Məhkəmə qərarları › İş №8(033)-37/2024

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-37/2024

09.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-37/2024 09.07.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi, məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, X1nın və X5nun iştirakıları ilə, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X4 27 iyun 2024-cü il tarixli «icraatın dayandırılması haqında» qərarından X1nın verdiyi şikayətə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(107)- 70/2024 nömrəli icra vərəqəsinə əsasən cavabdeh X18 tərəfindən iddiaçılar X11, X9, X2, X13, X14, X15 və X16 ümumi birgə mülkiyyətlərində olan Zaqatala rayonunun Cimcimax kəndində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş tikililər sökülməli, cavabdeh X18 iddiaçılar X11, X9, X2, X13, X14, X15 və X16 ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Cimcimax kəndində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı və iddiaçılar həmin torpaq sahəsinə köçürülməli, dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat iddiaçılara aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdeh X7 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X6, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülməlidir. X1 məhkəməyə şikayətlə müraciət edərək, bildirmişdir ki, o, Ədliyyə Nazirinin qəbulunda olmuşdur və Nazir lazımi adamlara onun işinin icra olunması üçün göstəriş vermiş, nəzarət etmələrini və işi təhvil vermələrini tapşırmışdır. Lakin buna baxmayaraq icra məmuru oyun oynayaraq işi uzatmaq üçün əlindən gələni edir və işi icra etməmək üçün bütün vasitələrdən istifadə edir. Hesab edir ki, qeyd etdikləri nəzərə alaraq icra sənədi üzrə icraatın dayandırılması haqqında qərar ləğv olunmalı, icra hərəkətlərinin aparılması və icra edilməsi üçün icra sənədi Zaqatala rayon İcra və probasiya şöbəsinə qaytarılmalıdır. Zaqatala rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması haqqında qərarını ləğv edərək icra sənədini icra olunması üçün Zaqatala rayon İcra və probasiya şöbəsinə göndərilməsini xahiş etmişdir. X3 məhkəmə iclasında şikayət ərizəsinə uyğun izhat verərək Zaqatala rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması haqqında qərarını ləğv edərək icra sənədinin icra olunması üçün Zaqatala rayon İcra və probasiya şöbəsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 izahat verərək göstərdi ki, cavabdeh X18 tərəfindən iddiaçılar X11, X9, X2, X13, X14, X15 və X16 ümumi birgə mülkiyyətlərində olan Zaqatala rayonunun Cimcimax kəndində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş tikililər sökülməlidir. Cavabdeh X18 iddiaçılar X11, X9, X2, X13, X14, X15 və X16 ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Cimcimax kəndində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı və iddiaçılar həmin torpaq sahəsinə köçürülməlidir. İcra sənədi üzrə X5 xx.xx.2024-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək X23 və ailə üzvlərinin adına qeydiyyata alınmış 0.20 ha kənd təssərüfatı təyinatlı torpaq sahəsinə dair (qeydiyyat nömrəsi ********** saylı xx.xx.2020-ci il tarixli çıxarış) sənədlərin ləğv edilməsi barədə Şəki-İnzibati Məhkəməsində iddia qaydasında mübahisə qaldırmasını bildirmişdir. Bu səbəbdən icra sənədi üzrə icraat dayandırılmışdır. Hesab edir ki, tələbkarın ərizəsi əsassızdır və rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən X5 izahat verərək göstərdi ki, o “öhdəliyin icrası haqqında” iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs X23 və onun ailə üzvlərinin adına qeydiyyata alınmış 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair (qeydiyyat nömrəsi ********** saylı xx.xx.2020-ci il tarixli çıxarış) çıxarış, plan ölçü və ilkin sənədlərin ləğv olunması, Zaqatala rayon Mamrux Bələdiyyəsinin 12 dekabr 2006-cı il tarixli 12 saylı qərarına əsasən ayrılmış 0.12 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının DƏDRX-də qeydə alınması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İş hal-hazırda Şəki İnzibati Məhkəməsinin icraatındadır. Bu səbəbdən icra prosesinin dayandırılması barədə ərizə ilə İcra və Probasiya Şöbəsinə müraciət etmişdir. Hesab edir ki, tələbkarın ərizəsi əsassızdır və rədd edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq icra sənədi üzrə digər tələbkarlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinin tələblərinə müvafiq olaraq onların iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, X1nın şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məftun Şirəliyevin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-70/2024-018 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına olan Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məftun Şirəliyev tərəfindən X5na ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-70/2024-018 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə göstərilən tələbi icra etməsi üçün ona 10 gün könüllü icra müddəti verilmişdir. İş materiallarına olan xx.xx.2024-cü il tarixli X12 ünvanlanmış xəbərdarlıqdan görünür ki, borclu tərəfindən 10 gün müddətdə icra sənədində olan tələb könüllü olaraq təmin edilmədiyindən qanunamüvafiq qaydada barəsində məcburi icra tədbirləri tətbiq olunması barədə xəbərdar edilmişdir. İş materiallarına olan xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-70/2024-018 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin məcburi icrası 25 iyun 2024-cü il tarixə saat 10:00-təyin edilmiş, bu barədə tərəflər xəbərdar edilmişdir. İş materiallarına olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, icra vərəqəsinin məcburi icrası müvvəqəti olaraq təxirə salınmışdır. İş materiallarına olan X18 tərəfindən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixdə şöbəyə daxil olmuş ərizədən görünür ki, o, Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, X23 və onun ailə üzvlərinin adına qeydiyyata alınmış 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair (qeydiyyat nömrəsi ********** saylı xx.xx.2020-ci il tarixli çıxarış) çıxarış, plan ölçü və ilkin sənədlərin ləğv olunması, Zaqatala rayon Mamrux Bələdiyyəsinin 12 dekabr 2006-cı il tarixli 12 saylı qərarına əsasən ayrılmış 0.12 ha torpaq sahəsi üzərində X10 mülkiyyət hüquqlarının DƏDRX-də qeydə alınması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati iş Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) icraatındadır. Odur ki, tələbkar X23 və onun ailə üzvlərinin adına qeydiyyata alınmış 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair (qeydiyyat nömrəsi ********** saylı xx.xx.2020-ci il tarixli çıxarış) çıxarış, plan ölçü və ilkin sənədlərin ləğv olunması, Zaqatala rayon Mamrux Bələdiyyəsinin 12 dekabr 2006-cı il tarixli 12 saylı qərarına əsasən ayrılmış 0.12 ha torpaq sahəsi üzərində X10 mülkiyyət hüquqlarının DƏDRX-də qeydə alınması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair inzibati qaydada məhkəmə mübahisəsi olduğu üçün icraatda olan icra işinin dayandırılmasını xahiş etmişdir. İş materiallarına olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, iddiaçı X10 tələbinə üzrə inzibati mübahisələrə dair iş Şəki İnzibati Məhkəməsinin hakimi Fəxri Hacızadənin icraatındadır. İş materiallarında olan Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məftun Şirəliyev tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş “icraatın dayandırılması haqqında” qərardan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-70/2024-018 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası üzrə icraat dayandırılmışdır. Həmin qərarın əsaslandırıcı hissəsindən görünür ki, icra sənədinin icrasının dayandırılmasına əsas olaraq X5nun tələbkar X23 və ailə üzvlərinin adına qeydiyyata alınmış 0.20 ha kənd təssərüfatı təyinatlı torpaq sahəsinə dair ( qeydiyyat nömrəsi ********** saylı xx.xx.2020-ci il tarixli çıxarış) sənədlərin ləğv edilməsi barədə Şəki-İnzibati Məhkəməsində iddia qaydasında mübahisə qaldırması göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir...Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İcra haqqında Azərbaycan Respublikası Qanununun 17.1-ci və 17.1.4-cü maddələrinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanununun 19.1-ci və 19.1.3-cü maddələrinə əsasən icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş tələb, məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda - mübahisəyə mahiyyəti üzrə baxılanadək qədər dayandırılır. Həmin Qanununun 21.1-ci maddəsinə əsasən qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanununun 21.4-cü maddəsinə əsasən icraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər. Həmin Qanununun 21.6-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. İş materiallarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(107)-70/2024 nömrəli icra vərəqəsinə əsasən cavabdeh X18 tərəfindən iddiaçılar X11, X9, X2, X13, X14, X15 və X16 ümumi birgə mülkiyyətlərində olan Zaqatala rayonunun Cimcimax kəndində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş tikililər sökülməli, cavabdeh X18 iddiaçılar X11, X9, X2, X13, X14, X15 və X16 ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Cimcimax kəndində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı və iddiaçılar həmin torpaq sahəsinə köçürülməli, dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat iddiaçılara aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdeh X7 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X6, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülməlidir. İcra sənədi icra edilməsi üçün Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə yönəldilmiş, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məftun Şirəliyevin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. İcra sənədinin könüllü icra etməsi üçün borcluya xx.xx.2024-cü il tarixli bildirişlə 10 gün könüllü icra müddəti verilmişdir. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixdə məcburi icra prosesi həyata keçirilmiş və akt tərtib edilərək icra prosesi müvəqqəti olaraq təxirə salınmış, akt iştirakçılar tərəfindən imzalanmışdır. X5 xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək tələbkar X23 və onun ailə üzvlərinin adına qeydiyyata alınmış 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair (qeydiyyat nömrəsi ********** saylı xx.xx.2020-ci il tarixli çıxarış) çıxarış, plan ölçü və ilkin sənədlərin ləğv olunması, Zaqatala rayon Mamrux Bələdiyyəsinin 12 dekabr 2006-cı il tarixli 12 saylı qərarına əsasən ayrılmış 0.12 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının DƏDRX-də qeydə alınması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair inzibati qaydada məhkəmə mübahisəsi olduğu üçün icraatda olan icra işinin dayandırılmasını xahiş etmişdir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məftun Şirəliyev tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş “icraatın dayandırılması haqqında” qərarla icra sənədi üzrə icraat dayandırılmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(107)-70/2024 nömrəli icra vərəqəsinə həyata keçirilməli icra tədbiri dəqiq göstərilmişdir ki, bu tədbir cavabdeh X18 tərəfindən iddiaçılar X11, X9, X2, X13, X14, X15 və X16 ümumi birgə mülkiyyətlərində olan Zaqatala rayonunun Cimcimax kəndində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş tikililər sökülməli, cavabdeh X18 iddiaçılar X11, X9, X2, X13, X14, X15 və X16 ümumi birgə mülkiyyətində olan Zaqatala rayonunun Cimcimax kəndində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı və iddiaçılar həmin torpaq sahəsinə köçürülməli, dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat iddiaçılara aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdeh X7 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X6, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülməsidir. Borclunun ərizəsinə əlavə edilmiş iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı X18 “öhdəliyin icrası haqqında” iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs X23 və onun ailə üzvlərinin adına qeydiyyata alınmış 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair (qeydiyyat nömrəsi ********** saylı xx.xx.2020-ci il tarixli çıxarış) çıxarış, plan ölçü və ilkin sənədlərin ləğv olunması, Zaqatala rayon Mamrux Bələdiyyəsinin 12 dekabr 2006-cı il tarixli 12 saylı qərarına əsasən ayrılmış 0.12 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının DƏDRX-də qeydə alınması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, icra məmuru İcra haqqında Azərbaycan Respublikası Qanununun 17.1-ci və 17.1.4-cü maddələrinin tələblərinə əsasən icra vərəqi üzrə icraatın dayandırılmasında haqlı olmuşdur və tələbkarın şikayət ərizəsində göstərdiyi hallar Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi üçün əsas ola bilməz. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni cıxaran hakimin uzərinə qoyulan bir sıra vəzifələr (məsələn. qətnamədəki yanlışlıqların və ya acıq hesab səhvlərinin duzəldilməsi (maddə 228), əlavə qətnamənin cıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına mohlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra usulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), odənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və duzgun icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən oz səlahiyyətləri daxilində həyata kecirilir. Mulki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da, qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və duzgun icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə muraciət etməsi muəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi muxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer uzrə muvafıq icra qurumuna gondərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi uzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə gondərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanunauyğun hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsinə gorə, tərəflər icra məmurunun icra sənədi uzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər, icra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer uzrə məhkəməyə şikayət verilə bilər. Beləliklə də, “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit etmiş, hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264cü və 269-cu maddələrinə əsaslanaraq, məhkəmə qəraraaldı: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(107)- 70/2024 nömrəli icra vərəqəsi üzrə icraatın dayandırılması barədə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 xx.xx.2024-cü il tarixli qərarından X1 tərəfindən verilmiş şikayəti təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar