Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-38/2024 17.07.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi, məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və Tələbkar iştirakları ilə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(033)-529/2022 nömrəli icra sənədi üzrə Tələbkar aliment tələbindən imtinasının qəbul edilməsi ilə bağlı Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X5 təqdimatına Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X6 məhkəməyə təqdimatla müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(033)-529/2022-020 nömrəli icra sənədi üzrə Tələbkar aliment tələbindən imtinasının qəbul edilməsi ilə bağlı təqdimata baxılmasını xahiş etmişdir. Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi Elvin Əhmədov təqdimatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başladığı Zaqatala Rayon Məhkəməsinin e-2(033)-529/2022-020 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 31 yanvar 2020-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 18 aprel 2022-ci il tarixdən başlayaraq, Borclu hər ay bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat aliment sabit pul məbləğində tutularaq, Tələbkar ödənilməlidir. Müvafiq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, Borclu qanunun tələbləri izah edilərək, icra sənədinin icrasını könüllü təmin etməsi üçün bildiriş verilmişdir. Borclunun adında tələb yönəldə biləcək əmlakın olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular verilmiş, lakin verilmiş sorğular nəticəsində borcluya məxsus heç bir əmlak və gəlirlər aşkar edilməmişdir. Tələbkar xx.xx.2024-cü il tarixdə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin e-2(033)-529/2022-020 nömrəli, xx.xx.2022-ci il tarixli üzrə aliment tələbindən imtina etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada borclu xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini məhkəməyə bildirməmişdir. Bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatı müdafiə edərək təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tələbkar təqdimatın təmin olunmasına etirazı olmadığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, təqdimata və işdə olan sənədlərə baxaraq hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(033)-529/2022 nömrəli icra sənədi üzrə Tələbkar aliment tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilməli və təqdimat təmin edilməlidir. Belə ki, işdə olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(033)- 529/2022 nömrəli icra vərəqəsindən görünür ki, 31 yanvar 2020-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 18 aprel 2022-ci il tarixdən başlayaraq, cavabdeh Borclu hər ay bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat aliment sabit pul məbləğində tutularaq, iddiaçı Tələbkar ödənilməli, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir İşdə olan Tələbkar 11 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, Borclu ona bugünədək yığılmış alimentini tam şəkildə ödəmişdir. Onlar borclu ilə öz aralarında razılığa gəlmişdirlər. Onun ondan heç bir tələb və şikayəti yoxdur. Buna görə də aliment tələbindən imtina edir. Göstərilənləri və “İcra haqqında” Qanunu rəhbər tutaraq Zaqatala Rayon Məhkəməsinin e-2(033)-529/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilməsi üçün məhkəməyə təqdimatla müraciət edilməsini xahiş edir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, tələbkar Salehova X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2(033)-529/2022 nömrəli icra sənədi üzrə aliment tələbindən imtina etmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən İcra Haqqında Azərbaycan Respublikası Qanununun 20.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(033)-529/2022 nömrəli icra sənədi üzrə Tələbkar aliment tələbindən imtinası qəbul edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №8(033)-38/2024
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-38/2024
17.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver