Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-66/2023 28.12.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və Tələbkar iştirakları ilə Zaqatala Rayon Məhkəməsinin e-2(033)-613/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Tələbkar aliment tələbindən imtinası barədə Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi X6 təqdimatına Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi X8 məhkəməyə təqdimatla müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-613/2023 nömrəli icra sənədi üzrə Tələbkar aliment tələbindən imtinasının qəbul edilməsi ilə bağlı təqdimata baxılmasını xahiş etmişdir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi X8 təqdimatını onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Zaqatala Rayon Məhkəməsinin e-2(033)-613/2023-019 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclundən hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Borclu tərəfindən mediasiya xərci olaraq 100 manat tələbkara, 56 manat isə dövlət büdcəsinə ödənilməlidir. Müvafiq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, Borclu oğluna qanunun tələbləri izah edilərək, icra sənədinin icrasını könüllü təmin etməsi üçün bildiriş verilmişdir. Borclunun adında tələb yönəldə biləcək əmlakın olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular verilmiş, lakin verilmiş sorğular nəticəsində borcluya məxsus heç bir əmlak və gəlirlər aşkar edilməmişdir. Tələbkar xx.xx.2023-cü il tarixdə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin e-2(033)-613/2023-019 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə aliment tələbindən imtina etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada borclu xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini məhkəməyə bildirməmişdir. Bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatı müdafiə edərək təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tələbkar təqdimatın təmin olunmasına etirazı olmadığını bildirdi. İşdə olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-613/2023 nömrəli icra vərəqəsindən görünür ki, 26 sentyabr 2011-ci il təvəllüdlü X5 və 30 avqust 2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Aliment tutulmasının əvvəli 04 may 2023-cü il tarixdən hesablanmalıdır. Cavabdeh Borclu iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul və dövlət büdcəsinə ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. Cavabdeh Borclu 56 (əlli altı) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İşdə olan Tələbkar 21 dekabr 2023-cü il tarixli ərizəsindən görünür ki, Borclu Najmuddinoviçdən heç bir aliment tələbi yoxdur və aliment tələbindən imtina edir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-613/2023 nömrəli icra sənədinin icraatına xitam verilməsi üçün məhkəməyə təqdimat verilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, təqdimata və işdə olan sənədlərə baxaraq hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-613/2023 nömrəli icra sənədi üzrə Tələbkar aliment tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilməli və təqdimat təmin edilməlidir. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, tələbkar Davudova X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-613/2023 nömrəli icra sənədi üzrə aliment tələbindən imtina etmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən İcra Haqqında Azərbaycan Respublikası Qanununun 20.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-613/2023 nömrəli icra sənədi üzrə Tələbkar aliment tələbindən imtinası qəbul edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Həsənov.
Məhkəmə qərarları › İş №8(033)-66/2023
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-66/2023
28.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver