Məhkəmə qərarları › İş №8(034)-17/2025

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №8(034)-17/2025

28.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 8(034)-17/2025 28.04.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, Tələbkar İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin «icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında» icra məmurunun qərarından vermiş olduğu şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tələbkar İddiaçı Qapalı Səhmdar Cəmiyyəti «icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında» icra məmurunun qərarından şikayətlə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, «İcra sənədinin qaytarılması haqqında» Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra sənədinin geri qaytarılması barədə qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Zəngilan Rayon Məhkəməsinin e-2(034)-347/2024 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə qərarı ilə borclu X1 "Ferrum Capital” QSC-nin xeyrinə ümumilikdə 126 manat əsas borc, 18.90 manat cərimə borcu olmaqla, cəmi 144.90 manat məbləğində borc və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmiş və məhkəmə qərarı icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan belə məlum olur ki, Zəngilan Rayon Məhkəməsinin e-2(034)-347/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi geri qaytarılmışdır. Belə ki, qərardan göründüyü kimi icra vərəqəsinin geri qaytarılmasına səbəb borclunun adına tələbin yönəldilə biləcəyi heç bir əmlakın və gəlirlərin olmadığı göstərilmişdir. “İcra Haqqında” AR Qanununun 23.1.3-ci maddəsi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi geri qaytarıla bilər. Lakin, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Babək Qarayev icra tədbirlərini görməmişdir. Zəngilan Rayon Məhkəməsinin e-2(034)-347/2024 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə qərarı üzrə borclu bu günədək heç bir ödəniş etməmişdir. Bu isə “İcra Haqqında” AR Qanununun 12.1-ci maddəsinin tələblərinin pozulmasına və faktiki olaraq icra vərəqəsinin icrasız qalmasına səbəb olur. Borclu tərəfindən uzun müddət məhkəmə qərarının icra edilməməsi, icra məmurunun çağırış və tələblərinə məhəl qoyulmaması AR İnzibati Xətalar Məcəlləsinin 528ci maddəsinin tələblərinin kobud şəkildə pozulması ilə nəticələnir. Lakin,buna baxmayaraq icra məmuru borclu barədə inzibati xəta barədə protokol tərtib etməmişdir. Bundan başqa, əmlaka baxış hansı formada keçirilməsi və hal şahidlərinin iştirakı hansı formada təmin edilməsi məsələləri ziddiyyətlidir. Baxış zamanı ilk olaraq tələbkar tərəf dəvət edilməmişdir. Bundan başqa, hal şahidlərinə hüquq və vəzifələri izah edilib-edilməməsi, onların bilə-bilə yalan ifadə verməsinin məsuliyyətə səbəb olması barədə iltizam alınıb-alınmaması araşdırılmamışdır. “İcra haqqında” Azərbaycan Recpublikası Qanununun 38.1-ci maddəsinə əsasən Borclunun əmlakına baxış keçirilməsi, onun əmlakının həbsi, müsadirəsi və yaxud başqasına verilməsi, habelə borclunun və ya başqa şəxslərin tutduğu, yaxud borcluya və ya başqa şəxslərə məxsus yaşayış və ya qeyri-yaşayış sahələrinin, obyektlərin açılması ilə bağlı həyata keçirilən icra hərəkətlərində hal şahidlərinin iştirakı məcburidir. 38.2-ci maddəsinə əsasən digər hallarda hal şahidləri maraqlı tərəfin təklifinə əsasən icra məmuru tərəfindən dəvət olunurlar. Həmçinin borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyularaq qanunun tələbinə əsasən digər məcburi icra tədbirlərindən də istifadə etmək mümkündür. Eləcə də borclunun ölkədən gedişinin müvəqqəti məhdudlaşdırılması, borclunun inzibati məsuliyyətə cəlb olunması barədə təqdimatın məhkəməyə verilməsi və s.“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində məcburi icra tədbirlərinin dairəsi göstərilmişdir. Həmin Qanunun 43.1.5-ci maddəsinə əsasən isə bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirləri icra məmuru tərəfindən həyata keçirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.Göründüyü kimi icra məmuru icra sənədinin geri qaytarılması barədə qərarı qəbul etməklə "İcra haqımda” Azərbaycan Recpublikası Qanununun tələblərini pozmuşdur. İş üzrə tələbkar və qərarı icra edən orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və mülki işin materiallarını nəzərdən keçirərək, hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-347/2024 nömrəli qətnamənin surətindən görünür ki, cavabdeh X1 126 manat əsas borc, 18.9 manat cərimə borcu olmaqla, cəmi 144.9 manat məbləğində borc və ödənilmiş 30.4 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-347/2024 nömrəli, xx.xx.2024-cü tarixli icra sənədi «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 23-cü maddəsinə əsasən geri qaytarılmışdır. -İş materiallarında olan «borclunun yaşadığı ünvanda əmlak vəziyyətinin yoxlanılması barədə» xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, icra məmurunun və hal şahidlərinin iştirakı ilə borclunun yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı ünvanda olan zəruri ev əşyaları istisna olmaqla, borcluya məxsus tələbin yönəldə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 23.1.3-cü madədsinin tələbinə görə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh X2 qarşı «borc tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 İddiaçı QSC-nin xeyrinə RRB000112 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 126 manat borcun, 18.90 manat cərimə borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 40 qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Zəngilan Rayon Məhkəməsinin e-2(034)- 347/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X1 126 manat əsas borc, 18.90 manat cərimə borcu olmaqla, cəmi 144.90 manat məbləğində borc və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından aydın olur ki, icra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş, icra sənədi şöbəyə daxil olduqdan sonra tələb borclu tərəfindən könüllü icra müddəti ərzində təmin edilmədiyindən borclu barəsində məcburi icra tədbirlərinə başlanmış, “Elektron icra" informasiya sistemindən əldə edilmiş məlumata əsasən borclunun bank hesablarının yə vergi ödəyicisi kimi qeydiyyatda olmadığı müəyyən eoıimiş,icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun yaşadığı ünvana baxış keçirilmiş, lakin həmin ünvanda zəruri ev əşyalarından başqa tələbin yönəldilə biləcəyi əmlak aşkar edilmədiyindən bu barədə xx.xx.2025-ci il tarixli akt tərtib olunmuş, «Elektron icra” informasiya sitemindən əldə edilmiş məlumata əsasən borclunun mülkiyyətində hər hansı əmlak və gəlirlərinin olmadığı müəyyən edilmiş, bundan əlavə “Elektron icra" informasiya sistemi vasitəsilə borclunun birgə nikah dövründə əldə etdiyi əmlak vəziyyəti yoxlanılmış, lakin müsbət nəticə əldə olunmadığından icra sənədi icra edilmədən məhkəməyə geri qaytarılmışdır. Qanunvericiylinin tələbinə görə icra sənədi icra olunmadığı halda onun yenidən icraya yönəldilməsi mümkündür. Bu da onu göstərir ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Qərara aldı: Şikayət qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin e-2(034)-347/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi yenidən icraya yönəldilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verlilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar