Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-74/2025 29.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəlilova-Xəlilova Nuridə Əli qızının katibliyi, X1 nümayəndəsi X13, Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakaları ilə, Zaqatala Rayon Məhkəməsinin 13 may 2024-cü il il tarixli, e-2(033)-171/2024 nömrəli qətnaməsinin icrası ilə bağlı Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmuru Məftun Şirəliyevin hərəkətlərindən X1 şikayətinə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X14 cavabdeh X9 qarşı “nikahın pozulması, uşaqların himayədə saxlnması və aliment” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Qeydiyyat şöbəsi tərəfindən “16” sentyabr 2017-ci il tarixdə qeydə alınmış (№ 196 ilə qeyd edilmişdir) cavabdeh X15 ilə aralarında bağlanmış nikahın pozulmasına, xx.xx.2019-cu il tarixdə anadan olmuş X6 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X7 onun himayəsinə verilməsinə dair, xx.xx.2019-cu il tarixdə anadan olmuş X6 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa 220 (iki yüz iyirmi) manat cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin cavadeh X4 alınaraq onun xeyrinə verilməsinə, ödənilmiş dövlət rüsumunun əvəzi olan 50 (əlli) manat pul vəsaitinin və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 60 (altmış) manat pul vəsaitinin cavadeh X4 alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı X14 ilə cavabdeh X15 arasında 16 sentyabr 2017-ci il tarixdə, Zaqatala rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 196 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin uşaqları olan - 25 yanvar 2019-cu ildə doğulmuş X16 və 15 aprel 2020-ci ildə doğulmuş X17 iddiaçı anaları X5 himayəsində saxlanılmış, tərəflərin birgə nikahından 25 yanvar 2019-cu ildə doğulmuş X6 və 15 aprel 2020-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 23 noyabr 2023-cü il tarixdən başlayaraq, cavabdeh X4 hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat aliment sabit pul məbləğində tutularaq, iddiaçı X10 ödənilməsi, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi, cavabdeh X4 63.20 (altmış üç manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, cavabdeh X4 iddiaçı tərəfindən iddia ərizəsi ilə bağlı ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və 60 (altmış) manat ilkin mediasiya sessiyasının keçirilməsi üçün xərc alınaraq iddiaçı X10 ödənilməsi, iddia tələbinin geri qalan hissədə təmin edilməməsi qət edilmişdir. X2 xx.xx.2025-cü il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12 Rayon Məhkəməsinin e-2(033)- 171/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrası ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi və barəsində xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin e-2(033)- 171/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə himayəsinə verilmiş birgə nikahından dünyaya gəlmiş azyaşlı övladları X16 və X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 23 noyabr 2023-cü il tarixdən başlayaraq, X4 hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat alimentin sabit pul məbləğində tutularaq ona ödənilməsi qət edilmiş və icrası Zaqataia Rayon İcra Şöbəsinə həvalə edilmişdir. Sözügedən qətnamə üzrə icra işi hazırda Zaqataia Rayon İcra Şöbəsinin icra məmuru Məftun Şirəliyevin icraatındadır. Zaqatala Rayon İcra Şöbəsinin icra məmuru Məftun Şirəliyevin məsuliyyətsizliyi, öz işinə laqeyd yanaşması, səhlənkarlığı və səriştəsizliyi nəticəsində borclu tərəf qətnaməni dorğu-düzgün icra etməmiş, yəni məhkəmə tərəfindən təyin edilmiş alimenti tam ödəməmişdir. Hazırda da borclunun ona ödəmədiyi 2500 manat aliment borcu vardır ki, onu ödəmir. Buna baxmayaraq icra məmuru tərəfindən qətnamənin icrası istiqamətində borclu tərəf barəsində heç bir tədbir görülməməkdir. Ümumiyyətlə borclu tərəf heç vaxt icra şöbəsinə dəvət olunmamış və borcun ödənilməsi ondan tələb edilməmişdir. Buradan da aydın şəkildə görünür ki, icra məmuru Məftun Şirəliyev ilə borclu tərəf Ramin Hacıyev arasında məhkəmə qətnaməsinin icra edilməməsilə bağlı nəyinsə müqabilində gizli razılıq əldə edilmişdir. Bu razılaşmanın nəticəsidir ki, Ramin Hacıyev məhkəmə qətnaməsini icra etmir. Həmçinin onu da qeyd edir ki, borclu Ramin Hacıvev bir necə dəfə alimenti ödəməyəcəyini, onsuzda icra məmuru ilə danışıb pul verib isini həll etdiyini, barəsində heç bir tədbirin görülməyəcəyini bildirmişdir. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmələrin qəbul etdiyi qərarlar qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyyə edilməsinə rəvac verir. Bildirir ki, borclu X8 övladlarının saxlanılması, sağlam böyüdülməsi üçün məhkəmə tərəfindən təyin edilmiş alimenti ödəməsi ilə bağlı tərəfindən dəfərlərlə Zaqatala Rayon İcra Şöbəsinin icra məmuru Məftun Şirəliyevə müraciət olunsa da, bu müraciətlərin heç bir nəticəsi olmamışdır. Hesab edir ki, icra məmurlarına öz peşə vəzifələri izah edilməli və məhkəmə qərarlarının icra edilmək üçün çıxarıldığı nəzərlərində saxlanılmalıdır. Əks halda onun kimi minlərlə vətəndaş məhkəmə müstəvisində işlərinin uğurla həllinə nail olsa da icra prosesində çıxılmaz vəziyyətə salınacaqdır. Həmin icra məmurlarının hərəkətlərindən belə başa düşülür ki, məhkəmə qərarları yalnızca arxivlərin tozlu rəflərində saralmaq üçün çıxarılır, həmin qərarların icrası isə taleyin və qismətin qollarına buraxılır. Tələbkarlara isə yalnızca məhkəmə qərarlarının icra edilməsi üçün dua etmək hüququ verilir. Qeyd edir ki, Azərbaycan Respublikası adından çıxarılan və ədalət mühakiməsinin yekun aktı olan məhkəmə qərarlarının icrasına nəzarət vətəndaşların məhkəmə orqanlarına olan inamını artırır və onların hüquqi vasitələrlə tərbiyə olunmasının əsas göstəricisidir. Onun maddi vəziyyəti aşağıdır. Buna görə də o təkbaşına övladlarının maddi xərclərini qarşılaya bilmir. Məhkəmə baxışı iclasında iştirak edən X1 nümayəndəsi X19 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 izahat verərək göstərdi ki, qeyd olunan icra sənədi üzrə lazımı icra tədbirləri görülmüş və icra sənədi üzrə hər ay müvafiq ödənişlər edilmişmişdir. Ödənişlərin həyata keçirilməsi ilə bağlı müfaviq qəbzlərin bir qismin tərəfindən məhkəməyə təqdim etmişdir. Borclunun hal-hazırda 1070 manat aliment borcu vardır. Hesab edir ki, tələbkarın icra məmurunun hərəkətsizliyi ilə bağlı şikayəti əsassızdır və təmin edilməməsini xahiş edir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin e-2(033)-171/2024 saylı, xx.xx.2024 il tarixli icra sənədindən görünür ki, tərəflərin birgə nikahından 25 oktyabr 2019-cu ildə doğulmuş X6 və 15 aprel 2020-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 23 noyabr 2023-cü il tarixdən başlayaraq, cavabdeh X4 hər ay hər uşaq üçün 180 (bir yüz səksən), cəmi 360 (üç yüz altmış) manat aliment sabit pul məbləğində tutularaq, iddiaçı X10 ödənilməlidir. İşdə olan Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, icra sənədi üzrə X4 hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlanmış və borclu X9 icranı dərhal könüllü təmin etməsi təklif olunmuşdur. İşdə olan Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 tərəfindən təqdim edilmiş mədaxil qəbzlərindən görünür ki, icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 200 manat,xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 110 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 200 manat ödənişlər edilmişdir. Məhkəmə şikayəti nəzərdən keçirib, tələbkarın nümayəndəsinin və icra məmurunun izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, X1 şikayəti təmin edilməməlidir. İşdə olan sənədlərdən görünür ki, Zaqatala Rayon Məhkəməsinin e-2(033)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından 25 oktyabr 2019-cu ildə doğulmuş X6 və 15 aprel 2020-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 23 noyabr 2023-cü il tarixdən başlayaraq, cavabdeh X4 hər ay hər uşaq üçün 180 (bir yüz səksən), cəmi 360 (üç yüz altmış) manat aliment sabit pul məbləğində tutularaq, iddiaçı X10 ödənilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Zaqatala Rayon Məhkəməsinin e-2(033)- 171/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 xx.xx.2024-cü il tarixli qərarı ilə icraata başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. borclu tərəfindən 14 iyun 2025-ci il tarixdə 200 manat, 18 iyun 2024-cü il tarixdə 200 manat, 01 iyul 2024-cü il tarixdə 200 manat, 05 iyul 2024-cü il tarixdə 110 manat, 15 iyul 2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, 07 avqust 2024-cü il tarixdə 200 manat, 03 sentyabr 2024-cü il tarixdə 200 manat, 04 oktyabr 2024-cü il tarixdə 200 manat, 23 oktyabr 2024-cü il tarixdə 500 manat, 01 noyabr 2024-cü il tarixdə 500 manat, 06 noyabr 2024-cü il tarixdə 200 manat, 25 noyabr 2024-cü il tarixdə 200 manat, 03 dekabr 2024-cü il tarixdə 500 manat, 15 dekabr 2024-cü il tarixdə 200 manat, 31 dekabr 2024-cü il tarixdə 200 manat, 20 yanvar 2025-ci il tarixdə 200 manat, 27 yanvar 2025-ci il tarixdə 200 manat, 14 fevral 2025-ci il tarixdə 200 manat, 10 mart 2025-ci il tarixdə 500 manat, 18 mart 2025ci il tarixdə 200 manat, 15 aprel 2025-ci il tarixdə 200 manat, 01 may 2025-ci il tarixdə 200 manat, 12 may 2025-ci il tarixdə 200 manat, 27 may 2025-ci il tarixdə isə 200 manat ödənişlər edilmişdir. Tələbkar isə öz şikayətini Zaqatala Rayon İcra Şöbəsinin icra məmuru Məftun Şirəliyevin məsuliyyətsizliyi, öz işinə laqeyd yanaşması, səhlənkarlığı və səriştəsizliyi nəticəsində borclu tərəfindən qətnaməni dorğu-düzgün icra edilməməsinə, borcun ödənilməsinin ondan tələb edilməməsinə, məcburi icra təqdirlərinin görülməməsinə əsaslandırmış və icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsini, barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsində məcburi icra tədbirlərinin tətbiqinin əsasları sadalanmış və həmin qanunun 44.2-ci maddəsində isə Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmədiyi qeyd edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi;. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. İşin hallarından da göründüyü kimi Zaqatala Rayon Məhkəməsinin e-2(033)- 171/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi xx.xx.2024-cü il tarixdə icra edilməsi üçün Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata qəbul edilərək icraata başlamaq haqqında qərarın qəbul edilmiş, könüllü icra üçün icra məmuru tərəfindən borcluya müddət verilmiş, verilmiş müddət ərzində borclu tərəfində hər ay azı iki dəfə ödəniş edilməklə, ortalama olaraq hər ay 400-500 manat aliment sabit pul məbləğidə ödənilmişdir. Borclu tərəfindən hər hansı yubanmaya yol verilməmiş, borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclu tərəfindən icra edilmişdir. Şərh edilən qanunivericilik normalarından da göründüyü kimi icra məmuru tərəfindən icra sənədi üzrə o zaman məcburi icra tədbirlərinin tətbiq oluna bilər ki, borclu ona verilmiş müddət ərzində icra sənədini üzrsüz səbədən icra etməsin. Lakin işin sadalanan hallarından da göründüyü kimi aliment tələbinə dair icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclu tərəfindən icra edilmişdir. Bu hal isə icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tətbiqini istisna edir. Məhkəmə hesab edir ki, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12 Rayon Məhkəməsinin e-2(033)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrası ilə bağlı hərəktlərində (hərəkətsizliyində) qanunsuzluq müəyyən edilmədiyindən şikayət təmin edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin e-2(033)- 171/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrası ilə bağlı Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmurunun hərəkətsizliyindən X1 şikayəti təmin edilməməlidir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn: qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgun icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata kecirilir. Mulki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da, qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgun icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə muraciət etməsi müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd edilmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə muvafıq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanunauyğun hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər, icra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Beləliklə də, “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit etmiş, hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zaqatala Rayon Məhkəməsinin e-2(033)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrası ilə bağlı Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 hərəkətsizliyindən X2 tərəfindən verilmiş şikayəti təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №8(033)-74/2025
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-74/2025
29.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver