Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-65/2023 28.12.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və Tələbkar iştirakları ilə Zaqatala Rayon Məhkəməsinin e-2(033)-543/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Tələbkar aliment tələbindən imtinası barədə Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi X6 təqdimatına Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi X8 məhkəməyə təqdimatla müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(033)-543/2022 nömrəli icra sənədi üzrə Tələbkar aliment tələbindən imtinasının qəbul edilməsi ilə bağlı təqdimata baxılmasını xahiş etmişdir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi X8 təqdimatını onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılan Zaqatala Rayon Məhkəməsinin e-2(033)-543/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 26 avqust 2009-cu il təvəllüdlü X4 və 05 may 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşaq üçün sabit pul məbləğində 50 (əlli) manat olmaqla, cəmi 100 (bir yüz) manat aliment tutularaq Tələbkar ödənilsin. Aliment tutulmasının əvvəli 20 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Müvafiq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, Borclu qanunun tələbləri izah edilərək, icra sənədinin icrasını könüllü təmin etməsi üçün bildiriş verilmişdir. Borclunun adında tələb yönəldə biləcək əmlakın olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular verilmiş, lakin verilmiş sorğular nəticəsində borcluya məxsus heç bir əmlak və gəlirlər aşkar edilməmişdir. Tələbkar Vagif qızı xx.xx.2023-cü il tarixdə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin e-2(033)-543/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə aliment tələbindən imtina etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada borclu xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini məhkəməyə bildirməmişdir. Bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 təqdimatı müdafiə edərək təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tələbkar təqdimatın təmin olunmasına etirazı olmadığını bildirdi. İşdə olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(033)-543/2022- 018 nömrəli icra vərəqəsindən görünür ki, 26 avqust 2009-cu il təvəllüdlü X4 və 05 may 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşaq üçün sabit pul məbləğində 50 (əlli) manat olmaqla, cəmi 100 (bir yüz) manat aliment tutularaq iddiaçı Tələbkar verilməlidir. İşdə olan Tələbkar 15 dekabr 2023-cü il tarixli ərizəsindən görünür ki, Borclu heç bir aliment tələbi yoxdur və aliment tələbindən imtina edir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(033)-543/2022 nömrəli icra sənədinin icraatına xitam verilməsi üçün məhkəməyə təqdimat verilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, təqdimata və işdə olan sənədlərə baxaraq hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(033)-543/2022 nömrəli icra sənədi üzrə Tələbkar aliment tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilməli və təqdimat təmin edilməlidir. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, tələbkar Quliyeva X7 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2(033)-543/2022 nömrəli icra sənədi üzrə aliment tələbindən imtina etmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən İcra Haqqında Azərbaycan Respublikası Qanununun 20.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(033)-543/2022 nömrəli icra sənədi üzrə Tələbkar aliment tələbindən imtinası qəbul edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Həsənov.
Məhkəmə qərarları › İş №8(033)-65/2023
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-65/2023
28.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver