Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 8(034)-1/2023 28.03.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə, Borclu tərəfindən verilmiş «borcun hissə-hissə ödənilməsi barədə» ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Borclu ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, hazırkı vaxtda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun birdəfəlik ödənilməsi mümkün olmadığından qətnamənin icrasını dəyişdirərək borcun hissə-hissə, ayda 200 manat məbləğində ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti Borclu qarşı iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət etmiş, Zəngilan Rayon Məhkəməsinin 2(034)-671/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Borclu 4500 manat əsas, 312.14 manat faiz 10 manat cərimə borcu olmaqla, 4822.14 manat məbləğində borc və ödənilmiş 68.75 manat dövlət rüsumunun tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Hazırda iş icraya yönəldilmişdir. Onun əlavə pulu və əmlakı olmadığından qətnamə ilə müəyyən edilmiş pulu bütöv şəkildə ödəyə bilmir. O, məhkəmə qətnaməsinin icrasından yayınmır, sadəcə olaraq pulun hamısını ödəmək üçün hazırda maddi imkanı yoxdur. Aylıq gəliri 1290 manatdır. Bundan başqa o, banka ayda 832 manat məbləğində kredit borcu ödəyir. Ailəlilidir və himayəsində azyaşlı uşağı var. Həyat yoldaşı da işləmir. Ailənin yeganə qazanc mənbəyi odur. Əmək haqqından 50 faiz məbləğində tutma olduğu halda o, ailəsini və uşağını dolanışığını təmin edə bilməyəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Borclu, Binəqədi rayon İcra Şöbəsinin nümayəndəsi və tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəni, ərizəyə əlavə olunan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. «İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasəna möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdır. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə Borclu ərizəsində göstərdiyi əsaslara dair heç bir möhtəbər sübutu məhkəməyə təqdim etmədiyini və tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mənafeyini nəzərə alaraq hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-671/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsinin hissə-hissə icrası tələbkarın mənafeyinə zidd olduğundan, məhkəmə qətnamənin hissə-hissə icrasını məqsədə uyğun hesab etmir. Qeyd olunanlara əsasən və Azərbayjan Respublikasının MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Borcul Borclu Zəngilan Rayon Məhkəməsinin 2(034)-671/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsinin hissə-hissə icrası barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №8(034)-1/2023
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №8(034)-1/2023
28.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver