Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(033)-92/2025 25.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəlilova-Xəlilova Nuridə Əli qızının katibliyi, X1, Zaqatala rayon İcra və Probasiya şöbəsinin rəisi X9 iştirakaları ilə, Zaqatala Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 2(033)-621/2023 nömrəli qətnaməsi ilə yaranmış borcun hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar Tələbkar və X11 iddia ərizəsi ilə müraciət edərək cavabdeh X3 iddiaçı X7 mülkiyyətində olmuş "JAC J5" markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 14000 (on dörd min) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 132 (bir yüz otuz iki) manat dövlət rüsumunun alınaraq iddiaçılar X11 və Tələbkar ödənilməsi (verilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-621/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar iddia tələbi qismən təmin edilərək, cavabdeh X3 4000 (dörd min) manat pul vəsaiti alınaraq iddiaçı Tələbkar verilməsi, cavabdeh X3 60 (altmış) manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar verilməsi, 72 (yetmiş iki) manat dövlət rüsumu iddiaçı Tələbkar özünə aid edilməsi, iddiaçı X7 iddia tələbi və iddiaçı Tələbkar iddia tələbinin qalan hissəsində rədd edilməsi qət edilmişdir. İddiaçılar Tələbkar və X7 cavabdeh X5, üçüncü şəxslər X6 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin Şəki Regional Qİ və TB şöbəsinə qarşı pul tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 2(033)-621/2023 nömrəli qətnaməsindən iddiaçılar Tələbkar və X11 tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 445/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar Tələbkar və X11 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli 2(033)-621/2023 saylı qətnaməsi iddianın təmin edilməyən 4000 manata aid hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia ərizəsinin həmin hissədə təmin edilməsi, 4000 manat pul cavabdeh X3 alınaraq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. İddiaçı Tələbkar və X7 cavabdeh X5 (üçüncü şəxslər X10 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin Şəki Regional Qİ və TB şöbəsi) qarşı “pul” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)- 445/2024 nömrəli iş üzrə 25 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı Tələbkar tərəfindən kassasiya şikayəti verilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2880/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı Tələbkar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-445/2024 nömrəli iş üzrə 25 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Apelyasiya Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(107)-445/2024 nömrəli qətnaməsi ilə qət edilmiş pul məbləğinin hissəhissə 100 manat olaraq icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 445/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Zaqatala rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 2(033)621/2023 saylı qətnamə iddianın təmin edilməyən 4000 manata aid hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia ərizəsi həmin hissədə təmin edilərək 4000 manat pulun cavabdeh X3 alınaraq iddiaçı X16 ödənilməsi, qətnamənin dəyişdirilmədən saxlanılan hissəsində isə cavabdeh X3 4000 manat pul vəsaiti alınaraq iddiaçı X16 verilməsi qət edilmişdir. Mülki iş hal-hazırda Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Tələbkar X16 olan borcunu ödəməkdə səhhəti ilə əlaqədar çətinlik çəkir. Özü uzun illərdir ki, onkoloji xəstədir. Heç yerdə işləmir. Səhhəti işləməyinə imkan vermir. Tələbkara olan borcunu qəbul edir. Tələbkara olan borcundan hər ay 100 manat məbləğində pul ödəyə bilər. Bunun üçün qətnamənin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinin tələblərinə müvafiq olaraq onun iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X2 ərzənin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi X13 izahat verərək qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdıraraq hesab edir ki, X2 tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Belə ki, işin materialları ilə müəyyən olunur ki, Şəki Apelyasiya Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(107)-445/2024 nömrəli qətnaməsinə əsasən Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(033)-621/2023 saylı qətnaməsi iddianın təmin edilməyən 4000 manata aid hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilmiş və iddia ərizəsi həmin hissədə təmin edilərək 4000 manat pulun cavabdeh X3 alınaraq iddiaçı Tələbkar ödənilməsi, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(033)-621/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılan hissəsində isə cavabdeh X3 4000 manat pul vəsaitinin alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. X2 14 fevral 2025-ci ildə “qətnamənin hissə-hissə icra edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Apelyasiya Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(107)-445/2024 nömrəli qətnaməsi ilə ondan tutulması qət edilmiş pul məbləğinin hissəhissə olmaqla hər ay 50 manat icra edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmiş, Zaqatala Rayon Məhkəməsinin 8(033)-22/2025, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, qeyd edilən qərardaddan X2 tərəfindən şikayət verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(107)-21/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli 8(033)-22/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış, borclu 2 ay sonra yenidən məhkəməyə müraciət edərək, Şəki Apelyasiya Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(107)- 445/2024 nömrəli qətnaməsi ilə ondan tutulması qət edilmiş pul məbləğinin hissə-hissə olmaqla hər ay 100 manat icra edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmiş və həmin ərizəsini - tələbkara olan borcunu ödəməkdə çətinlik çəkməsi, heç bir yerdə işləməməsi və onkoloji xəstə olması ilə əsaslandırmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə qeyd edir ki, qətnamənin icra üsulunun dəyişdirilməsi və hissə-hissə icrası müstəsna haldır və bu zaman yalnız borclunun deyil, eyni zamanda tələbkarın da mənafeyi nəzərə alınmalıdır. İşdən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 8(033)-22/2025, xx.xx.2025-ci il tarixli, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının isə 8(107)-21/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadlarında əsaslandırılmış hallar aradan qalxmamış, yəni, X2 maddi imkansızlığını bildirsə də, qeyd olunan qətnamə üzrə icra sənədinin bir dəfəyə icra olunmaması üçün maddi vəziyyətinin ağır olmasını sübut edən sənədləri məhkəməyə təqdim etməmiş, həmçinin məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallar müəyyən edilməmişdir. Eyni zamanda, ödənilməmiş qalıq qalan borcunun hər ay borclunun xx.xx.2025-ci il tarixli ərizəsinə nisbətdə 50 manat artırılaraq 100 manat olaraq ödənilməsi yenə də tələbkarın hüquqlarının əsaslı şəkildə pozulması və qətnamənin həddindən artıq uzun müddətə icra olunmasına şərait yarada bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, Şəki Apelyasiya Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(107)-445/2024 nömrəli qətnaməsi ilə tutulan borcun X2 tərəfindən hissə-hissə icra edilməsinin zəruriliyi və mümkünlüyü müəyyən olunmadığına görə və eləcə də, həmin qətnamə ilə tutulan borcun ərizənin məzmununda qeyd olunduğu kimi, yəni hər ay 100 manat məbləğində hissə-hissə ödəniş etməklə ödənilməsi icra işi üzrə tələbkarın mənafeyini pozduğuna görə X1 “qətnamənin hissə-hissə icra edilməsi” barədə ərizəsini təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir... Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə görə qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn: qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgun icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata kecirilir. Mulki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da, qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgun icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə muraciət etməsi müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd edilmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə muvafıq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanunauyğun hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər, icra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Beləliklə də, “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit etmiş, hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-445/2024 nömrəli qətnaməsinə əsasən qət edilmiş pul məbləğinin hər ay hissə-hissə 100 manat icra edilməsi barədə X1 ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №8(033)-92/2025
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(033)-92/2025
25.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver