Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-79/2022 24.10.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X5, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 və tələbkar X1 iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 2(033)-472/2022 nömrəli icra vərəqəsinin izah edilməsi barədə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 ərizəsinə 2(033)-472/2022 nömrəli mülki işlə birlikdə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 2(033)-472/2022 nömrəli icra sənədinə izah edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq borclu məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinin tələblərinə müvafiq olaraq onun iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-472/2022-014 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Tələbkar X2 övladı 27 may 2019-cu ildə doğulmuş X6 ilə hər həftənin bazar günləri saat 15:00-dan 18:00-dək müddətdə görüş vaxtı müəyyən edilməlidir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-472/2022-014 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi xx.xx.2022ci il tarixdə icraatına daxil olmuş, müvafiq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tərəflərə göndərilmişdir. İcra sənədi könüllü müddətdə borclu tərəfindən icra olunmadığı üçün sənədin icrası xx.xx.2022-ci il tarixdə Zaqatala rayon İcra və Probasiya şöbəsinin inzibati binasında təyin edilmişdir. Həmin vaxtda borclu X7 azyaşlı övladı ilə birgə və tələbkar X3 icra prosesində iştirak etmişlər. İcra prosesi zamanı borclu X7 icra sənədinin icrasına mane olmadığını, uşaq istəyirsə atası ilə görüşməsinə heç bir narazılığının olmadığını bildirmiş, lakin uşaqla ünsiyyətin harada baş tutması barədə qeyrimüəyyənlik yaranmışdır. Həmçinin uşaqla ünsiyyət barədə icra vərəqəsində ananın iştirakının olub-olmaması barədə narazılıq yaranmışdır. Bununla da uşaqla görüşün harada olması, yəni borclunun evində, yoxsa tələbkarın istəyi ilə seçim edə bilməsi və həmçinin ananın iştirakı olub-olmaması barədə məsələyə icra sənədinə aydınlıq gətirilməsi zərurəti yaranmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq Zaqatala Rayon Məhkəməsinin 2(033)-472/2022-014 nömrəli, xx.xx.2022-ci il icra sənədinə izah verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X3 izahatında göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 2(033)-472/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək ona övladı 27 may 2019-cu ildə doğulmuş X6 ilə hər həftənin bazar günləri saat 15:00-dan 18:00-dək müddətdə görüş vaxtı müəyyən edilmişdir. Lakin o, uşağı ilə görüşə bilmir. İddia ərizəsində uşaqla görüş yerinin müəyyən edilməsi və uşaqla görüşün ananın iştirakı ilə olub-olmaması qeyd edilməmişdir. Buna baxmayaraq o, uşağını öz evinə aparmaq istəyir, istəyir ki, öz evində valideynlərinin iştirakı ilə uşağını görsün, eyni zamanda uşağın anası görüşdə iştirak etməsin. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, icra məmurunun ərizəsini nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, Zaqatala Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 2(033)-472/2022 nömrəli icra sənədinə izah verilməsinə dair ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.4-cü maddəsinə görə qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsinə görə icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. İş materiallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 2(033)-472/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçı X2 övladı 27 may 2019-cu ildə doğulmuş X6 ilə hər həftənin bazar günləri saat 15:00-dan 18:00-dək müddətdə görüş vaxtı müəyyən edilmiş, iş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və 50 (əlli) manat mediasiyaya dair xərci iddiaçıya aid edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, iddiaçı X3 cavabdeh Vasiyeva (Abdurahmanova) Arzu Cəlaləddin qızına qarşı “uşaqla ünsiyyətdə olma hüququnun verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 may 2019-cu il tarixdə doğulmuş X6 ilə bayram, istirahət və tətil günləri saat 10:00-dan saat 19:00-dək ünsiyyətdə olmaq hüququnun həyata keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi, Zaqatala Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 2(033)- 472/2022 nömrəli qətnaməsi iddiaçı X1 verdiyi tələb üzrə çıxarılmış və Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 ərizəsində qeyd edilən uşaqla görüşün harada olması, yəni borclunun evində, yoxsa tələbkarın istəyi ilə istənilən yerdə, həmçinin görüşdə ananın iştirakının olub-olmaması məzmununda Zaqatala Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 2(033)-472/2022 nömrəli icra vərəqəsinə izah verilməsi onun məzmununu dəyişdirir. Ona görə də məhkəmə hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 2(033)-472/2022 nömrəli icra vərəqəsinin izah edilməsi barədə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 ərizəsi əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.5-ci maddəsinə görə qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Zaqatala Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 2(033)-472/2022 nömrəli icra vərəqəsinin izah edilməsi barədə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №8(033)-79/2022
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-79/2022
24.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver