Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-68/2022 14.09.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrliyi ilə, məhkəmə iclasının katibi X10 qızının katibliyi, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi İ dərəcəli ədliyyə qulluqçusu X2 və X1nın iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(033)-980/2020 nömrəli icra sənədi üzrə X1nın aliment tələbindən imtinasına dair Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi İ dərəcəli ədliyyə qulluqçusu X2 təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi X8 təqdimatla məhkəməyə müraciət edərək, İcra Haqqında Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq, X1nın Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(033)-980/2020 nömrəli icra vərəqəsi üzrə aliment tələbindən imtinasının məhkəmə tərəfindən qəbul edilib-edilməməsi ilə bağlı təqdimata baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli qərarla icraata başladığı Zaqatala Rayon Məhkəməsinin 2(033)-980/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 408 manat sabit pul məbləğində aliment tutularaq X1nın xeyrinə ödənilməlidir. Müvafiq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, Borclu qanunun tələbləri izah edilərək, icra sənədinin icrasını könüllü təmin etməsi üçün bildiriş verilmişdir. X1 xx.xx.2022-ci il tarixdə Zaqatala rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin 2(033)-980/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə aliment tələbindən imtina etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada borclu xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini məhkəməyə bildirməmişdir. Bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə baxışı iclasında iştirak edən X1 izahat verərək göstərdi ki, onunla Borclu arasında olan barışığa əsasən Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(033)-980/2020 nömrəli icra vərəqəsinin icraatına xitam verilməsini xahiş etmiş və bu barədə ərizəsini Zaqatala rayon İcra və Probasiya şöbəsinə təqdim etmişdir. Lakin Borclu ilə aralarında olan barışıq pozulmuş və hazırda o Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(033)-980/2020 nömrəli icra vərəqəsinə əsasən uşaqlarının saxlanılması üçün hər ay 408 manat məbləğində alimentin borcludan tutularaq ona ödənilməsini xahiş edir və Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(033)-980/2020 nömrəli icra sənədi üzrə iddia tələbindən imtina etmədiyini bildirir. Məhkəmə baxışı iclasında iştirak edən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi İ dərəcəli ədliyyə qulluqçusu X8 qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə icra məmurunu və tələbkarı dinləyib, təqdimata, işdə olan sənədlərə baxaraq hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(033)- 980/2020 nömrəli icra sənədi üzrə X1nın aliment tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilməməli və təqdimat təmin edilməməlidir. Belə ki, Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(033)-980/2020 nömrəli icra vərəqəsinə əsasən, X9 ilə Borclu birgə nikahından 26 noyabr 2011-ci il tarixdə anadan olmuş X5, 22 dekabr 2014-cü il tarixdə anadan olmuş X6 və 04 avqust 2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 15 sentyabr 2020-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 136 manat olmaqla, cəmi 408 manat sabit pul məbləğində aliment Borclu tutularaq X3 xeyrinə verilməlidir. Surəti işə əlavə edilmiş X1nın ərizəsindən görünür ki, Borclu ilə aralarında yaranmış razılığa əsasən Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(033)- 980/2020 nömrəli icra sənədi üzrə aliment tələbindən imtina etmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İşdən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(033)- 980/2020 nömrəli icra vərəqəsi üzrə tələbkar iddia tələbindən imtina etməsinə dair ərizə ilə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə müraciət etməsinə baxmayaraq, məhkəmə iclasında Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(033)-980/2020 nömrəli icra sənədi üzrə borcluya qarşı olan aliment tələbindən imtina etmədiyini bildirdiyindən, eyni zamanda Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu X2 təqdimatının təmin edilməsi tələbkarın hüquqlarının və qanunla qorunan mənafeyinin pozulması ilə nəticələnə biləcəyini nəzərə alaraq, tələbkarın Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(033)-980/2020 nömrəli icra sənədi üzrə iddia tələbindən imtinası qəbul edilməməli, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu X2 təqdimatı təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq məhkəmə, qəraraaldı: Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu X2 təqdimatı təmin edilməsin Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(033)-980/2020 nömrəli icra sənədi üzrə X1nın aliment tələbindən imtinası qəbul edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №8(033)-68/2022
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-68/2022
14.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver