Məhkəmə qərarları › İş №8(033)-80/2022

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-80/2022

31.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-80/2022 31.10.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X5 katibliyi, Zaqatala Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(033)-77/2021 nömrəli icra sənədi üzrə tələbkarlar X14 və X4 iddia tələbindən imtinasına dair ərizəsinə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Zaqatala Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(033)-77/2021 nömrəli icra sənədi üzrə tələbkarlar X14 və X10 ərizə ilə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(033)-77/2021 nömrəli qətnaməsi ilə qət edilmiş tələblərindən imtinalarının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi və icra sənədi üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinin tələblərinə müvafiq olaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tələbkarların ərizəsi onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(033)-77/2021 nömrəli qətnaməsi əsasında başlanılmış icra işi ilə bağlı tərəflərlə razılaşdıqlarını və iş üzrə üçüncü şəxs X1 olduğu Zaqatala rayonu, Aşağı Tala bələdiyyəsinin mülkiyyətində olan və Zaqatala rayonu, Aşağı Tala kənində yerləşən 2,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,50 ha hissəsini təsdiq etdiyi bölgü sxemindəki vəziyyətinə uyğun olaraq onların subicarələrinə verməyi öhdəlik götürdüyünü nəzərə alaraq, bütövlükdə iddia tələblərindən imtina edirlər. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(033)-77/2021 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Zaqatala rayonu, X18 məxsus 2,47 ha torpaq sahəsi ilə bağlı 47 nömrəli 28 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X21 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə protokolu, 28 mart 2019-cu il tarixli AM seriyalı 007660 nömrəli şəhadətnamə, X16 ilə Zaqatala rayonu, Aşağı Tala bələdiyyəsi arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-148 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 16 aprel 2019-cu il tarixdə icarə müqaviləsi, 2,47 ha torpaq sahəsi üzərində X8 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 12 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, X16 ilə X15 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-88 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 26 fevral 2020-ci il tarixli subicarə müqaviləsi, Zaqatala rayonu, X18 məxsus 1,31 ha torpaq sahəsi ilə bağlı 290 nömrəli 31 oktyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X21 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə protokolu, 31 oktyabr 2019-cu il tarixli AM seriyalı 009600 nömrəli şəhadətnamə, X17 ilə Zaqatala rayonu, Aşağı Tala bələdiyyəsi arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-541 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 07 noyabr 2019-cu il tarixli icarə müqaviləsi, 1,31 ha torpaq sahəsi üzərində X11 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 12 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, X17 ilə X15 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-87 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 26 fevral 2020-ci il tarixli subicarə müqaviləsi,Zaqalala rayonu, X18 məxsus 0,75 ha torpaq sahəsi ilə bağlı 289 nömrəli 31 oktyabr 3019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X21 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə protokolu, 31 oktyabr 2019-cu il tarixli AM seriyalı 009599 nömrəli şəhadətnamə, X17 ilə Zaqatala rayonu, Aşağı Tala bələdiyyəsi arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-540 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 07 noyabr 2019-cu il tarixli icarə müqaviləsi, 0,75 ha torpaq sahəsi üzərində X12 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 12 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, X17 ilə X15 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-88 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 26 fevral 2020-ci il tarixli subicarə müqaviləsi etibarsız hesab edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-77/2021 nömrəli 17 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçılar X7, X4 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş Ofisi Zaqatala Rayon 2 saylı Notariat Ofisi, Azərbaycan Respublikası Zaqatala rayonu X18 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X17, X16, X9 qarşı verdiyi iddia tələbinin “mərhum ataları X3 miras qalmış 1980-cı ildə inşa edilmiş 3 (üç) ədəd sinaj quyularının yerləşdiyi 2,47 ha torpaq sahəsi üzərində Zaqatala rayonu, Aşağı Tala bələdiyyəsinin hüquqlarının dövlət qeydiyyatı ilə bağlı 10 avqust 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 136 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız sayılması” hissəsi üzrə mülki işin icraatına xitam verilmişdir. İddiaçı X7 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manat özünə aid edilmişdir. İşdə olan tələbkarların ərizəsindən görünür ki, onlar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərlə aralarında razılığa gəlmişlər və buna əsasən bütövlükdə iddia tələbindən imtina edirlər. Məhkəmə ərizəyə və işdə olan sənədlərə baxaraq hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(033)-77/2021 nömrəli icra sənədi üzrə tələbkarlar X14 və X4 iddia tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilməli və ərizə təmin edilməlidir. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, tələbkarlar X14 və X2 Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(033)-77/2021 nömrəli icra sənədi üzrə tələbindən imtina etmiş və imtinanın qəbul edilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsaslanaraq, hesab edirəm ki Zaqatala Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(033)-77/2021 nömrəli nömrəli qətnaməsi üzrə tələbkar cavabdeh və üçüncü şəxslərlə barışaraq razılığa gəldiklərinə, tələbkarın tələbindən imtinası qanuna zidd olmadığına və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə qəbul edilməli və həmin qətnamə üzrə çıxarılmış icra vərəqəsi üzrə başlanmış icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən İcra Haqqında Azərbaycan Respublikası Qanununun 20.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(033)-77/2021 nömrəli icra sənədi üzrə tələbkarlar X14 və X4 iddia tələbindən imtinası qəbul edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar