Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 8(034)-2/2022 22.02.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə, Borclu qətnamənin hissə-hissə icrasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh Borclu qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh Borclu arasında bağlanmış 20.08.2019-cu il tarixli, RPF-00009-00/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 08.07.2021-ci il tarixinə ödənilməmiş 3327,06 manat əsas borc, 14.2 manat faiz borcu olmaqla, cəmi 3331,26 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının cavabdehdən iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı Bank "xxxx" ASC məhkəməyə iddianın həcminin azaldılması barədə ərizə ilə müraciət edərək İddiaçı Bank "xxxx" ASC ilə cavabdeh Borclu arasında bağlanmış 20.08.2019-cu il tarixli, RPF-00009-00/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 12.10.2021-ci il tarixinə ödənilməmiş 3091.06 manat əsas borc, 0.2 manat faiz borcu olmaqla, cəmi 3091.26 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının cavabdehdən iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 19.01.2021-ci il tarixli 2(034)-545/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh Borclu arasında bağlanmış 20.08.2019-cu il tarixli, RPF-00009-00/19A saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdeh Borclu 3091,06 manat əsas borc, 0.2 manat faiz borcu olmaqla, cəmi 3091,26 manat məbləğində borc iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Borclu ərizə ilə məhkəməyə müraciət edərək Zəngilan Rayon Məhkəməsinin 19.01.2021-ci il tarixli 2(034)-545/2021 saylı qətnamənin hissə-hissə icra edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Borculu Borclu ərizəsini onunla əsaslandırımışdır ki, o, hazırda İ qrup əlildir. Bank "xxxx" tərəfindən ona 2024-cü ilə kimi krediti ödəmək imkanı verilmişdir. Vəziyyəti ilə əlaqədar olaraq ödəmələrində gecikmələr olmuş və bu səbəbdən bank onu məhkəməyə vermişdir. Bankın iddiası təmin edilmiş və qətnamə icra olunması üçün Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Kredit borcunu ödəyə bilmir. Məhkəmədən vəziyyətini nəzərə alaraq qətnamənin hissə-hissə ödənilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbini məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə tələbkarın borclunun və qərarı icra edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəni araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, «İcra haqqında» Qanunun 15-ci maddəsinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasəna möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdır. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə Borclu ərizədə göstərdiyi hallarla bağlı ərizəsinə hər hansı bir sübut əlavə etməmişdir. Bundan əlavə məhkəmə tələbkarın mənafeyini nəzərə alaraq hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-545/2021 saylı, 19.10ö.2021-ci il tarixli qətnaməsinin hissə-hissə icrası tələbkarın mənafeyinə zidd olduğundan, məhkəmə həmin qətnamənin hissə-hissə icrasını məqsədə uyğun hesab etmir. Qeyd olunanlara əsasən və Azərbayjan Respublikasının MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Borclu Zəngilan Rayon Məhkəməsinin 2(034)-545/2021 saylı, 19.10.2021-ci il tarixli qətnaməsinin hissə-hissə icrası barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №8(034)-2/2022
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №8(034)-2/2022
22.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver