Məhkəmə qərarları › İş №8(033)-35/2024

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-35/2024

04.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-35/2024 04.07.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi, məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X2, Tələbkar, borclu Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nın hüquqşünası X1 iştirakları ilə, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X4 Rayon Məhkəməsinin e-2(033)-252/2023 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə “əmək haqqı fərqinin işçiyə ödənilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Tələbkar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X9 xx.xx.2022-ci il tarixli 2892 saylı və xx.xx.2022-ci il tarixli 3048 saylı əmrlərinin ləğv edilməsi, işə bərpa olunmağına dair və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Zaqatala Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-252/2023 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X9 01 noyabr 2022-ci il tarixli 3048 nömrəli əmrinin ləğv edilməsi, iddiaçı Tələbkar məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun, “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X6 Maliyyə şöbəsinin, Hesabatlıq bölməsinin xəzinədarı vəzifəsi üzrə işə bərpa edilməsi, iddia tələbinin qalan hissəsi rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(107)-816/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 4 aprel 2023cü il tarixli 2(033)-252/2023 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-496/2024 saylı. xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X6 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-816/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-252/2023 saylı qətnaməsi 15 may 2024-cü il tarixində icra edilməsi üçün Zaqatala Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Elvin Əhmədov tərəfindən xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə borclu “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X7 bildiriş göndərilmişdir. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X12 "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" X11 tərəfindən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış “məlumatın təqdim edilməsi” barədə 14 iyun 2024-cü il tarixli 18-1-78/2- 740/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsini, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023 tarixli e- 2(033)-252/2023 nömrəli qətnaməsinin və Zaqatala Rayon İcra və probasiya şöbəsinin xx.xx.2024 tarixli e161139/2024 nömrəli qərarını əsas tutaraq Tələbkar 04 iyun 2024-cü il tarixindən Zaqatala Rayon Mərkəzi Xəstəxanası X6 Maliyyə şöbəsi, hesabatlılıq bölməsində xəzinədar vəzifəsinə 1 ştat vahidi bərpa edilmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən, işçinin çalışmanın yaş həddinə çatması ilə əlaqədar (xx.xx.2023-cü il tarixi) 07 iyun 2024-cü il tarixindən xitam verilmişdir. İşçinin çalışmanın yaş həddinə çatmasına qədər olan günlərin əmək haqqı xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə və xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər hesablanaraq 2268.99 (iki min iki yüz altmış səkkiz) manat Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən depozit hesabına köçürülmüşdür. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X12 "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" X6 04 iyun 2024-cü il tarixli 18-1-78/3-1-990/2024 saylı İşçinin işə bərpa olunması haqqında əmrin ilə Tələbkar - 04 iyun 2024-cü il tarixindən Zaqatala Rayon Mərkəzi Xəstəxanası X6 Maliyyə şöbəsi, hesabatlılıq bölməsində xəzinədar vəzifəsinə 1 ştat vahidi əsas iş yeri üzrə işinə bərpa edilməsi, Tələbkar ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barəsində Zaqatala Rayon Mərkəzi Xəstəxanası X6 xx.xx.2022-ci il tarixli 3048 nömrəli Əmrinin ləğv edilməsi, Tələbkar əmək kitabçasında xx.xx.2022-ci il tarixli 3048 nömrəli Əmrin xitam olunması qeydinin etibarsız olması barəsində yeni qeydin yazılması, Əmrdən irəli gələn məsələlərin icrası insan resurslari şöbəsinin müdiri Gülnara Ömərovaya tapşırılması, Əmrin ümumi icrasına nəzarəti öz üzərində saxlanması əmr edilmişdir. Tələbkar xx.xx.2024-cü il tarixdə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə ərizə ünvanlayaraq “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X11 vergiyə tutulan hissəni 25 faizdən tutduqları üçün əmək haqqı azalıb ona görə də ona ödənilər 2269 manatdan narazı olduğunu bildirmiş, 2022-ci ilin 1 noyabr tarixindən 2024-cü ilin 4 iyun tarixinə qədər ödənilməli olduğu halda 4 ay əmək haqqı ödənilmişdir. Onun 19 aylıq əməl haqqının yenidən ona düzgün hesablanıb ödənilməsini xahiş edir. Hazırda Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X5 məhkəməyə müraciət edərək, ”İcra haqqında” Azərbaycan Respublikası Qanunun 70 və 71-ci maddələrini rəhbər tutaraq, Zaqatala Rayon Məhkəməsinin e-2(033)-252/2023-018 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən Tələbkar işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək bütün müddət üçün əmək haqqının işçiyə ödənilməsi barədə qərardad çıxarılmasını sizdən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki icraatında olan Zaqatala Rayon Məhkəməsinin e- 2(033)-252/2023-018 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X9 01 noyabr 2022-ci il tarixli 3048 nömrəli əmri ləğv edilməlidir. Tələbkar məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə o, “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X6 Maliyyə şöbəsinin, Hesabatlıq bölməsinin xəzinədarı vəzifəsi üzrə işə bərpa edilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclu hüquqi şəxsə tələbin könüllü icrası barədə bildiriş verilmişdir. Borclu “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X6 tərəfinin rəhbərliyi tərəfindən Tələbkar işə bərpa olunması barədə xx.xx.2024-cü il tarixli, 18-1 -78/3-1-990/2024 nömrəli əmri qəbul olunmuşdur. Məcburi işə buraxma müddəti üçün əmək haqqının bir hissəsi yəni noyabr 2022-ci il tarixində 506.98 manat, dekabr 2022-ci il tarixində 506.98 manat, yanvar 2023-cü il tarixində 606.71 manat, fevral 2023-548.51 manat, iyun 2024-cü il tarixində 99.81 manat borclu “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X9 xx.xx.2024-cü il tarixli 18-1- 78/2-740/2024 tarixli məktubuna əsasən Tələbkar hesabına köçürülmüşdür. Lakin bildirmək istəyir ki, borclu “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən Tələbkar işə buraxma müddəti üçün əmək haqqı tam şəkildə ödənilməmişdir. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-252/2023-018 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı borclu “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən Tələbkar pensiya yaşına çatanadək ödənilmiş lakin həmin ödəniş işə bərpa olunan günədək yəni xx.xx.2024-cü il tarixinədək İcra Haqqında Qanunun 70 və 71-ci maddələrinə əsasən (70.1. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir.70.2. İşə bərpa etmək haqqında icra sənədi dərhal icra edilir. Qanunsuz olaraq işdən çıxarma və ya başqa işə keçirmə haqqında sərəncamın ləğv olunması barədə müdiriyyətin müvafiq əmrindən sonra işçinin əvvəlki vəzifələrini yerinə yetirməyə başladığı andan icra sənədi icra olunmuş hesab edilir.70.3. Bu Qanunun 70.1-ci və 70.2-ci maddələri ilə nəzərdə tutulmuş tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür) ödənilməlidir. Məhkəmə iclasında iştirak edən tələbkar və icra məmuru ərizənin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən borclu Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞnın hüquqşünası X3 izahatında bildirdi ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsini, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023 tarixli e- 2(033)-252/2023 nömrəli qətnaməsi rəhbər tutularaq Tələbkar 04 iyun 2024-cü il tarixindən Zaqatala Rayon Mərkəzi Xəstəxanası X6 Maliyyə şöbəsi, hesabatlılıq bölməsində xəzinədar vəzifəsinə 1 ştat vahidi bərpa edilmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən, işçinin çalışmanın yaş həddinə çatması ilə əlaqədar (xx.xx.2023-cü il tarixi) 07 iyun 2024-cü il tarixindən xitam verilmişdir. İşçinin çalışmanın yaş həddinə çatmasına qədər olan günlərin əmək haqqı xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə və xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər hesablanaraq 2268.99 (iki min iki yüz altmış səkkiz) manat Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən depozit hesabına köçürülmüşdür Məhkəmə ərizənin dəlillərini, tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 71-ci maddəsində qeyd edilmişdir ki, işçini işə bərpa etmək haqqında icra sənədi borclu tərəfindən icra edilmədikdə, icra məmuru bu Qanunla nəzərdə tutulmuş tədbirləri görməklə yanaşı, işə bərpa etmək haqqında qərar çıxarıldığı gündən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün orta əmək haqqının və ya əmək haqqı fərqinin işçiyə ödənilməsi haqqında qərardad çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət edir. Həmin ərizə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunur. Məhkəmə o qənaətə gəlir ki, icra məmurunun istinad etdiyi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 71-ci maddəsi yaranmış hazırki hüquqi mübahisə üzrə məsələni tənzimləmir. Çünki həmin norma işçinin icra vərəqəsində göstərilən işə bərpa edilməsi barədə icra sənədinin borclu tərəfindən icra edilmədiyi, yəni əvvəlki vəzifəsinə bərpa edilmədiyi və ya müvəqqəti olaraq işçi başqa işlə özü və ya işəgötürən tərəfindən təmin edildiyi halda icra sənədinin tam icra olunduğu günə qədər bütün müddət üçün orta əmək haqqının və ya əmək haqqı fərqinin işçiyə ödənilməsi məsələsini tənzimləyir. Yəni həmin norma bir növ məhkəmə qətnaməsi ilə işə bərpa edilməli olan işçinin qətnamənin icra olunmadığı müddət ərzində müvəqqəti təminatı üçün görülən tədbir kimi nəzərdə tutulmuşdur. Hazırki işin halları ilə müəyyən edilir ki, işçi əvvəlki vəzifəsinə artıq bərpa edilmişdir. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əmək qanunvericiliyi işçinin vəzifəsinə bərpa edilməsi ilə ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini təsadüfi olaraq bir yerdə təsbit etməmişdir. Belə ki, həmin məsələ işçinin işdən çıxarılması ilə bağlı əmrin qanunsuzluğu hüquqi nəticəsindən yaranmışdır. Odur ki, məcburi iş buraxma dövrü üçün əmək haqqının hesablanması icra məmurunun səlahiyyətləri həddində həyata keçirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə məhkəmə hesab edir ki, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X4 Rayon Məhkəməsinin e-2(033)-252/2023 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə “əmək haqqı fərqinin işçiyə ödənilməsi” barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X2 Zaqatala Rayon Məhkəməsinin e-2(033)-252/2023 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə “əmək haqqı fərqinin işçiyə ödənilməsi” barədə ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar