Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 8(034)-22/2025 09.07.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, Tələbkar Borclu qarşı “alimentin indeksasiyası” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tələbkar Borclu qarşı “alimentin indeksasiyası” barədə ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Borclu ilə birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Zəngilan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(034)-1464/2017 saylı qətnaməsi ilə hər ay tutulan sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun olaraq indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini belə əsaslandırmışdır ki, Borclu ilə o, xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X2 doğulmuşdur. Onların ailə münasibətləri alınmadığından o,keçmiş həyat yoldaşına qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ilə Zəngilan Rayon Məhkəməsnə müraciət etmiş, məhkəmənin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah ləğv edilmiş, birgə nikahdan olan uşaq onun himayəsində qalmış və uşağın saxlanması üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə kəsilmiş aliment indiki dövrdə uşağın heç bir ehtiyacını ödəmir. Çünki uşaq günü-gündən böyüyür, təlabatları artır. Cavabdeh uşağın saxlanmasında ona əlavə heç bir maddi köməklik etmir. O, da təkbaşına uşağın ehtiyaclarını ödəməkdən əziyyət çəkir. Birgə nikahdan olan uşağı saxlamaq tək onun borcu deyil, cavabdehdə valideyn kimi uşağını saxlamağa borcludur. Cavabdehin ödədyi 100 manat alimentlə o, uşağın tam ehtiyaclarını ödəyə bilmir. Ona görə də alimentin artırılması üçün məhkəməyə müraciət etmək məcburiyytindədir. Tərəflər məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən digər şəxslərin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ona görə də məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu ilə Tələbkar arasında bağlanmış nikaha xx.xx.2019-cu il tarixdə Zəngilan rayon Qeydiyyat şöbəsində xitam verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2011-ci il təvəllüdlü X1 valideynləridirlər. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(034)- 1464/2017 nömrəli qətnamənin surətindən görünür ki, cavabdeh Borclu xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment iddiaçı Tələbkar xeyrinə tutulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinin tələbinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinin tələbinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: "8.4-2. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvar ayının 1-dən 400 manat müəyyən edilmişdir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(034)-1464/2017 nömrəli qətnaməsi ilə alimentin məbləği 100 manat olmasını və 2017-ci ilin minimum əmək haqqının 116 manat olmasını nəzərə alındığı halda, alimentin məbləği həmin 2017-ci ilin minimum əmək haqqının (116 x 0.86=99.76) 0.86 mislində sabit pul məbləğində olması müəyyən olunur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(034)-1464/2017 nömrəli qətnaməsinin icra üsulu dəyişdirilərək, Borclu xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarıxdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,86 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231,263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Qərara aldı: Ərizə təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(034)-1464/2017 nömrəli qətnaməsinin icra üsulu dəyişdirilərək, Borclu xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarıxdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,86 misli həddində sabit pul məbləğində aliement tutularaq Tələbkar xeyrinə ödənilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №8(034)-22/2025
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №8(034)-22/2025
09.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver