Məhkəmə qərarları › İş №8(034)-1/2024

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №8(034)-1/2024

24.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 8(034)-1/2024 24.01.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə, Cavabdeh «icra sənədi üzrə icraata xitam verilşməsi barədə» 15 may 2019-cu il tarixli qərarından tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti şikayət ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh icra məmuru X7 Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli 2(034)-674/2014 saylı icra sənədi üzrə “İcraata xitam verilməsi” barədə 15 may 2019-cu il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 izahatında bildirmişdir ki, iddiaçı “Nikoyl” İKB (indiki Tələbkar) ASC-nin cavbadehlər X4 və X3 qarşı «borcun tutulması tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(034)-674/2014 saylı məhkəmə əmri ilə iddia tələbi qismən təmin edilmiş, cavbadehlər X2 və X1 iddiaçı TələbkarASC-nin xeyrinə 14381.00 ABŞ dolları və 20 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli qərarı ilə Zəngilan Rayon Məhkəməsinin 2(034)-674/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İcra məmuru xitam qərarını qəbul edərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci və 20.2-ci maddələrinə istinad etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli qərarı Tələbkar ASC-nə rəsmi qaydada xx.xx.2024-cü il tarixdə təqdim olunmuşdur. Hesab edirlər ki, qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilərək icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməlidir. Hal-hazırda Zəngilan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(034)-674/2014 saylı icra sənədi mahiyyəti üzrə tam icra edilməmiş və faktiki qalıq borc 14287 ABŞ dolları və 20 manat məhkəmə rüsumu təşkil edir. İcra məmuru icra sənədi üzrə icraata xitam verərkən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə “ xx.xx.2019-cu il tarixli fərmanına əsaslanaraq icra vərəqəsi üzrə icraata xitam vermişdir. Lakin icra məmuru icra sənədinin icraata xitam verilməsi barədə qərar qəbul edərkən mübahisələndirilən kredit müqaviləsi üzrə borcun Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə “ 8.02.2019-cu il tarixli fərmanın təsiri dairəsinə düşüb-düşməməsini, həmin fərmanın təsir dairəsinə düşdüyü təqdirdə borclu tərəfindən tələb olunan lazımı tədbirlərin görülməsini yəni fərmana əsasən yeni müqavilənin bağlanması üçün Banka müraciət edib-etməməsini araşdırmamışdır. Bundan başqa icra məmuru qərar qəbul etdikdən sonra göndərilməsi məcburi olan xitam qərarını tələbkar banka göndərməmiş və nəticədə məhkəmə qərarı tam icra olunmadan icra sənədi üzrə icraata xitam verilmişdir. Cavabdeh icra məmuru Nicat Ramazaninin xx.xx.2019-cu il tarixli qərarı əsassız olduğundan ləğv edilməlidir. Sonda tələbkarın nümayəndəsi məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Qərarın icra edən orqanın nümayəndəsi və iş üzrə borclular məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və mülki işin materiallarını nəzərdən keçirərək, hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli, 2(034)-674/2014 nömrəli əmrin surətindən görünür ki, X1 və X2 müştərək qaydada, cəmi 14381.00 ABŞ dolları (ödənildiyi günə manatla ekvivalentində) və 20 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh icra məmuru X6 «icra sənədi üzrə icraata xitam verilməsi barədə» 15 may 2019-cu il tarixli qərarın surətindən görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-674/2014 nömrəli, 29 dekabr 2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda İcra sənədi üzrə icraata xitam verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icra sənədi üzrə icraata xitam verilməsinin əsası kimi icra qurumu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanından irəli gələn tələbləri qeyd etsə də, Zəngilan Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli, 2(034)-674/2014 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunarkən icra qumuru tərəfindən tələbkar "xxxx" ASC-dən ödənilmiş kompensasiya məbləği araşdırılmadan icra sənədi üzrə icraata xitam verilmişdir. Bu da onu göstərir ki, icra qurumunun icra sənədi üzrə borcun tam olaraq ödənilmədiyi halda, icra sənədi üzrə icraata xitam verilməsi barədə qəbul etdiyi qərar qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Qərara aldı: Şikayət təmin edilsin. Cavabdehn icra məmuru X6 Zəngilan Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli 2(034)-674/2014 nömrəli icra sənədi üzrə “İcraata xitam verilməsi” barədə 15 may 2019-cu il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar