Məhkəmə qərarları › İş №8(033)-9/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-9/2023

06.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-9/2023 06.03.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi, X6nun, tələbkarın vəkili X9 və Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin 18 iyul 2013-cü il tarixli 2(033)-673/2013 nömrəli məhkəmə əmri ilə təyin edilmiş və borclu tərəfindən ödənilməmiş aliment borcunun indeksasiyası barədə tələbkar X5 ərizəsinə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Zaqatala Rayon Məhkəməsinin 18 iyul 2013-cü il tarixli 2(033)-673/2013 nömrəli məhkəmə əmri ilə borclu Zaqatala rayonu Mosul kənd sakini X11 xx.xx.2010-cu il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2013-cü il tarixdən hesablanmaqla hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment Zaqatala rayonu Mosul kəndində yaşayan Əliyeva (Bəkirova) Regina Mahmudovnanın xeyrinə verilməsi əmr edilmişdir. X13 Mahmudovna ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(033)-673/2013 saylı icra sənədi ilə X6ndan onun xeyrinə 2013-cü ildən tutulmalı olan 600 manat, 2014-cü ildən tutulmalı olan 1008 manat, 2015-ci ildən tutulmalı olan 1200 manat, 2016-cı ildən tutulmalı olan 100 manat, 2017-ci ildən tutulmalı olan 110 manat, 2018-ci ildən tutulmalı olan 1103 manat, 2019-cu ildən tutulmalı olan 1200 manat, 2020-ci ildən tutulmalı olan 1200 manat, 2021-ci ildən tutulmalı olan 1200 manat pul məbləğinin indeksasiyasını aparılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(033)- 673/2013 saylı əmrinə əsasən, borclu Zaqatala rayonu Mosul kənd sakini X11 xx.xx.2010-cu il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2013-cü il tarixdən hesablanmaqla hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment Zaqatala rayonu Mosul kəndində yaşayan Əliyeva (Bəkirova) Regina Mahmudovnanın xeyrinə verilməsi əmr edilmişdir. Zaqatala Rayon Məhkəməsinin sözügedən qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilsə də xx.xx.2013-cü il tarixdən bugünə kimi icra sənədinin icrası olaraq X6 tərəfindən qismən təmin edilmişdir. Belə ki, xx.xx.2013-cü il tarixdən bu günə kimi icra sənədinin icrası olaraq X6nun ödədiyi aliment məbləğinin illər üzrə müəyyənləşdirilməsi üçün xx.xx.2023-cü il tarixli ərizə ilə "Azərpoçt” MMC-nin X18 müraciət edilmişdir. X23 isə öz növbəsində xx.xx.2023-cü il rarixli ZQPF 10/22 saylı məktubla X12 dövr ərzində aliment kimi ödədiyi pul vəsaiti barəsində məlumatları təqdim etmişdir. X6 aliment məbləğini yalnız poçt vasitəsilə ödəmişdir. Beləliklə, xx.xx.2013-cü il tarixdən bu günə kimi icra sənədinin icrası olaraq X6nun ödəməli olduğu aliment məbləği, ödənişi və qalıq məbləği aşağıdakı kimi formalaşmışdır: 2013-cü ildən qalıq qalan 600 manat, 2014-cü ildən qalıq qalan 1008 manat, 2015-ci ildən qalıq qalan 1200 manat, 2016-cı ildən qalıq qalan 100 manat, 2017-ci ildən qalıq qalan 110 manat, 2018-ci ildən qalıq qalan 1103 manat, 2019-cu ildən qalıq qalan 1200 manat, 2020-ci ildən qalıq qalan 1200 manat, 2021-ci ildən qalıq qalan 1200 manat, cəmi qalıq qalan 8921 manat aliment borcu. Göründüyü kimi, xx.xx.2013-cü il tarixdən bugünə kimi icra sənədinin icrası olaraq X6nun ödəməli olduğu aliment məbləği 11400 manat təşkil etsə də, həmin məbləğ qismən 2479 manat ödənilmiş, 8921 manat aliment isə ödənilməmiş şəkildə qalır. Keçən dövr ərzində X6 alimenti ödəməkdən yayındığından xx.xx.2010-cu il tarixdə anadan olmuş X10 bütün maddi ehtiyacları onun tərəfindən həyata keçirilməkdədir. X3 borcun ödənilməsi üçün könüllü vaxt verilməsinə, icra məmurunun xəbərdarlıqlarına, icra hərəkətlərinə baxmayaraq, icra məmurunun çağrışlarına və xəbərdarlıqlarına məhəl qoymamış, məhkəmə qərarının icrasından üzürlü səbəblər göstərmədən qərəzli şəkildə yayınmış, nəticədə qərarın icrasını 10 ildir ləngitmiş və qərar icra edilməmişdir. Məhkəmənin yekun qərarından sonra bügünə kimi (10 il ərzində) Azərbaycan Respublikasında kifayət qədər nağd pulun devalvasiyası və infilyasiyası baş vermiş və pul vahidinin dəyəri dəfələrlə azalmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, xx.xx.2023-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə müraciət edərək, borcludan məhkəmə qərarına əsasən ödənilməli olan pul məbləğlərinin müvafiq indeksasiyasının aparılması üçün infilyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi xx.xx.2023-cü il tarixdə xx.xx.2013-cü ildən ayrı-ayrı (illər üzrə) tarixlərə nisbətən neçə faiz təşkil etməsi barədə məlumat verilməsini xahiş etmişdir. Dövlət Statistika Komitəsi müraciətə xx.xx.2023-cü il tarixli 3-34/2-10/02-2/2023 nömrəli məktubla cavab verərək bildirmişdir ki, infilyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi xx.xx.2023-cü il tarixdə 2013-cü ilə nisbətən 183.2 %, 2014-cü ilə nisbətən 183.5 %, 2015-ci ilə nisbətən 170.5 %, 2016-cı ilə nisbətən 147.4 %, 2017-ci ilə nisbətən 136.6 %, 2018-ci ilə nisbətən 134.5 %, 2019-cu ilə nisbətən 131.4 %, 2020-ci ilə nisbətən 128.1 %, 2021-ci ilə nisbətən 114.4 % təşkil etmiş, yəni qiymətlərin səviyyəsi dəfələrlə artmışdır. Beləliklə, "Azərpoçt” MMC-nin X14 xx.xx.2023-cü il tarixli ZQPF 10/22 saylı və Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli 3-34/2-10/02-2/2023 nömrəli məktubunu nəzərə alaraq, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(033)-673/2013 saylı icra sənədi ilə tutulmalı olan alimentin qalıq məbləğinin indeksasiyası aşağıdakı kimi müəyyən edilir: 2013-cü ildən qalıq qalan 600 manat indeksasiyadan sonra 1099,20 manat, 2014-cü ildən qalıq qalan 1008 manat indeksasiyadan sonra 1849,68 manat, 2015-ci ildən qalıq qalan 1200 manat indeksasiyadan sonra 2046 manat, 2016-cı ildən qalıq qalan 100 manat indeksasiyadan sonra 147.40 manat, 2017-ci ildən qalıq qalan 110 manat indeksasiyadan sonra 150,26 manat, 2018-ci ildən qalıq qalan 1103 manat indeksasiyadan sonra 1483,54 manat, 2019-cu ildən qalıq qalan 1200 manat indeksasiyadan sonra 1576,80 manat, 2020-ci ildən qalıq qalan 1200 manat indeksasiyadan sonra 1537,20 manat, 2021-ci ildən qalıq qalan 1200 manat indeksasiyadan sonra 1372,80 manat, 2022-ci ildən qalıq qalan 1200 manat indeksasiyadan sonra 1200 manat olmaqla, indeksasiyadan sonra cəmi məbləğ 12462,88 manat. Nəticə etibarilə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(033)- 673/2013 saylı icra sənədi ilə X6ndan tələbkar X5 xeyrinə tutulmalı olan alimentin qalıq məbləği 89121 manat təşkil edir və illər üzrə indeksasiya aparıldığı zaman həmin məbləğ 3541.88 manat artmaqla 12462.88 manat olacaqdır. Eyni zamanda "xxxx" MMC-nin X14 xx.xx.2023-cü il tarixli ZQPF 10/22 saylı və Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli 3-34/2-10/02-2/2023 nömrəli məktubunda istinad olunanları nəzərə alınmaqla tələbkara ödənməli olan pulun indeksasiyasının neçə manat təşkil etməsinin müəyyən edilməsi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edə bilər. Məhkəmə baxışı iclasında iştirak edən tələbkarın vəkili X16 ərizənin dəlillərinə uyğun çıxış edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən X6 həmin icra sənədi üzrə köhnə illərə aid borcunun olmadığını və borcunun 2022-ci il və ondan sonrakı dövr üçün olduğunu bildirdi. O özü ilə yanaşı qardaşları X21, X22 və atası X2 da həmin icra sənədi üzrə alimenti tələbkarın xeyrinə ödədiyini bildirdi. O, tələbkarın ərizəsinin təmin edilməməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 izahat verərək Zaqatala Rayon Məhkəməsinin 18 iyul 2013-ci il tarixli 2(033)-673/2013 nömrəli məhkəmə əmri üzrə borclu tərəfindən ödənişlərdə mütəmadi gecikmələr və natamam ödəmələr olsa da X6nun 2013-2021-ci illər üzrə borcunun olmadığını, tələbkarın ərizəsinin əsassız olduğunu bildirərək qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəni nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, Zaqatala Rayon Məhkəməsinin 18 iyul 2013-ci il tarixli 2(033)-673/2013 nömrəli qətnaməsi ilə təyin edilmiş və borclu tərəfindən ödənilməmiş aliment məbləğinin indeksasiyası barədə ərizə təmin edilməməlidir. Belə ki, Azərpoçt MMC X23 tərəfindən 06 mart 2023-cü il tarixdə verilmiş məktubdan görünür ki, 2014-2022-ci illər ərzində X20, X21, X22 və X8 tərəfindən Bəkirova (Əliyeva) Regina Mahmudovnanın adına ümumi 4059 manat məbləğində pul baratı ödənilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 17 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, istehlak qiymətləri indeksi haqqında statistik məlumatlar 2013-cü ilin dekabr ayına nisbətən 2022-ci ilin dekabr ayına müvafiq 183,2, 2014-cü ilin dekabr ayına nisbətən 2022-ci ilin dekabr ayına müvafiq 183,5, 2015-ci ilin dekabr ayına nisbətən 2022-ci ilin dekabr ayına müvafiq 170,5, 2016-ci ilin dekabr ayına nisbətən 2022-ci ilin dekabr ayına müvafiq 147,4, 2017-ci ilin dekabr ayına nisbətən 2022-ci ilin dekabr ayına müvafiq 136,6, 2018-ci ilin dekabr ayına nisbətən 2022-ci ilin dekabr ayına müvafiq 134,5, 2019-cu ilin dekabr ayına nisbətən 2022-ci ilin dekabr ayına müvafiq 131,4, 2020-ci ilin dekabr ayına nisbətən 2022-ci ilin dekabr ayına müvafiq 128,1, 2021-ci ilin dekabr ayına nisbətən 2022-ci ilin dekabr ayına müvafiq 114,4. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X6nun şöbəyə təqdim etdiyi qəbzlərə əsasən Zaqatala Rayon Məhkəməsinin 18 iyul 2013-ci il tarixli 2(033)-673/2013 nömrəli icra sənədi üzrə ümumilikdə 8462 manat aliment ödənişi edilmiş, hazırda yığılmış aliment borcu 2538 manatdır. X6 tərəfindən 01 fevral 2021-ci il tarixdən bugünədək aliment ödənməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. İşdən görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli məhkəmə əmri ilə X6ndan xx.xx.2010-cu il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2013-cü il tarixdən hesablanmaqla hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tələbkar Əliyeva (Bəkirova) Regina Mahmudovnanın xeyrinə verilməlidir. Məhkəmə əmri qanuni qüvvəsini almış və icra edilməsi üçün Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə tələbin X6 tərəfindən hər ay mütəmadi və tam şəkildə icra edilməməsinə əsaslanaraq tələbkar borclunun 2013 və 2022-ci illər üçün 8921 manat aliment borcunun yarandığını və həmin borcun yaranma müddətlərini nəzərə alaraq illərə uyğun indeksasiya edilməsini xahiş etmişdir. İş materiallarından da görünür ki, X6 tərəfindən Zaqatala rayon İcra və probasiya şöbəsinə təqdim etdiyi qəbzlərə əsasən Zaqatala Rayon Məhkəməsinin 18 iyul 2013-ci il tarixli 2(033)-673/2013 nömrəli icra sənədi üzrə ümumilikdə 8462 manat aliment ödənişi edilmiş, hazırda yığılmış aliment borcu 2538 manatdır. X6 tərəfindən 01 fevral 2021-ci il tarixdən bugünədək aliment ödənməmişdir. Belə ki, borclu tərəfindən aliment mütəmadi ödənilmədiyindən onun 2021-2022-ci il tarixdə ödədiyi pul vəsaitləri onun əvvəlki illərdə qalıq qalmış borclarına silinmiş, ona görə də aliment borcu hesablandıqda müəyyən olunur ki, 01 fevral 2021-ci il tarixdən bugünədək onun yığılmış aliment borcu vardır. Məhkəmə qeyd edir ki, tələbkar icra vərəqəsinin tam icra edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün icra qurumuna müraciət etməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İşin faktiki halından məlum olur ki, X6nun Zaqatala Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli məhkəmə əmri üzrə borcun indeksasiyası tələb olunan 2013-2021ci illər ərzində yaranmış aliment borcu yoxdur. Bu fakt icra sənədinin icra edilməsinə nəzarət edən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəhbərinin xx.xx.2023-cü il tarixli arayışı ilə də təsdiq olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 18 iyul 2013-cü il tarixli 2(033)-673/2013 nömrəli məhkəmə əmri ilə təyin edilmiş və borclu tərəfindən ödənilməmiş aliment borcunun indeksasiyası barədə tələbkar X5 ərizəsi əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.3-cü maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Zaqatala Rayon Məhkəməsinin 18 iyul 2013-cü il tarixli 2(033)-673/2013 nömrəli məhkəmə əmri ilə təyin edilmiş və borclu tərəfindən ödənilməmiş aliment borcunun indeksasiyası barədə tələbkar X5 ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar