Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 8(034)-2/2025 05.02.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Tələbkar, Borclu iştirakı ilə, Tələbkar Borclu qarşı “alimentin indeksiya olunmasına dair” ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tələbkar Borclu qarşı “alimentin indeksasiya olunmasına dair” ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahlarından olan xx.xx.2010-cı il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüldlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa ayda 2(105)-1914 saylı, xx.xx.2021-ci il üçün minimum əmək haqqının müvafiq hissəsi artırılaraq, müvafiq indeksasiya üzrə 2025-ci il üçün minimum əmək haqqına uyğun müəyyən edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini belə əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 116/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə alimentin müəyyən edilməsinə dair Borclu aliment alınaraq xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəlüldlü X2 üçün hər uşaq üçün ayda 130 manat alimentin tutulmasına dair qətnamə çıxarılmış və qətnamə icra şöbəsinin icratındadır. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında bildirmişdir ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-116/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə alimentin müəyyən edilməsinə dair Borclu aliment alınaraq xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəlüldlü X2 üçün hər uşağa ayda 130 manat alimentin tutulmasına dair qətnamə çıxarılmış və qətnmaə icra şöbəsində icra edilmişdir. Borclu Zəngilan şəhərciyində restoran işlədir. Məhkəmədən onunla Borclu birgə nikahlarından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər uşağa ayda minimum əmək haqqının müvafiq hissəsi artırılaraq müvafiq indeksasiya üzrə 2025-ci il üçün minimum əmək haqqına uyğun müəyyən edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirmişdir ki, bütün aidiyyatı qurumlara rəsmi müraciət etmiş, gözünün 38%-i görür. Onun iş qabiliyyəti yoxdur. O, restoranda işləmir.Onun artıq aliment ödəməyə imkanı yoxdur. Məhkəmə, ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(034)-116/2021 nömrəli qətnamənin surətindən görünür ki, cavabdeh Borclu xx.xx.2010-cı il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəlüldlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2020-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində aliment iddiaçı Tələbkar xeyrinə tutulmuşdur. İş materiallarında olan Sumqayıt Apellasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-1914/2021 nömrəli qətnaməsindən görünür ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(034)-116/221 saylı qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilərək, cavabdeh X4 xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2010cu il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkarnən xeyrinə tutulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; Həmin Məcəllənin 110.2-ci maddəsinin tələbinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; Eyni Məcəllənin 232.3-cü maddəsinin tələbinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: "8.4-2. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamı ilə ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvar auının 1-dən 400 manat müəyyən edilmişdir. Sumqayıt Apellasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)- 1914/2021 nömrəli qətnaməsi ilə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(034)- 116/221 saylı qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilərək, cavabdeh X4 xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment tutulmasını və 2021-cü ilin minimum əmək haqqının məbləğinin 250 manat olmasını nəzərə alındığı halda alimentin məbləği həmin 2021-cü ilin minimum əmək haqqının bir uşaq üçün (250 x 0.52= 170) 0.52 mislində sabit pul məbləğində olması müəyyən olunur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməli, Sumqayıt Apellasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)- 1914/2021 nömrəli qətnaməsinin icra üsulu dəyişdirilərək, Borclu Tələbkar xeyrinə xx.xx.2010cu il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarıxdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçun ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizə təmin edilsin. Sumqayıt Apellasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)- 1914/2021 nömrəli qətnaməsinin icra üsulu dəyişdirilərək, Borclu xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşqa üçun ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №8(034)-2/2025
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №8(034)-2/2025
05.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver