Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-56/2022 25.08.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi, Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X2, Borclu və tələbkar Məmmədova (Bilalova) Həcər Hacıömər qızının iştirakları ilə Zaqatala Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli 2(033)-1989/2016 nömrəli icra sənədi üzrə tələbkar Məmmədova (Bilalova) Həcər Hacıömər qızının aliment tələbindən imtinasının qəbul edilməsi ilə bağlı Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəis əvəzi, X5 təqdimatına Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəis əvəzi, X9 məhkəməyə təqdimatla müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli 2(033)- 1989/2016 nömrəli icra sənədi üzrə tələbkar Məmmədova (Bilalova) Həcər Hacıömər qızının aliment tələbindən imtinasının qəbul edilməsi ilə bağlı təqdimata baxılmasını xahiş etmişdir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəis əvəzi, X9 təqdimatını onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixli qərarla icraata başladığı Zaqatala Rayon Məhkəməsinin 2(033)-1989/2016 nömrəli xx.xx.2016-ci il tarixli icra vərəqəsinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 117 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Müvafiq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, Borclu qanunun tələbləri izah edilərək, icra sənədinin icrasını könüllü təmin etməsi üçün bildiriş verilmişdir. Borclunun adında tələb yönəldə biləcək əmlakın olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular verilmiş, lakin verilmiş sorğular nəticəsində borcluya məxsus heç bir əmlak və gəlirlər aşkar edilməmişdir. Tələbkar Məmmədova (Bilalova) Həcər Hacıömər qızı xx.xx.2022-ci il tarixdə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin 2(033)-1989/2016 nömrəli xx.xx.2016-cı il tarixli icra sənədi üzrə aliment tələbindən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X8 təqdimatı müdafiə edərək təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu və tələbkar Məmmədova (Bilalova) Həcər Hacıömər qızı ayrı-ayrılıqda təqdimatın təmin olunmasına etirazları olmadıqlarını bildirdilər. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli 2(033)- 1989/2016 nömrəli icra vərəqəsindən görünür ki, tərəflərin nikahından xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X3 verilməlidir. Sabit pul məbləğində həmin alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə daxil olduğu 20 sentyabr 2016-cı il tarixdən hesablanmalıdır. Cavabdeh Borclu 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İşdə olan tələbkar Məmmədova (Bilalova) Həcər Hacıömər qızının 16 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, Borclu ilə barışıb birlikdə yaşayırlar. Buna görə də aliment tələbindən imtina edir və borcluya qarşı heç bir şikayət və tələbi yoxdur. Zaqatala Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli 2(033)-1989/2016 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi üçün məhkəməyə təqdimat verilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, təqdimata və işdə olan sənədlərə baxaraq hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli 2(033)-1989/2016 nömrəli icra sənədi üzrə tələbkar Məmmədova (Bilalova) Həcər Hacıömər qızının aliment tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilməli və təqdimat təmin edilməlidir. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, tələbkar Məmmədova (Bilalova) X7 Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli 2(033)-1989/2016 nömrəli icra sənədi üzrə aliment tələbindən imtina etmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən İcra Haqqında Azərbaycan Respublikası Qanununun 20.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli 2(033)-1989/2016 nömrəli icra sənədi üzrə tələbkar Məmmədova (Bilalova) Həcər Hacıömər qızının aliment tələbindən imtinası qəbul edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №8(033)-56/2022
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-56/2022
25.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver