Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-39/2022 06.05.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi ilə, Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X1 təqdimatına Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X3 məhkəməyə təqdimat verərək, Zaqatala Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(033)-529/2021 nömrəli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus “VAZ 21074” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada icra sənədi üzrə tərəflər xəbərdar edilsə də, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbini məhkəməyə bildirməmişlər. Bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X3 təqdimatında göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(033)-529/2021 nömrəli icra sənədinə əsasən Borclu hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Borclu 1500 manat aliment borcu vardır. İcra sənədi 17.05.2021-ci il tarixdə Zaqatala rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “VAZ 21074” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönölməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə Zaqatala rayon İcra və Probasiya Şöbəsinin təqdimatına, işdə olan sənədlərə baxaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 07 may 2021ci il tarixli, 2(033)-529/2021 nömrəli icra vərəqəsindən görünür ki, X6 ilə Borclu birgə nikahından 08 dekabr 2016-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 12 aprel 2021-ci il taruxdən hesablanmaqla hər ay 150 manat sabit pul məbləğində aliment Borclu tutularaq X4 xeyrinə verilməlidir. İşdə olan 17 may 2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(033)-529/2021 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. İşdə olan icra sənədi üzrə borcluya ünvanlanmış 17 may 2021-ci il tarixli bildirişdən görünür ki, icra sənədini könüllü icra etmədiyi təqdirdə icra sənədinin icrası məcburi qaydada təmin ediləcəyi Borclu bildirilmişdir. İşdə olan Borclu haqqında Elektron icra sistemi vasitəsi ilə əldə edilmiş sistemdən çıxarışdan görünür ki, Borclu adına “VAZ 21074” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və ya satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa, icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibatiiqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibatiiqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir...Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İş materiallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(033)-529/2021 nömrəli icra sənədinə əsasən X6 ilə Borclu birgə nikahından 08 dekabr 2016-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 12 aprel 2021-ci il taruxdən hesablanmaqla hər ay 150 manat sabit pul məbləğində aliment Borclu tutularaq X4 xeyrinə verilməlidir. Borclu tərəfindən uzun müddət keçməsinə baxmayaraq məhkəmə qərarı tam şəkildə və vaxtı-vaxtında icra edilmir. Borclu adına “VAZ 21074” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qeydiyyata alındığı müəyyən edilmişdir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(033)-529/2021 nömrəli icra sənədinin icrasını təmin etmək üçün təqdimat təmin edilməli, borclunun həmin əmlakı üzərinə həbs qoyulmalıdır. Qeyd edilənlərə əsasən İcra Haqqında Azərbaycan Respublikası Qanununun 50.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X1 təqdimatı təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(033)-529/2021 nömrəli icra sənədinin icrasının təmin edilməsi üçün Borclu adına olan “VAZ 21074” minik markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulsun və tələb həmin əmlaka yönəldilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №8(033)-39/2022
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-39/2022
06.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver