Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 8(034)-1/2025 30.01.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Tələbkarın nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Tələbkar Borclu qarşı “aliment məbləğinin indeksasiyası” ilə bağlı ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tələbkar Borclu qarşı “aliment məbləğinin indeksasiyası” ilə bağlı ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin məbləğini müvafiq indeksiyasını həyata keçirərək 246 manat sabit pul məbləğində cavabdeh Borclu tutularaq Tələbkar ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini belə əsaslandırmışdır ki, o, Borclu ilə xx.xx.2013-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 1 uşaqları olmuşdur. Tərəflər arasında olan nikah xx.xx.2020-ci il tarixli, 2(034)-320/2020 saylı qətnamə ilə pozulmuş, birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 170 manat məbləğində alimentin X1 tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin məbləğ isə uşağın tələbatlarını ödəməyə kifayət etmir. Belə ki, Heydərova Fatimə böyümüş və onun məsrəfləri kifayət qədər artmışdır. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa görə yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh övladı ilə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə qət edilən alimenti belə vaxtında ödəmir. Uşağın bütün qayğılarını, ehtiyaclarını o, təkbaşına çəkir. Lakin, uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Bu səbəbdən Zəngilan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(034)- 320/2020 nömrəli qətnaməsinə əsasən, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu tutulan alimentin məbləğini müvafiq indeksiyasını həyata keçirərək, hər ay 246 manat sabit pul məbləğində alimentin ona ödənilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi (vəkili) Vəkil izahatında bildirmişdir ki, Tələbkar ilə Borclu xx.xx.2013-cü ildə nikaha daxil olmuş, bu nikahdan xx.xx.2014-cü ildə Heydərova Fatimə qızı anadan olmuşdur. xx.xx.2020-ci ildə 2(034)- 320/2020 saylı qətnaməsi ilə X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 170 manat məbləğində alimentin Borclu tutularaq Tələbkar ödənilməsi qət edilmişdir.Hal-hazırda minimum əmək haqqı artdırıldığından yeni qaydalara görə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(034)-320/2020 nömrəli qətnaməsinin icra usulu dəyişdirilməsini və minimim əmək haqqının müəyyən mislində alimentin miqdarının müəyyən edilməsini xahiş etmişdir. Borclu məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən digər şəxslərin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ona görə də məhkəmə ərizəyə borclu X3 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli, 2(034)-320/2014 nömrəli qətnamənin surətindən görünür ki, iddiaçı X6 ilə cavabdeh Borclu arasında xx.xx.2013-cü il tarixdə Zəngilan rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, xx.xx.2014-cü il təvəllüdlü X5 anası X4 himayəsində saxlanılmış, cavabdeh Borclu xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2020-ci il tarixindən başlayaraq, 170 manat sabit pul məbləğində aliment iddiaçı X4 xeyrinə tutulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; Həmin Məcəllənin 110.2-ci maddəsinin tələbinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; Eyni Məcəllənin 232.3-cü maddəsinin tələbinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: "8.4-2. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvar ayının 1-dən 400 manat müəyyən edilmişdir. Zəngilan Rayon Məhkəməsinin 08.12. 2020-cü il tarixli, 2(034)-320/2020 nömrəli qətnaməsi ilə alimentin məbləği 170 manat olmasını və 2020-ci ilin minimum əmək haqqının 250 manat olmasını nəzərə alındığı halda alimentin məbləği həmin 2020-cü ilin minimum əmək haqqının (250 x 0.68= 170) 0.68 mislində sabit pul məbləğində olması müəyyən olunur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli, 2(034)-320/2014 nömrəli qətnaməsinin icra üsulu dəyişdirilərək, Borclu Tələbkar xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarıxdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizə təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli, 2(034)-320/2014 nömrəli qətnaməsinin icra üsulu dəyişdirilərək, Borclu xx.xx.2025-ci il tarixindən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 mislində aliment tutularaq Tələbkar xeyrinə ödənilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №8(034)-1/2025
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №8(034)-1/2025
30.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver