Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 8(034)-21/2025 09.07.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, Tələbkar Borclu qarşı “alimentin indeksasiyasına dair” ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tələbkar Borclu qarşı “alimentin indeksasiyasına dair” ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(034)- 460/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində tutulması qət edilmiş alimentin məbləğinin ölkə üzrə 2025 -ci il üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,85 misli həddində indeksasiya olunaraq 259,25 manat müəyyən olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar ərizəsini belə əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(034)-460/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında xx.xx.2018-ci il tarixdə Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyata şöbəsində bağlanmış nikah pozulmuş və akt qeydləri kitabındakı 1519 saylı nikah qeydi ləğv edilmiş, xx.xx.2019-cu il təvəllüdlü X2 anası Tələbkar himayəsində saxlanılmış, cavabdeh Borclu xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmuşdur. Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşma çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının (Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il 15 nömrəli qərarı ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla) 8.4-2,-ci bəndinin mənasına görə “Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi vallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə :ərəfmdən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manaı məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).” 2021-ci il üzrə yaşayış minimumu haqqında qanuna görə, 2021-ci il üçün minimum əmək haqqı 207 manat müəyyən edilmişdir. 2021-ci ildə X1 yetkinlil yaşma çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay 175 manat sabi pul məbləğində aliment Tələbkar xeyrinə tutulması qət edilmişdir Odur ki, indeksasiya əmsalı belə hesablanır: 175 manat /207 manat = 0,85 əmsal. 2025-ci il üzrə yaşayış minimumu haqqında qanuna görə, 2025-ci il üçün minimum əmək haqqı 305 manat müəyyən edilmişdir. O, halda 2025-ci il üzrə alimentin məbləği 2025-ci il üzrə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,85 misli həddində-305 manat x 0,85 əmsal - 259,25 manat indeksasiya olunmalıdır. Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(034)- 460/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay iddiaçı Tələbkar xeyrinə tutulması qət edilmiş 175 manat sabit pul məbləğində alimentin məbləğinin ölkə üzrə 2025-ci il və hər növbəti illər üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,85 misli həddində indeksasiya olunaraq iddiaçıya ödənilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil vəsatətlə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını, tələbkarın xx.xx.2025-ci il tarixli dəqiqləşdirmə barədə ərizəsini nəzərə almaqla, alimentin indeksasiyası barədə ərizənin təmin olunmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən digər şəxslərin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ona görə də məhkəmə ərizəyə Tələbkar və Borclu iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, alimentin indeksasiya olunması barədə ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-460/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında olan xx.xx.2018-ci il tarixli nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X2 anasının himayəsində saxlanılmış və uşağın saxlanması üçün Borclu tələbkarın xeyrinə hər ay 175 manat aliment tutulması qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2019-cu il təvəllüdlü X1 valideynləridirlər. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2021-ci il tarixdə Zəngilan rayon qeydiyyat şöbəsində pozulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinin tələbinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinin tələbinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: "8.4-2. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvar ayının 1-dən 400 manat müəyyən edilmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-460/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə alimentin məbləği 175 manat olmasını və 2021-ci ilin minimum əmək haqqının 250 manat olmasını nəzərə alındığı halda, alimentin məbləği həmin 2021-ci ilin minimum əmək haqqının (250 x 0,7=175) 0,7 mislində sabit pul məbləğində olması müəyyən olunur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə bir nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-460/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin icra üsulu dəyişdirilərək, Borclu xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarıxdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231,263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Qərara aldı: Ərizə qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-460/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin icra üsulu dəyişdirilərək, Borclu xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində sabit pul məbləğində aliement tutularaq Tələbkar xeyrinə ödənilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №8(034)-21/2025
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №8(034)-21/2025
09.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver