrə Tələbkar aliment tələbindən imtinasının qəbul edilməsi ilə bağlı Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu X1 təqdimatına Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu X4 məhkəməyə təqdimatla müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli e-2(033)-250/2022 nömrəli icra sənədi üzrə Tələbkar aliment tələbindən imtinasının qəbul edilməsi ilə bağlı təqdimata baxılmasını xahiş etmişdir. Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu X4 təqdimatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başladığı Zaqatala Rayon Məhkəməsinin e-2(033)-250/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Müvafiq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, Borclu qanunun tələbləri izah edilərək, icra sənədinin icrasını könüllü təmin etməsi üçün bildiriş verilmişdir. Borclunun adında tələb yönəldə biləcək əmlakın olubolmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular verilmiş, lakin verilmiş sorğular nəticəsində borcluya məxsus heç bir əmlak və gəlirlər aşkar edilməmişdir. Tələbkar xx.xx.2023-cü il tarixdə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək Borclu ilə aralarında razılığa gəldiklərini, borclunun ona aliment tələbinin əvəzi olaraq ünvan 1 ünvanında yerləşən 0,0353 ha torpaq sahəsini bağışladığını və buna görə də Zaqatala Rayon Məhkəməsinin e-2(033)-250/2022 nömrəli, xx.xx.2022-ci il tarixli üzrə aliment tələbindən imtina etdiyini və bir də heç vaxt aliment tələb etməyəciyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu X4 təqdimatın məzmununa uyğun çıxış edərək Tələbkar Zaqatala Rayon Məhkəməsinin e-2(033)-250/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbdən imtinasının qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Tələbkar izahat verərək bildirdi ki, aliment tələbindən imtina qarşılığında Borclu ona ünvan 3 ünvanında yerləşən 0,0353 ha torpaq sahəsini bağışlamışdır. Bağışlama müqaviləsi notarial qaydada təsdiq edilmişdir. O təqdimatın təmin edilməsini və özünün aliment tələbindən imtinasının qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Borclu oğlu izahat verərək bildirdi ki, ünvan 3 ünvanında yerləşən 0,0353 ha torpaq sahəsini o Tələbkar hazırda Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan və gələcəkdə ola biləcək aliment tələbindən imtina etməsi qarşılığında bağışlamışdır. Bağışlama müqaviləsi bağlanmışdır. Tələbkarın özü də bağışlanmış daşınmaz əmlakı qəbul etmişdir. Bunları nəzərə alaraq Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu X1 təqdimatının təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin çıxışlarını və izahatlarını dinləyib, Zaqatala rayon İcra və Probasiya Şöbəsinin təqdimatına, işdə olan sənədlərə baxaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, işdə olan Zaqatala Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli e-2(033)- 250/2022 nömrəli icra vərəqəsindən görünür ki, Zaqatala rayon məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, 2(033)-845/2019 saylı qətnaməsi əsasında cavabdeh Borclu iddiaçı Butdayeva (Osiyeva) Hürü Ramazan qızının xeyrinə 01 dekabr 2008-ci il tarixdə doğulmuş X8 və 19 oktyabr 2011-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan 125 (bir yüz iyirmi beş) manat miqdarda alimentin məbləği artırılmalı, 01 dekabr 2008-ci il tarixdə doğulmuş X8 və 19 oktyabr 2011-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Borclu qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat miqdarında sabit pul məbləğində aliment və 50 (əlli) manat məbləğində mediasiyaya dair xərc tutularaq iddiaçı Butdayeva (Osiyeva) Hürü Ramazan qızına verilməli, cavabdeh Borclu 33.20 (otuz üç manat iyirmi qəpik) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. İşdə olan Tələbkar xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Borclu ilə aralarında razılığa gəlmişlər və o ona aliment tələbinin əvəzi olaraq ünvan 3 ünvanında yerləşən 0,0353 ha torpaq sahəsini bağışlayır. Əgər aralarında razılıqları pozularsa notariusda ona torpağın verilməsinə dair bağlanmış bağışlanma müqaviləsinin də ləğv olunmasına etiraz etmir. Buna görə də, ondan heç bir tələbi və şikayəti yoxdur və o aliment tələbindən imtina edir və ümumiyyətlə indidən sonra Borclu qarşı heç bir aliment tələbi olmayacaq. İşdə olan Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-867 nömrə ilə qeyd edilmiş xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsindən görünür ki, Borclu mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,0353 ha torpaq sahəsi mülkiyyətçi tərəfindən Tələbkar bağışlanmışdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, Tələbkar Zaqatala Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli e- 2(033)-250/2022 nömrəli icra sənədi üzrə aliment tələbindən imtina etmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən İcra Haqqında Azərbaycan Respublikası Qanununun 20.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli e-2(033)-250/2022 nömrəli icra sənədi üzrə Tələbkar aliment tələbindən imtinası qəbul edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №8(033)-33/2023
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-33/2023
13.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver