Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 8(034)-2/2023 06.11.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilşməsi barədə xx.xx.2019-cu il tarixli qərarından tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti şikayət ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon İcra və Probasiya şöbəsininn icra məmuru X3 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(034)-55/2018 saylı icra sənədi üzrə “icraata xitam verilməsi” barədə xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti (indiki "xxxx" ASC) cavabdehlər Borclu1 və Borclu2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(034)-55/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Borclu1 və Borclu2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 3418 ABŞ dolları və 20 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Zəngilan Rayon Məhkəməsinin 2(034)-55/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İcra məmuru xitam qərarını qəbul edərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci və 20.2-ci maddələrinə istinad etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı "xxxx" ASCnə (əvvəlki adı "xxxx" İKB ASC) rəsmi qaydadada xx.xx.2023-cii il tarixdə təqdim olunmuşdur.Hesab edirlər ki, qərar qanunsuz və əsassız olduğuna görə aşağıdakı əsaslarla ləğv edilərək icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməlidir. Belə ki, hal-hazırda Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(034)- 55/2018 saylı icra sənədi mahiyyəti üzrə tam icra edilməmişdir və faktiki qalıq borc 1712.92 ABŞ dolları və 20 manat məhkəmə rüsumu təşkil edir. İcra məmuru icra sənədi üzrə icraata xitam verərkən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə” xx.xx.2019-cu il tarixli Fərmanına əsaslanaraq icra vərəqəsi üzrə icraata xitam vermişdir. Lakin icra məmuru icra sənədinin icraata xitam verilməsi barədə qərar qəbul edərkən mübahisələndirilən kredit müqaviləsi üzrə borcun Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə” xx.xx.2019-cu il tarixli Fərmanın təsir dairəsinə düşüb-düşməməsini, həmin fərmanın təsir dairəsinə düşdüyü təqdirdə borclu tərəfindən tələb olunan lazımı tədbirlərin görülməsini yəni Fərmana əsasən yeni müqavilənin bağlanması üçün Banka müraciət edib-etməməsini araşdırmamışdır. Bundan başqa icra məmuru qərar qəbul etdikdən sonra göndərilməsi məcburi olan xitam qərarını tələbkar banka göndərməmiş və nəticədə məhkəmə qərarı tam icra olunmadan icra sənədi üzə icraata xitam verilmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsininn icra məmuru Nicat Ramazaninin xx.xx.2019-cu il tarixli qərarı əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, 2018-ci ildə Zəngilan Rayon Məhkəməsi borclularla bağlı qətnamə qət etmiş və onlar icraya müraciət edən zaman icra məmuru onlara xitam qərarı vermişdir. Bu zaman onlar bilmişlər ki, icra məmuru icra sənədi üzrə 2019-cu ilin may ayında xitam vermişdir. Onlar bu qərarı aldıqdan sonra xitam qərarının ləğvi ilə bağlı şikayət etmişlər. Qərarı xx.xx.2023-cü ildə almışlar. İcraata xitam verilən zaman icra məmuru bankla bunu dəqiqləşdirməmişdir. Xitamdan qabaq, nədə ki, xitamdan sonra, onlara müraciət olmamış, fərmanın təsiri altına düşməmişdir. Həmin vaxt müştəriyə kompensasiya ödənişi ödənilmiş, məbləğ hesabdan çıxarışda qeyd olunmuşdur. Qətnamə çıxan dövrdə müştəri heç bir ödəniş etməmişdir. Sadəcə olaraq kompensasiya ödənişi cavabdehin borcundan çıxılmışdır. Qətnamə üzrə borc 3418 dollar və 20 manat dövlət rüsumudur. 1756 sent kompensasiya olmuş, 1712 dollar borcu qalmış, sonra heç bir ödəniş olmamışdır. 01 avqust 2017-ci il tarixə olan borcunu tələb etmişlər. Abşeron rayon İcra şöbəsindən aldıqları məlumata görə həmin icra məmuru artıq orda işləmir. Sonda tələbkarın nümayəndəsi məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Qərarın icra edən orqanın nümayəndəsi və iş üzrə borclular məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və mülki işin materiallarını nəzərdən keçirərək, hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 27 mart 2018-cı il tarixli, 2(034)-55/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" İKB AS C cavabdehlər Borclu1 və Borclu2 qızma qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada "xxxx" İKB ASC-nin xeyrinə 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2666,6 ABŞ dolları əsas borc, 1133,15 ABŞ dolları faiz borcu və 636,77 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 4436,52 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada əsas borc üzrə 2666 (iki min altı yüz altmış altı) ABŞ dolları 60 (altmış) sent, faiz üzrə 688 (altı yüz səksən səkkiz) ABŞ dolları 88 (səksən səkkiz) sent və cərimə üzrə 63 (altmış üç) ABŞ dolları, cəmi 3418 (üç min dörd yüz on səkkiz) ABŞ dolları 48 (qırx səkkiz) sent məbləğində pul qətnamə icra edilən vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat tutularaq iddiaçı "xxxx" İKB ASC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 10 (on) manatı iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru RamazaniNicat Oruc oğlu tərəfindən xx.xx.2019-cu ildə Zəngilan Rayon Məhkəməsinin 2(034)-55/2018 nömrəli, xx.xx.2019-ci il tarixli icra sənədi üzrə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, cavabdehin 1705.56 ABŞ dolları borcu vardır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda İcra sənədi üzrə icraata xitam verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icra sənədi üzrə icraata xitam verilməsinin əsası kimi icra qurumu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanından irəli gələn tələbləri qeyd etsə də, Zəngilan Rayon Məhkəməsinin 27 mart 2018-ci tarixli, 2(034)-55/2018 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunarkən icra qumuru tərəfindən tələbkar "xxxx" ASCndən ödənilmiş kompensasiya məbləğini araşdırılmadan icra sənədi üzrə icraata xitam verilmişdir. Belə ki, tələbkar "xxxx" ASC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan göründüyü kimi, Borclu1 xx.xx.2019-cu il tarixində 1705,56 ABŞ dolları məbləğində kompensasiya ödənilmişdir və onun hal-hazırda Banka 1712.92 ABŞ dolları məbləğində borcu qalmışdır. Bu da onu göstərir ki, icra qurumunun icra sənədi üzrə borcun tam olaraq ödənilmədiyi halda, icra sənədi üzrə icraata xitam verilməsi barədə qəbul etdiyi qərar qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Qərara aldı: Şikayət təmin edilsin. Abşeron rayon İcra və Probasiya şöbəsininn icra məmuru X2 Zəngilan Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli 2(034)-55/2018 saylı icra sənədi üzrə “İcraata xitam verilməsi” barədə 22 may 2019-cu il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №8(034)-2/2023
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №8(034)-2/2023
06.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver