Məhkəmə qərarları › İş №8(033)-57/2022

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-57/2022

25.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-57/2022 25.08.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu X1 və Tələbkar iştirakları ilə Zaqatala Rayon Məhkəməsinin 01 noyabr 2012-ci il tarixli 2(033)-844/2012 nömrəli icra sənədi üzrə Tələbkar aliment tələbindən imtinasının qəbul edilməsi ilə bağlı Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu X4 təqdimatına Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu X7 məhkəməyə təqdimatla müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 01 noyabr 2012ci il tarixli 2(033)-844/2012 nömrəli icra sənədi üzrə Tələbkar aliment tələbindən imtinasının qəbul edilməsi ilə bağlı təqdimata baxılmasını xahiş etmişdir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu X7 təqdimatını onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixli qərarla icraata başladığı Zaqatala Rayon Məhkəməsinin 2(033)-844/2012 nömrəli xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 40 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Müvafiq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, Borclu qanunun tələbləri izah edilərək, icra sənədinin icrasını könüllü təmin etməsi üçün bildiriş verilmişdir. Borclunun adında tələb yönəldə biləcək əmlakın olubolmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular verilmiş, lakin verilmiş sorğular nəticəsində borcluya məxsus heç bir əmlak və gəlirlər aşkar edilməmişdir. Tələbkar xx.xx.2022-ci i! tarixdə Zaqatala Rayon İcra və Probasıya Şöbəsinə ərizə ilə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin 2(033)- 844/2012 nömrəli. xx.xx.2012-ci il tarixli icra sənədi üzrə aliment tələbindən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X3 təqdimatı müdafiə edərək təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən borclu Tələbkar aliment tələbindən imtina etdiyini və təqdimatın təmin olunmasına etirazı olmadığını bildirdilər. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 01 noyabr 2012-ci il tarixli 2(033)-844/2012 nömrəli icra vərəqəsindən görünür ki, Borclu 05 sentyabr 2005-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 01 oktyabr 2012-ci il tarixdən hesablanmaqla, hər ay 40 (qırx) manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmalıdır. Qətnamə xx.xx.2012-ci ildə qanuni qüvvəsini almışdır. İşdə olan Tələbkar 18 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, Borclu Zaqatala Rayon Məhkəməsinin 01 noyabr 2012-ci il tarixli 2(033)-844/2012 nömrəli icra sənədi üzrə hər hansı şikayəti və tələbi yoxdur, aliment tələbindən imtina edir və icra sənədi üzrə icraata xitam verilməsi üçün məhkəməyə təqdimat verilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, təqdimata və işdə olan sənədlərə baxaraq hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 01 noyabr 2012-ci il tarixli 2(033)-844/2012 nömrəli icra sənədi üzrə Tələbkar aliment tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilməli və təqdimat təmin edilməlidir. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, tələbkar İsayeva X6 Rayon Məhkəməsinin 01 noyabr 2012-ci il tarixli 2(033)-844/2012 nömrəli icra sənədi üzrə aliment tələbindən imtina etmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən İcra Haqqında Azərbaycan Respublikası Qanununun 20.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 01 noyabr 2012-ci il tarixli 2(033)-844/2012 nömrəli icra sənədi üzrə Tələbkar aliment tələbindən imtinası qəbul edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar