Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-55/2022 22.08.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 katibliyi, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi X12 iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(046)-1510/2021 nömrəli icra sənədinin icrası ilə bağlı alimentin ödənilməsinə dair icra işinin icraatına xitam verilməsi barədə X1 nümayəndəsi X9 ərizəsinə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Göyçay Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(046)-1510/2021 nömrəli qətnaməsinə əsasən cavabdeh X3 xx.xx.2021-ci nil tarixdən başlayaraq xx.xx.2016-cı il tarixində anadan olmuş X6 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120 manat cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X8 verilməsi, X3 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. X1 nümayəndəsi X14 ərizə ilə məhkəməyə müraciət edərək aliment borcunu hesablayarkən uşaqların 2022-ci ilin fevral ayından Əmrah Əhmədovun himayəsində yaşadıqlarını nəzərə alaraq alimentin ödənilməsinə dair icra işinin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(046)-1510/2021 nömrəli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il tarixdə anadan olmuş X6 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment X10 tutularaq X8 verilməsi qət edilmişdir. Bildirmək istəyir ki, 2022-ci ilin fevral ayından uşaqlar qardaşı Əmrah Əhmədovun himayəsində yaşayırlar, onlara qardaşı baxır, onların qayğılarını qardaşı çəkir və hər bir xərcləri də qardaşının öhdəsindədir. Bu barədə Çobankol kənd İnzibati ərazi dairəsi tərəfindən verilmiş 955 saylı xx.xx.2022-ci il tarixli arayışı ərizəyə əlavə edir. X2 alimentin ödənilməsi üçün İcra və Probasiya Şöbəsinə müraciət etmişdir. X22 rayon İcra və Probasiya şöbəsinə yazılı müraciət edərək aliment borcunu hesablayarkən uşaqların 2022-ci ilin fevral ayından onun himayəsində yaşadıqlarını nəzərə alaraq alimentin ödənilməsinə dair icra işinin icraatına xitam verilməsini xahiş etmişdir. Zaqatala rayon İcra və Probasiya şöbəsi xx.xx.2022-ci il tarixli 180215 saylı məktubu ilə işin icraatına xitam verməkdən imtina etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi X15 qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Ərizəyə baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada borclu və tələbkar məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, ərizəyə baxılmasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə şikayətə tələbkarın və borclunun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizədə qeyd olunan dəlilləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, ərizə üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. İcra Haqqında Azərbaycan Respublikası Qanunun 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; icra sənədi tam icra olunduqda. 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Göstərilən müddəaların mənasından göründüyü kimi iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. X1 nümayəndəsi X9 ərizəsini nəzərdən keçirdikdə həmin ərizədə qeyd edilən tələbin ümumi mülki icraat qaydasında baxılmalı olacağı məlum olur. Belə ki, ərizədən görünür ki, borclu X13 uşaqlarının onun yanında olmasını və aliment öhdəliyindən azad edilməsini xahiş edir. Bununla bağlı qeyd olunmalıdır ki, borclu ayrıca iddia tələbi ilə (uşaqların onun himayəsində saxlanması və alimentin borcunun silinməsi) məhkəməyə müraciət etməlidir. Borclunun hazırki ərizəsi əsasında isə alimentin ödənilməsinə dair icra işinin icraatına xitam verilməsi mümkün deyil. Məhkəmə onu da qeyd edir ki, yuxarıda qeyd edilmiş qanunun mənasından görünür ki, bu vəziyyətdə hazırki icra sənədi üzrə icraata xitam verilməsi tələbkarın tələbdən imtinası əsasında icra məmurunun təqdimatı ilə mümkündür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(046)-1510/2021 nömrəli icra sənədinin icrası ilə bağlı alimentin ödənilməsinə dair icra işinin icraatına xitam verilməsi barədə X1 nümayəndəsi X9 ərizəsi üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Göyçay Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(046)-1510/2021 nömrəli icra sənədinin icrası ilə bağlı alimentin ödənilməsinə dair icra işinin icraatına xitam verilməsi barədə X1 nümayəndəsi X9 ərizəsi üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №8(033)-55/2022
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-55/2022
22.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver