Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-92/2022 22.12.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin 2(033)-888/2016 nömrəli, 02 iyun 2016-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq borclu X2 məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulması ilə bağlı Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 təqdimatına Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi X5 məhkəməyə təqdimatla müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 2(033)-888/2016 nömrəli, 02 iyun 2016cı il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq borclu X2 məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair qərardad verilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi X5 məhkəməyə ərizə göndərərək göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-888/2016 nömrəli, 02 iyun 2016-cı il tarixli icra sənədinə əsasən X2 məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə təqdimatının və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində təqdimatın baxılmadan geri qaytarılmasına dair münasibətləri tənzimləyən norma yoxdur. Həmin Məcəllənin 13.4-cü maddəsində müəyyən edilmişdir ki, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı münasibətlərə ərizənin baxılmamış saxlanılmasını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259cu maddəsinin normaları tətbiq edilməlidir. Təqdimatı, onun geri qaytarılması barədə məktubu və təqdimata əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, təqdimat Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-cu maddəsi rəhbər tutularaq baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizəni baxılmamış saxlayır. Buna görə də, Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 təqdimatı baxılmamış saxlanılmalıdır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar təqdimatın baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, baxılmamış saxlanılmanın Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri maraqlı şəxsə izah edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263- 264, 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: Zaqatala Rayon Məhkəməsinin 2(033)-888/2016 nömrəli, 02 iyun 2016-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq borclu X2 məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulması ilə bağlı Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 təqdimatı baxılmamış saxlanılsın. Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 izah edilsin ki, baxılmamış saxlanma üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №8(033)-92/2022
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-92/2022
22.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver