Məhkəmə qərarları › İş №8(033)-46/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-46/2023

07.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-46/2023 07.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrlik etməklə və məhkəmə iclasının katibi X11, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi X17, X4 və borclu X8 iştirakları ilə, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi X17 xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi barədə qərarından Zaqatala Rayon Məhkəməsinin 2(033)-8/2021 nömrəli 25 iyun 2021-ci il tarixli icra sənədi üzrə X4 verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X7 11 avqust 2023-cü il tarixdə məhkəməyə şikayətlə müraciət edərək, Zaqatala rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-8-2021 saylı icra sənədinə xitam verilməsinə dair Zaqatala rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli nömrəsiz qərarının ləğv edilməsini və məhkəmənin icra sənədinin tam şəkildə icra olunması üçün yenidən aidiyyatı üzrə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Zaqatala rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-8/2021 saylı sənədinə əsasən cavabdeh X3 rayonu, Aşağı Çardaxlar kəndində yerləşən X16 mülkiyyətində olan 0,2202 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən və 0,3684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı və Fatimat Sofıyeva həmin torpaq sahələrinə və fərdi yaşayış evinə köçürülməlidir. Həmin icra sənədinin icrası ilə əlaqədar Zaqatala rayon İcra və Probasiya şöbəsinin rəisi X23 xx.xx.2023-cü il tarixdə Aşağı Çardaxlar kəndində akt tərtib edərək aktda qeyd etmişdir ki, cavabdeh Sədrəddin Musayev icra prosesinin icrası üçün gəlməmiş, iştirak etməmiş, buna baxmayaraq tələbkar Fatimat Sofiyevaya məxsus torpaq sahələrinin sərhədləri müəyyən olunaraq ona təhvil verilmiş və gələcəkdə borclu Musayev Sədrəddin tərəfindən onların hər hansı mülkiyyətinə müdaxilə törədərsə polis orqanına müraciət etməsi bildirilmişdir. Qeyd olunan aktdan görünür ki. məhkəmənin icra sənədi məhkəmə qərarında göstərildiyi qaydada icra edilməmişdir. Məhkəmə qərarında borclunun torpaq sahəsindən və evdən çıxarılması qeyd olunmuşdur. Lakin icra məmuru qanunda göstərildiyi kimi hərəkətlər etməmiş və borclunu icra prosesinə çağırmaq və o gəlmədiyi halda torpaq sahəsinin ölçülərinin müəyyən olunması barədə işlər görməklə və borclu Sədrəddin Musayevin qanunsuz hərəkətləri barədə Fatimat Sofiyevanın polis orqanına müraciət etmək hüququnun olmasına dair məsləhət verməklə işini bitmiş hesab edərək xx.xx.2023-cü il tarixli qərarı ilə sözügedən icra sənədinə xitam vermişdir. Lakin hal-hazırda X22 özünün mülkiyyətində olan yuxarıda adı çəkilən torpaq sahəsi və yaşayış evinə girə bilmir, istifadə edə bilmir. Sədrəddin Musayev həmin torpaq sahəsindən və yaşayış evindən çıxmamışdır. Yaşayış evinin birinci mərtəbəsi Sədrəddin Musayevə məxsus dəmir metaldan ibarət avtomobil və yaxud texnikanın ehtiyat hissələri və ya digər dəmir metallarla doludur. Torpaq sahəsində isə yararsız avtomobil, daş, qum və çınqılla doludur ki, həmin əşyalar Sədrəddin Musayevə məxsusdur, bu səbəbdən də X1 sərhəd hasarını bağlamağa Sədrəddin Musayev imkan vermir. Bu barədə dəfələrlə Fatimat Sofiyeva tərəfindən tədbirlər keçirilməsinə baxmayaraq, kəndin sahə müvəkkilinə işlər tapşırılmasına baxmayaraq sahə müvəkkili ilə əlbir olaraq Sədrəddin Musayev qeyd olunan evdən və torpaq sahələrindən könüllü olaraq çıxmaq istəmir, ona görə də məcburi icra tədbirlərinin keçirilməsi zərurəti yaranmışdır. Hazırki şikayətini verdiyi qərar əsaslandırılmamışdır. Qərarda bir cümlə olaraq yazılmışdır ki, "icra sənədində qeyd olunan tələb tam şəkildə icra olunmuşdur". Lakin həmin qərara əlavə edilmiş aktdan isə görünür ki, icra sənədində göstərilən tələb ilə aktda göstərilən xüsusatlar bir-birini tamamlamır. İcra məmurunun həmin qərarının surətini o, 10 avqust 2023-cü il tarixdə almışdır. Ona görə də, şikayət vermə müddətini ötürməmişdir. Məhkəmə iclasında iştirak edən X7 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi Elvin Əhmədovun 18 aprel 2023-cü il tarixli icra sənədinin icrasına xitam verilməsi barədə qərarının ləğv edilərək Zaqatala Rayon Məhkəməsinin 2(033)-8/2021 nömrəli 25 iyun 2021-ci il tarixli icra vərəqəsinin yenidən icra orqanına yönəldilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən borclu X13 X4 icra sənədində göstərilən torpaq sahəsinə daxil olduğunu və onun tərəfindən tələbkara buna görə maneələr törədilmədiyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, icra prosesi zamanı iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi X23 izahat verərək bildirdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-8/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Reyestr Xidmətinin 18 saylı Ərazi İdarəsinin əməkdaşları ilə birgə Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yerləşən tələbkara mülkiyyət hüququ ilə məxsus torpaq sahələrində olmuş və həmin torpaq sahələrinin sərhədləri naturada müəyyən edilərək Fatimat Sofiyevaya təqdim edilmişdir. Bu proses zamanı borclu Sədrəddin Musayev həmin ərazidə olmadığından torpaq sahələrinin sərhədlərinin tələbkara göstərilməsi ilə kifayətlənilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-8/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi tam icra edildiyindən həmin icra sənədinin icrasına xitam verilmişdir. Hazırda həmin qərarın ləğv edilərək icra sənədinin yenidən icra olunması üçün göndərilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib X4 şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, şikayət qanuni və əsaslı olduğuna görə təmin edilərək, qeyd edilən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X17 18 aprel 2023-cü il tarixli icraata xitam verilməsi haqqinda qərarı ləğv edilməli və icra sənədi icra edilməsi üçün Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə yenidən aidiyyəti üzrə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-8/2021 nömrəli qətnaməsindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 05 oktyabr 2018-ci il tarixli qeydiyyat nömrəsi ********** olan və 27 noyabr 2018-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən Çıxarışlara əsasən iddiaçı X15 mülkiyyətinə verilmiş Zaqatala rayonu Aşağı Çardaxlar kəndində 0.2202 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi və 0,3684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh X8 çıxarılması və iddiaçının həmin torpaq sahələri və fərdi yaşayış evinə köçürülməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdeh X6 alınaraq Az.MEM, VÖİN**********, X12, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTREAZ22 nömrəli hesabına keçirilməsi qət edilmişdir. İş materiallarında olan 25 iyun 2021-ci il tarixdə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-8/2021 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 05 oktyabr 2018-ci il tarixli qeydiyyat nömrəsi ********** olan və 27 noyabr 2018-ci il tarixli qeydiyyat nömrəsi ********** Dövlət reyestrindən Çıxarışlara əsasən iddiaçı X15 mülkiyyətinə verilmiş Zaqatala rayonu Aşağı Çardaxlar kəndində 0.2202 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi və 0,3684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh X13 çıxarılmalı və iddiaçı həmin torpaq sahələri və fərdi yaşayış evinə köçürülməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh X6 alınaraq Az.MEM, VÖİN**********, X12, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTREAZ22 nömrəli hesabına keçirilməlidir. İş materiallarında olan Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi Elvin Əhmədovun xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-8/2021 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmışdır. İş materiallarına olan Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi Elvin Əhmədov tərəfindən borclu X9 ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-8/2021 nömrəli icra sənədi üzrə göstərilən tələbi icra etməsi üçün ona 10 gün könüllü icra müddəti verilmişdir. İş materiallarında olan Zaqatala rayonu Aşağı Çardaxlar kəndində 18 aprel 2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, akt Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi X17, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin böyük inspektorunun, Zaqatala RPŞ-nin sahə rəisinin, 18 saylı DƏDRX-nin Zaqatala Ərazi İdarəsinin nümayəndəsi və X4 iştirakı ilə tərtib edilmişdir və akta əsasən Zaqatala Rayon Məhkəməsinin 2(033)-8/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Zaqatala rayonu, Aşağı Çardaxlar kəndində olmuşlar, əvvəlcədən icra prosesinin yeri və vaxtı barədə borclu X9 yazılı və mobil telefon vasitəsi ilə məlumat verilməsinə baxmayaraq borclu X13 icra prosesində iştirak etməmişdir, buna baxmayaraq X7na məxsus torpaq sahələrinin sərhədləri müəyyən olunaraq ona təhvil verilmiş və gələcəkdə borclu X13 tərəfindən onların mülkiyyətinə hər hansı bir müdaxilə törədilərsə Polis orqanına müraciət edilməsi ona bildirilmişdir. Akt onun tərtib edilməsində iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. İş materiallarında olan Zaqatala rayonu Aşağı Çardaxlar kəndində 18 aprel 2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-8/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar X4 mülkiyyətində olan 0,2202 ha həyətyanı və 0,3684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin naturada tanıdılmışdır. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi Elvin Əhmədov tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş icraata xitam verilməsi haqqında qərardan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-8/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilmişdir. Həmin qərarın əsaslandırıcı hissəsindən görünür ki, icra sənədinin icrasına xitam verilməsinə əsas olaraq icra sənədinin tam şəkildə icra olunması göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir...Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1 və 20.1.5-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 20.6-ci maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən işə baxan məhkəmə işin hallarından asılı olaraq yaşayış və ya qeyri-yaşayış sahəsinin boşaldılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə uyğun olaraq müddət müəyyən edə bilər. Həmin Qanunun 72.2-ci maddəsinə əsasən bu Qanunun 72.1-ci maddəsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra borclu yaşayış və ya qeyri-yaşayış sahəsini boşaltmadıqda, onun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinə əsasən borclu icra məmuru tərəfindən yaşayış və ya qeyriyaşayış sahəsindən məcburi qaydada çıxarılır. Həmin Qanunun 72.3-cü maddəsinə əsasən icra məmuru çıxarılmanın günü və vaxtı haqqında borcluya rəsmi bildiriş verir. Bildiriş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci və 135.3-cü maddələrində müəyyən edilmiş qaydada verildikdə rəsmi qaydada təqdim edilmiş hesab olunur. Müvafiq bildirişi almış borclunun olmaması çıxarılmanın həyata keçirilməsinə mane olmur. Həmin Qanunun 72.4-cü maddəsinə əsasən icra məmuru icra sənədində göstərilmiş sahədən borclunun (çıxarılanın), onun əmlakının, ev heyvanlarının çıxarılmasını təmin edir. Bundan əlavə, borcluya (çıxarılana) həmin sahədən istifadə etməsi qadağan olunur. Həmin Qanunun 72.7-ci maddəsinə əsasən borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Həmin Qanunun 73-cü maddəsinə əsasən tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. Borclu tələbkarın köçürülməsi haqqında icra sənədinin icrasına mane olduqda, icra hərəkətləri hal şahidlərinin iştirakı ilə həyata keçirilir, habelə icra məmuru müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət etmək hüququna malikdir. Tələbkarın yaşamasına (olmasına) borclu tərəfindən maneçilik törədildikdə, icra məmuru bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsindən maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. Tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. İş materiallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixdə verilmiş xx.xx.2021-ci il tarixli 2(033)-8/2021 nömrəli icra vərəqəsinə əsasən borclu X13 X4 mülkiyyətinə verilmiş Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yerləşən 0,2202 ha həyətyanı və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən və eyni zamanda 0,3684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı və tələbkar həmin torpaq sahələri və fərdi yaşayış evinə köçürülməlidir. İcra sənədi icra edilməsi üçün Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə yönəldilmiş, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi Elvin Əhmədovun xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. İcra sənədinin könüllü icra etməsi üçün borcluya xx.xx.2021-ci il tarixli bildirişlə 10 gün könüllü icra müddəti verilmişdir. İcra sənədi borclu X13 tərəfindən könüllü icra edilmədiyindən icra sənədinin icrası ilə əlaqədar icra sənədinin predmeti olan torpaq sahələrinin və fərdi yaşayış evinin yerləşdiyi Zaqatala rayonu Aşağı Çardaxlar kəndində icra məmuru tərəfindən mütəxəssisin, polis sahə rəisinin və tələbkar Fatimat Sofiyevanın iştirakı ilə 18 aprel 2023cü il tarixdə icra prosesi həyata keçirilmiş və Zaqatala Rayon Məhkəməsinin 2(033)- 8/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar X7na məxsus torpaq sahələrinin sərhədləri müəyyən olunaraq ona təhvil verilmiş və gələcəkdə borclu X13 tərəfindən onların mülkiyyətinə hər hansı bir müdaxilə törədilərsə Polis orqanına müraciət edilməsi tələbkara izah edilmişdir. İcra prosesi borclu X8 iştirakı olmadan keçirilmiş və proseslə bağlı akt tərtib edilərək həmin akt icra hərəkətlərində iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi Elvin Əhmədov tərəfindən Zaqatala Rayon Məhkəməsinin 2(033)-8/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinin tam şəkildə icra olunması əsası ilə xx.xx.2023-cü il tarixdə həmin icra sənədinə xitam verilməsi haqqında qərar qəbul edilmiş, tələbkar həmin qərarı 10 avqust 2023-cü il tarixdə təhvil almışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-8/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsində həyata keçirilməli icra tədbirləri dəqiq göstərilmiş və onları X4 xeyrinə həyata keçirilməli hərəkətlər olaraq şərti olaraq 4 hissəyə bölmək olar: tələbkarın mülkiyyətində olan Zaqatala rayonu Aşağı Çardaxlar kəndində 0.2202 ha həyətyanı torpaq sahəsindən borclu X8 çıxarılması, tələbkarın mülkiyyətində olan Zaqatala rayonu Aşağı Çardaxlar kəndində 0.2202 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən borclu X8 çıxarılması, tələbkarın mülkiyyətində olan Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yerləşən 0,3684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən borclu X8 çıxarılması və X4 borclunun çıxarıldığı torpaq sahələrinə və fərdi yaşayış evinə köçürülməsi. Zaqatala Rayon Məhkəməsinin 2(033)-8/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi Elvin Əhmədov tərəfindən görülmüş icra tədbirlərindən görünür ki, xx.xx.2021-ci il tarixdə icra sənədi üzrə icraata başlanıldıqdan və könüllü icra müddətinin verilməsinə dair bildirişin borcluya təqdim edilməsindən sonra icra sənədinin məcburi icra edilməsi üçün 18 aprel 2023-cü il tarixdə tələbkarın icra sənədində göstərilən əmlakının yerləşdiyi Zaqatala rayonu Aşağı Çardaxlar kəndində müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə icra prosesi təşkil olunmuş və həmin prosesdə X7 iştirak etməsinə baxmayaraq, borclu X13 iştirak etməmişdir. İcra prosesi barədə eyni tarixdə akt tərtib edilmişdir. Akta əsasən torpaq sahələrinin sərhədlərinin müəyyən edildiyi və həmin torpaq sahələrinin icra sənədi üzrə tələbkara təhvil verildiyi göstərilmişdir. Eyni tarixdə iki akt tərtib edilməsinə baxmayaraq həmin aktların heç birində icra sənədində göstərilən 0,2202 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən borclu X8 və ya o iştirak etmədiyi halda ona məxsus əşyaların siyahıya alınaraq çıxarılması və həmin fərdi yaşayış evinin tələbkara verilməsi öz əksini tapmamışdır. Borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinin icrasından bəhs edən İcra haqqında Azərbaycan Respublikası Qanunun 72-ci maddəsində borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması prosesi aydın şəkildə göstərilmiş və həmin maddəyə əsasən borclu yaşayış və ya qeyri-yaşayış sahəsini boşaltmadıqda onun həmin sahədən məcburi qaydada çıxarılması imkanı nəzərdə tutulmuşdur. Həmin maddədə eyni zamanda çıxarılma barədə borclunun məlumatlandırılması qaydası da göstərilmişdir. Məhkəmə qeyd edir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-8/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar borclu X8 həmin icra sənədində göstərilən yaşayış sahəsindən çıxarılması ilə bağlı borclunun məlumatlandırılmasına dair hər hansı sübut icra məmuru tərəfindən təqdim edilməmiş və belə bir sübutun mövcudluğu məhkəmə tərəfindən aşkar edilməmişdir. İcra məmuru 18 aprel 2023-cü il tarixdə tərtib etdiyi aktda borclu X8 icra prosesinin yeri və vaxtı barədə məlumatlandırılması barədə qeydi əlavə etməklə kifayətlənmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-8/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsində qeyd edilən fərdi yaşayış evindən borclunun çıxarılması ilə əlaqədar ümumiyyətlə tədbir görülməmiş və icra sənədinin bir hissəsinin icrası ilə bağlı ümumiyyətlə tədbir görülmədiyi halda icra məmuru tərəfindən həmin icra sənədinin tam icra olunması əsası ilə icra sənədinin icrasına xitam verməsi yolverilməzdir. Bundan başqa, məhkəmə icra sənədinin tələbkarın torpaq sahəsinə və fərdi yaşayış evinə köçürülməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi də zəruri hesab edir. Qanunvericiliyin tələbindən də görünür ki, tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsindən maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. Tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. İşin hallarından və tələbkarın izahatından da görünür ki, tələbkarın köçürülməsi barədə akt tərtib edilməsinə baxmayaraq hazırda tələbkarın köçürülməli olduğu fərdi yaşayış evindən və torpaq sahəsindən istifadəsinə maneçiliklər törədilir. Bu hal isə qanunvericiliyin tələblərinə əsasən icra məmuru tərəfindən aradan qaldırılmalı, icra sənədi üzrə icraat təzələnməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-8/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi tam icra olunmadığı halda Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi X23 tərəfindən həmin icra sənədi üzrə icraata İcra Haqqında Azərbaycan Respublikasının 20.1.5-ci maddəsinə əsasən xitam verilməsi İcra Haqqında Azərbaycan Respublikası Qanununun normaları ilə yanaşı Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə də ziddir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair hüquqi mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Homşbi Yunanıstana qarşı işi üzrə 19 mart 1997-ci il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Beləliklə bu hüquq işin məhkəmə tərəfindən araşdırılması hüququnu təsbit edir. Mülki işlər üzrə məhkəməyə iddia vermək bu hüququn bir cəhətini təşkil edir, Razılığa gələn tərəfin hüquq sistemi qəti məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmasına imkan verdiyi halda bu hüquq xəyali xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim etdiyi bütün prosessual təminatları dəqiqliklə nəzərdə tutulmasını və məhkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasığmaz olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimlənməsi kimi tərtib olunması Razılığa gələn dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi Prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır. Ona görə də, məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməli, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X17 18 aprel 2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilməli və Zaqatala Rayon Məhkəməsinin 2(033)-8/2021 nömrəli 25 iyun 2021-ci il tarixli icra vərəqəsi üzrə icra tədbirləri davam etdirilməlidir. Odur ki, qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-269-cu maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı m: X4 şikayəti təmin edilsin. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X17 18 aprel 2023-cü il tarixli icraata xitam verilməsi haqqinda qərarı ləğv edilsin. Zaqatala Rayon Məhkəməsinin 2(033)-8/2021 nömrəli 25 iyun 2021-ci il tarixli icra vərəqəsi üzrə icra tədbirləri davam etdirilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar