Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-6/2023 15.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, X1, tələbkarlar X13, X4 və Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(033)-1081/2021 nömrəli qətnaməsinin icra üsulunun dəyişdirilməsi tələbinə dair X1 ərizəsinə 2(033)-1081/2021 nömrəli mülki işlə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Borclu X2 Rayon Məhkəməsinin qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(033)-1081/2021 nömrəli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilərək X21 və X6, oğlu xx.xx.2019-cu il təvəllüdlü X14 ilə hər həftənin şənbə günü saat 13:00-dan 15:00-dək onun iştirakı ilə görüş vaxtı müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən X3 ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, Zaqatala RİH yanında Qəyyumluq və Himayəçilik Orqanının 20 may 2021-ci il tarixli qərarına əsasən, Zaqatala rayonu, Aşağı Tala kənd sakinləri X21 və X6, oğlu xx.xx.2019-cu il təvəllüdlü X14 ilə hər həftənin şənbə günü saat 13:00-dan 15:00-dək onun iştirakı ilə Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən X15 məxsus fərdi yaşayış evində ünsiyyətdə olmaq hüququ verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(033)-1081/2021 nömrəli qətnaməsi ilə X21 və X6, oğlu - xx.xx.2019-cu il təvəllüdlü X14 ilə hər həftənin şənbə günü saat 13:00-dan 15:00-dək onun iştirakı ilə Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən X15 məxsus fərdi yaşayış evində görüş vaxtı müəyyən edilmişdir. Hazırki ərizə ilə müraciət etməsinin səbəbi Zaqatala Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(033)-1081/2021 nömrəli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi ilə bağlıdır. Belə ki, o hazırda Zaqatala Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(033)-1081/2021 nömrəli qətnaməsinə əsasən məcbur edilir ki, X21 və X4 oğlu - xx.xx.2019-cu il təvəllüdlü X14 ilə ünsiyyət hüququnun təmin edilməsi üçün keçmiş qaynatası X15 məxsus Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evində həftənin şənbə günü saat 13:00-dan 15:00-dək otursun. Keçmiş qaynatası X18 isə onun həmin evə daxil olmağına icazə vermir. Göründüyü kimi, səbəbi Zaqatala Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(033)-1081/2021 nömrəli qətnaməsinə əsasən onun Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş sərbəst hərəkət etmək və azadlıq hüququ məhdudlaşdırılmışdır. Zaqatala Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(033)-1081/2021 nömrəli qətnaməsinə əsasən o məcbur edilir ki, aralarında ədavət olan şəxslə eyni yerdə otursun. Bu isə son nəticədə arzuolunmaz hadisə ilə nəticələnə bilər. Digər tərəfdən isə keçmiş qaynatası X18 onu evə buraxmadığı üçün Zaqatala Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(033)- 1081/2021 nömrəli qətnaməsi son nəticədə icrasız qalır. Məhkəmə baxışı iclasında iştirak edən tələbkarlar X18 və X9 izahatlarında ayrıayrılıqda göstərdilər ki, uşaqla ünsiyyət hüquqları uzun müddətdir ki, təmin edilmir. Keçmiş gəlinləri olan borclunu da başa düşürlər, lakin uşaqla görüş yerini məhkəmə müəyyən edib və qətnaməyə uyğun ünsiyyətin təmin edilməsini istəyirlər. Onlar ünsiyyət yerinin qeyri müəyyən olması ilə razılaşa bilmədiklərini qeyd edərək bildirmişlər ki, Zaqatalada tez-tez yağıntı olur və uşaqla evdən kənarda ünsiyyətin təşkil edilməsi birinci növbədə uşağın öz sağlamlığını təhlükə altına atır. Məhkəmə qətnaməsi ilə onun evində uşaqla ünsiyyətdə olmaları müəyyən edilib, ona görə də ərizənin təmin edilməməsini xahiş edirlər. Məhkəmə baxışı iclasında iştirak edən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 izahatında qətnamənin icra üsulunun təklif edilən vəziyyətdə dəyişdirilməsinin icra sənədi üzrə uşağın mənafeyi baxımından əlverişsiz olacağını nəzərə alaraq qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, borclunun ərizəsi təmin edilməməlidir. Belə ki, Zaqatala Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(033)-1081/2021 nömrəli qətnaməsinə əsasən iddiaçılar X18 və X6 nəvələri 04 iyul 2019-cu il təvəllüdlü X14 ilə hər həftənin şənbə günü saat 13:00-dan 15:00-dək müddətdə X8 iştirakı ilə Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən X15 məxsus fərdi yaşayış evində görüş vaxtı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir...Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Bu maddənin dispozisiyasına görə qətnamənin icra üsulunun və qaydasını dəyişdirilməsi üçün tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınmalıdır. İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2015-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin qeyd olunan normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Məhkəmə qeyd edir ki, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna haldır və bu zaman yalnız borclunun deyil, eyni zamanda tələbkarın da mənafeyi nəzərə alınmalıdır. İşdən görünür ki, borclu ərizədə tələbkar X13 uşaqla ünsiyyətin həyata keçirilməsi yeri kimi nəzərdə tutulmuş evə daxil olmasına icazə verməməsini qeyd etsə də, bu halı sübut edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə tərəfindən qətnamənin icrası üçün çətinlik törədən hallar müəyyən edilmədi. Eyni zamanda, qətnamənin icra üsulunun dəyişdirilməsi tələbkarın hüquqlarının əsaslı şəkildə pozulmasına şərait yarada bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Zaqatala Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(033)-1081/2021 nömrəli qətnaməsinə əsasən X18 və X4 nəvələri 04 iyul 2019-cu il təvəllüdlü X14 ilə ünsiyyətdə olmaları ilə əlaqədar görüş vaxtı və yeri müəyyən edilmişdir. Borclu ərizə ilə müraciət edərək məhz həmin qətnamə ilə müəyyən edilmiş görüş yerinin dəyişdirilməsini tələb edir. Məhkəmə hesab edir ki, borclunun ərizəsinin təmin olunaraq Zaqatala Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(033)-1081/2021 nömrəli qətnaməsinin icra üsulunun bu qaydada dəyişdirilməsi həmin qətnamə ilə gəlinən nəticəyə ziddir və belə dəyişikliyin edilməsi qətnamənin məzmununu dəyişməklə yanaşı onun icrasında çətinliklər də yarada bilər. Məhkəmə belə qənaətə gəlir ki, X1 Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixlin 2(033)-1081/2021 nömrəli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsi əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsində müəyyən edilmişdir ki, qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 262, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı : X1 Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixlin 2(033)-1081/2021 nömrəli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №8(033)-6/2023
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-6/2023
15.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver