Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-5/2023 25.01.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi məhkəmə iclasının katibi X7, X1 və Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi X15 iştirakları ilə, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 05 may 2021-ci il tarixli “Qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarının ləğv edilməsi və icra tədbirlərinin davam etdirilməsi barədə X1 şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ədliyyə Naziriyi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 05 may 2021-ci il tarixli “Qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarın ləğv edilməsi, icra tədbirləri davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(033)-192/2018 iş nömrəli qətnaməsinə əsasən, ilk iddia qismən təmin edilərək iddiaçı X9 və ailə üzvlərinin iddiaçı X6 və digərlərinə məxsus Zaqatala rayonu, Yeni Suvagil kəndində yerləşən 110 m2 torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin sonunculara təhvil verilməsi, o cümlədən, qarşılıqlı iddianın təmin edilərək, X6 və digərləri tərəfindən iddiaçı X9 və ailə üzvlərinin mülkiyyətində olan Zaqatala rayonu, Yeni Suvagil kəndində yerləşən torpaq sahəsində icazəsiz inşa edilmiş mağaza binasının sökülməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(033)-192/2018 iş nömrəli qətnaməsi icra edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Naziriyi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 05 may 2021-ci il tarixli "Qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında" qərarına əsasən, Zaqatala Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(033)-192/2018 iş nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi Zaqatala Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o və ailə üzvləri mülkiyyətində olan torpaq sahəsi üzərində hüquqlarını daşmmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirmişdir, (çıxarışlar və texniki sənədlərə şikayətə əlavə olunur). Hesab edir ki, hazırki vəziyyətdə Zaqatala Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(033)-192/2018 iş nömrəli qətnaməsinin icra edilməsi üçün qarşılarında heç bir maneə yoxdur. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 05 may 2021-ci il tarixli "Qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında" qərarının ləğv edilərək Zaqatala Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(033)-192/2018 iş nömrəli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi X27 çıxış edərək bildirdi ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)- 192/2018 saylı icra vərəqəsi xx.xx.2018-ci il tarixdə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədi üzrə tərəflərə göndərilmiş və icra sənədinin könüllü icra edilməsi üçün 10 gün könüllü icra müddətinin verilməsi barədə tərəflərə məlumat verilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)-192/2018 saylı icra vərəqəsinə izah verilməsi icra sənədini vermiş məhkəməyə ərizə ilə müraciət edilmiş və Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(033)-70/2019 nömrəli qərardadına əsasən Zaqatala rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)-192/2018 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə bağlı iş üzrə tərəflərin torpaq sahələri arasındakı sərhəddin başlanğıc nöqtəsindən başlanılmaqla, həmin sərhəddin son nöqtəsinə qədər olan məsafə sərhəd kimi göstərilməklə, həmin sərhəddən ölçülərək hesablanaraq, 110 kv metr torpaq sahəsi digər tərəfə verilərək rəsmiləşdirilməli və bundan sonra icazəsiz tikilmiş mağaza binası sökülməli olduğu qeyd edilmişdir. Müvafiq qərardadda rəsmiləşdirmənin hansı qaydada aparılması qeyd olunmadığından icraat çərçivəsində tərəflərindən həyata keçiriləsi mümkün olmamışdır. Eyni zamanda mübahisəli tikilinin sökülməsi və 110.kv.metr torpaq sahəsinin digər tərəfə verilməsi ilə bərabər həm də rəsmiləşdirildikdən sonra icra edilməli olduğu qeyd edildiyindən iş üzrə icra tədbirlərinin həyata keçirilməsi mümkün olmamışdır. Yəni mübahisəli 110 k.v metr torpaq sahəsi X10 adına rəsmiləşdirildikdən sonra icra sənədində qeyd olunan icazəsiz tikilinin sökülməsi mümkün olduğundan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)-192/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin geri qaytarılması qərara alınmış və həmin icra sənədi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 05 may 2021-ci il tarixli qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərara əsasən Zaqatala Rayon Məhkəməsinə geri qaytarılmışdır. Hazırda şikayət verən tələbkar Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(033)-70/2019 nömrəli qərardadında nəzərdə tutulan rəsmiləşdirməni həyata keçirdiyini bildirir və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsini xahiş edir və o şikayət verən tələbkarın şikayətinin təmin edilməsinə etiraz etmir. Tələbkarın şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət qanuni və əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Zaqatala Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli 2(033)-192/2018 nömrəli qətnaməsinə əsasən ilk iddia qismən təmin edilərək, qarşılıqlı iddia üzrə iddiaçı X8 və ailəsinin ilk iddia üzrə iddiaçılar X6, X11, X16, X18, X12 və X19 məxsus Zaqatala rayonunun Yeni Suvagil kəndində yerləşən 110 kvadrat metr torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçı-cavabdehlərə təhvil verilməsi, qarşılıqlı iddia təmin edilərək, ilk iddia üzrə iddiaçılar X6, X11, X16, X18, X12 və X28 tərəfindən qanusuz olaraq cavabdeh-iddiaçı X4 mülkiyyətində olan Zaqatala rayonunun Yeni Suvagil kəndində yerləşən torpaq sahəsində icazəsiz inşa edilmiş mağaza binasının sökülməsi qət edilmişdir. Həmin qətnamədə sübut qismində qeyd edilən Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX ******* seriyalı çıxarışın və texniki pasportun surətindən görünür ki, Zaqatala rayonu Yen Suvagil kəndində yerləşən 0,2591 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabın 4 nömrəli vərəqində qeydiyyata alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli 8(033)-70/2019 nömrəli qərardadı ilə müəyyən edilmişdir ki, Zaqatala rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)-192/2018 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə bağlı iş üzrə tərəflərin torpaq sahələri arasındakı sərhəddin başlanğıc nöqtəsindən başlanılmaqla, həmin sərhəddin son nöqtəsinə qədər olan məsafə sərhəd kimi göstərilməklə, həmin sərhəddən ölçülərək hesablanaraq, 110 kv metr torpaq sahəsi digər tərəfə verilərək rəsmiləşdirilməli və bundan sonra icazəsiz tikilmiş mağaza binası sökülməlidir. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021ci il tarixdə aparılmış ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışdan görünür ki, Zaqatala rayonu Yeni Suvagil kəndində yerləşən 0,1365 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi X13 adına Daşınmaz əmlakın Dövlət reyestrində 56 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021ci il tarixdə aparılmış ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışdan görünür ki, Zaqatala rayonu Yeni Suvagil kəndində yerləşən 0,12266 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi X14 adına Daşınmaz əmlakın Dövlət reyestrində 203 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Zaqatala Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli 8(033)-70/2019 nömrəli qərardadının icrası ilə əlaqədar 110 kv metr torpaq sahəsi də daxil olmaqla ümumilikdə 0,2591 ha həyətyanı torpaq sahəsi (0,1365 ha+0,12266 ha) torpaq sahəsi X5 ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi biləvasitə müvafiq qərar çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Həmin Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair hüquqi mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Homşbi Yunanıstana qarşı işi üzrə 19 mart 1997-ci il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Beləliklə bu hüquq işin məhkəmə tərəfindən araşdırılması hüququnu təsbit edir. Mülki işlər üzrə məhkəməyə iddia vermək bu hüququn bir cəhətini təşkil edir, Razılığa gələn tərəfin hüquq sistemi qəti məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmasına imkan verdiyi halda bu hüquq xəyali xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim etdiyi bütün prosessual təminatları dəqiqliklə nəzərdə tutulmasını və məhkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasığmaz olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimlənməsi kimi tərtib olunması Razılığa gələn dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi Prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Zaqatala Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli 2(033)-192/2018 saylı icra sənədinin icrasını mümkünsüz edən hallar aradan qalxmışdır. Məhkəmə araşdırmanın nəticələrinə əsaslanaraq, tələbkarın icra sənədinin icrasını tələb etməsini və icra sənədinin tam icra olunmamasını nəzərə alaraq hesаb edir ki, X3 şikayəti təmin edilməli, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 05 may 2021-ci il tarixli "Qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarı ləğv edilməli, Zaqatala Rayon Məhkəməsinin 19 mart 2018-cı il tarixli 2(033)- 192/2018 nömrəli icra vərəqəsi yenidən icraya yönəldilərək icra tədbirləri davam etdirilməlidir. Şərh olunanlara, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci və 23.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: X1 ərizəsi təmin edilsin. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 05 may 2021-ci il tarixli “Qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarı ləğv edilsin. Zaqatala Rayon Məhkəməsinin 19 mart 2018-cı il tarixli 2(033)-192/2018 nömrəli icra vərəqəsi yenidən icraya yönəldilsin. Zaqatala Rayon Məhkəməsinin 19 mart 2018-cı il tarixli 2(033)-192/2018 nömrəli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №8(033)-5/2023
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-5/2023
25.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver