Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-88/2025 25.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi X5 qızının katibliyi, Tələbkar və Borclu iştirakı ilə Qax Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli 2(024)-559/2019 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin indeksasiyası barədə Tələbkar ərizəsinə Qax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Qax Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(024)-559/2019 iş nömrəli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat cəmi 200 manat sabit pul məbləğində alimentin Borclu tutularaq ona ödənilməsi qət edilmişdir. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək 200 manat məbləğində alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində indeksasiya olunması barədə qərardad qəbul qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun Borclu ilə birgə nikahlarından qətnaməsi xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Qax Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(024)-559/2019 iş nömrəli qətnaməsi ilə Borclu xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat olmaqla, iki uşaq üçün 200 manat məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Həmin aliment təyin olunan zaman aylıq əmək haqqının məbləği 250 manat olmuşdur. "Minimum aylıq əmək haqqının artırılması haqqında" Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir. Bu isə o deməkdir ki, Qax Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(024)-559/2019 iş nömrəli qətnaməsi ilə təyin edilmiş aliment həmin dövr üçün minimum əmək haqqının 0,40 mislini təşkil etmişdir. Tələbkar məhkəmə iclasında ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, o, işləmir, həmin məbləği ödəməyə gücü çatmır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir. Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4-2 yarımbəndində qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,533 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2024-cu il tarixli “Minimum əmək haqqının artırılması haqqında” Sərəncamına əsasən, 2025-ci il üzrə minimum əmək haqqı 400 manat olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Qax Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(024)-559/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası barədə Tələbkar ərizəsi təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində Borclu tutularaq Tələbkar ödənilməsi qət edilmiş bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment indeksasiya edilməklə hər ay minimum əmək haqqının 0.40 misli həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.3-cü maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Qax Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli 2(024)-559/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası barədə Tələbkar ərizəsi təmin edilsin. Qax Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(024)-559/2019 nömrəli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində Borclu tutularaq Tələbkar ödənilməsi qət edilmiş bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 məbləğində aliment ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən indeksasiya edilməklə hər ay minimum əmək haqqının 0,40 misli həddində müəyyən edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №8(033)-88/2025
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-88/2025
25.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver